Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti nədir?

Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti nədir?

Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya 1884-cü ildə Pensilvaniya (ABŞ) Birliyinin qanunlarına əsasən yaradılmış qeyri-kommersiya cəmiyyətidir. Yehovanın Şahidləri bu cəmiyyətdən Müqəddəs Kitab və ona əsaslanan nəşrləri dərc etmək işi daxil olan ümumdünya işini görmək üçün istifadə edirlər.

Cəmiyyətin nizamnaməsinə əsasən, məqsəd «din, təhsil və xeyriyyə» ilə məşğul olmaq, xüsusilə də «İsa Məsihin idarə etdiyi Padşahlıq haqda müjdəni təbliğ və tədris etməkdir». İnsanlar cəmiyyətin üzvü olmağa dəvət olunur, üzvlük onların nə qədər ianə etmələrindən asılı deyil. Cəmiyyətin üzvləri və məsul şəxsləri Yehovanın Şahidlərinin Rəhbərlik Şurası ilə əməkdaşlıq edirlər.

Cəmiyyətin hüquqi şəxsi

Yehovanın Şahidləri Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti, Pensilvaniya adı ilə yanaşı, müxtəlif ölkələrdə bir çox hüquqi şəxslərdən istifadə edirlər. Bunlardan biri «Gözətçi Qülləsi» terminidir.

Bu hüquqi şəxslər təsis olunandan bəri onların sayəsində çox işlər görmüşük. Məsələn:

  • Yazı və nəşriyyat. Biz 700-dən çox dildə təxminən 220 milyon Müqəddəs Kitab və 40 milyard ədəd Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlar nəşr etmişik. jw.org saytı vasitəsilə insanlar Müqəddəs Kitabı pulsuz 120-dən çox dildə onlayn formatda oxuya bilir və «Allahın Padşahlığı nədir?» kimi Müqəddəs Kitaba aid suallara cavab tapırlar.

  • Təhsil. Biz Müqəddəs Kitab təlimlərini tədris etmək üçün müxtəlif məktəblər keçiririk. Məsələn, 1943-cü ildən bu yana 8000-dən çox Yehovanın Şahidi indiyə kimi təhsil verməyə davam edən Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Giladdan yararlanıb. Onlar xüsusi tammüddətli müjdəçilər kimi ümumdünya işini dəstəkləyir və möhkəmləndirirlər. Hər həftə keçirilən yığıncaqlarımızda Yehovanın Şahidi olmayanlar da daxil olmaqla, milyonlarla insan təlim alır. Biz həmçinin insanların oxuyub-yazmağı öyrənməsi üçün dərslər təşkil edir və 110 dildə dərsliklər dərc edirik.

  • Xeyriyyə. İnsanların törətdiyi fəlakətlər və ya təbii fəlakətlər zamanı biz əziyyət çəkən insanlara humanitar yardım göstəririk. Məsələn, 1994-cü ildə Ruanda da baş vermiş soyqırımda da, 2010-cu ildə Haiti də baş vermiş zəlzələdə də insanlara yardım etmişik.

Çox işləri cəmiyyət və hüquqi şəxslər vasitəsilə həyata keçirsək də, bizim işimiz onlardan asılı deyil. Hər bir məsihi şəxsən Allahın buyurduğu xoş xəbəri bəyan etmək və öyrətmək tapşırığını yerinə yetirmək məsuliyyəti daşıyır (Mətta 24:14; 28:19, 20). Biz inanırıq ki, gördüyümüz işin arxasında Allah durur və O, işimizə bərəkət verməyə davam edəcək (1 Korinflilərə 3:6, 7).

Əlavə məlumat

Nəşrlərimizin hazırlanması

We produce literature in more than 700 languages. Why do we put forth such effort?

Məhəbbət bizi təbii fəlakət zamanı hərəkətə təşviq edir

Bir çox ölkələrdə Yehovanın Şahidləri fəlakət zamanı zərərçəkənlərə yardım göstərirlər.