Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Nəyə görə Yehovanın Şahidləri ad günü keçirmirlər?

Nəyə görə Yehovanın Şahidləri ad günü keçirmirlər?

Yehovanın Şahidləri ad günlərini qeyd etmirlər, çünki biz inanırıq ki, bu kimi mərasimlərdən Allah razı qalmır. Müqəddəs Kitab ad günü keçirməyi açıq-aşkar qadağan etməsə də, kömək edir ki, bu mərasimlərin səciyyəvi cəhətləri haqda fikirləşək və Allahın buna münasibətini öyrənək. Gəlin aşağıdakı dörd amili və Müqəddəs Kitabın bununla bağlı prinsiplərini araşdıraq.

  1. Ad gününün kökü bütpərəstliklə bağlıdır. Bir lüğətə əsasən, ad günün kökü müəyyən inanclarla bağlıdır. Lüğətdə qeyd olunur ki, həmin günü «pis ruhi qüvvələrin ad günü olan adamlara hücum etmək fürsəti olur», «dostlarla bir yerdə olmaq, xoş arzular demək onu bu mənfi təsirlərdən qoruyur» («Funk & Wagnalls Standard Dictionary of Folklore, Mythology, and Legend»). Bir kitabda isə deyilir ki, qədim dövrlərdə ad günləri ilə bağlı qeydlər «astrologiyanın sirli elminə» əsaslanan «ulduz falının tərtib olunmasında xüsusilə vacib idi». Həmçinin kitabda vurğulanır ki, «bir xalq inancına görə, ad günü şamlarında arzuların yerinə yetməsi üçün xüsusi sehrli güc var» («The Lore of Birthdays»).

    Ancaq Müqəddəs Kitab sehrbazlığı, falçılığı, cindarlığı və ya bu kimi şeyləri mühakimə edir (Qanunun təkrarı 18:14; Qalatiyalılara 5:19—21). Allahın Babil şəhərini məhv etməsinə səbəb orada yaşayan insanların falçılığın bir növü olan astrologiya ilə məşğul olmaları idi (Əşiya 47:11—15). Yehovanın Şahidlərinin işləri-gücləri hər adət-ənənənin kökünü araşdırmaq deyil, amma Müqəddəs Kitabda belə şeylərə dair göstərişlər olanda göz yummurlar.

  2. Erkən məsihilər ad günlərini qeyd etmirdilər. «Uorld Buk» ensiklopediyasında deyilir: «Onlar ad günlərinin qeyd olunmasına bütpərəst adət-ənənə kimi baxırdılar». Müqəddəs Kitabda göstərilir ki, birbaşa İsa tərəfindən təlim alan həvarilər və digərləri bütün məsihilərin izləməli olduqları nümunə qoymuşdular (2 Salonikililərə 3:6).

  3. Məsihilərin keçirilməli olduqları bir anma mərasimi var, o da doğum günü yox, İsa Məsihin ölüm günüdür (Luka 22:17—20). Bu heç də təəccüblü deyil, çünki Müqəddəs Kitabda deyilir: «Ölüm günü doğum günündən yaxşıdır» (Vaiz 7:1). İsa Məsih həyatının son günündə Allahın yanında yaxşı ad qazanmaqla öz ölüm gününü doğum günündən daha önəmli etmişdi (İbranilərə 1:4).

  4. Allahın xidmətçilərindən kiminsə ad günü keçirdiyi Müqəddəs Kitabın heç bir yerində yazılmayıb. Bu o demək deyil ki, bunu yazmaq yaddan çıxıb, çünki Müqəddəs Kitabda Allaha xidmət etməyən iki insanın ad günündən bəhs edilir. Bu hadisələrin hər ikisi də pis tərəfdən təqdim olunub (Yaradılış 40:20—22; Mark 6:21—29).

Valideynləri Yehovanın Şahidi olan uşaqlar ad günlərini qeyd etmədiklərinə görə özlərini nədənsə məhrum edilmiş hiss edirlər?

Bütün yaxşı valideynlər kimi Yehovanın Şahidləri də il ərzində hədiyyələr verməklə və əyləncəli görüşlər keçirməklə övladlarına olan məhəbbətlərini təzahür etdirirlər. Onlar hər zaman bəndələrinə yaxşı şeylər verən Yehova Allahın qüsursuz nümunəsini izləyirlər (Mətta 7:11). Aşağıdakı sözlərdən göründüyü kimi valideynləri Yehovanın Şahidi olan uşaqlar özlərini nədənsə məhrum hiss etmirlər:

  • «Adam gözləmədiyi bir vaxtda hədiyyə alanda çox sevinir» (Temi, 12 yaş).

  • «Valideynlərim ad günümdə hədiyyə almasalar da, başqa vaxt alırlar. Bu, çox xoşuma gəlir, çünki mənim üçün sürpriz olur» (Qriqori, 11 yaş).

  • «On dəqiqə, bir az keks, bir də musiqi — buna əyləncə deyirsiniz? Bizə gəlin, əsil əyləncənin nə olduğunu görün!» (Erik, 6 yaş)

Əlavə məlumat

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.