Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Onlar nəyə görə benqal dilini öyrənirlər?

Onlar nəyə görə benqal dilini öyrənirlər?

Bu yaxınlarda 23 Yehovanın Şahidi Nyu-Yorkun Kuins rayonunda təşkil olunan benqal dili kurslarını keçib. Bu dildə Banqladeşdə və Hindistanın bəzi bölgələrində danışırlar. Yehovanın Şahidləri tərəfindən keçirilən bu kurslarda əcnəbi dili qısa müddətdə öyrənmək mümkündür.

Yehovanın Şahidləri benqal dili ilə yanaşı, ABŞ-da və dünyanın digər ölkələrində müxtəlif dilləri öyrətmək üçün kurslar təşkil edirlər. Bu kursların məqsədi xoş xəbəri insanlara ana dillərində çatdırmaqdır.

Benqal dilini öyrənən Maqali adlı gənc qadın deyir: «Bizim ərazidə benqaldilli insanların sayı sürətlə artır. Onlar “dünyada nəyə görə bu qədər əzab-əziyyət var?” kimi vacib suallara cavab axtarırlar. Mən onlara Allahın gələcəyə dair möhtəşəm vədləri haqda danışanda onlar daha çox bilmək istəyirlər, amma dil həmişə əngəl olur».

Kursa yazılanların dili mümkün qədər tez öyrənmələri üçün təlimatçılar əyləncəli təlim üsullardan istifadə edirdilər. Məsələn, söz və ifadələrin yadda qalmasını asanlaşdırmaq məqsədilə fiziki hərəkətlərdən də istifadə olunur.

Hər məşğələdən sonra onlar öyrəndiklərini benqaldilli insanlarla ünsiyyət etməklə və onları Müqəddəs Kitab mövzularının müzakirəsinə dəvət etməklə dərhal tətbiq edirdilər. Maqali deyir: «İnsanlar təəccüblənirlər və nəyə görə onların dilini öyrəndiyimi bilmək istəyirlər. Mənim bu işə vaxt ayırmağım onlara çatdırdığımız xəbərin vacib olduğunu anlamağa kömək edir».

Yehovanın Şahidləri əcnəbi dilləri öyrətməklə yanaşı, kursları keçirən təlimatçılar da hazırlayırlar. 2006-cı ilin yanvardan 2012-ci ilin yanvarınadək yalnız ABŞ filialının ərazisində dil üzrə 38-ə yaxın seminar təşkil olunmuşdu və bu seminarlarda 2244 nəfərin təlimatçı olması üçün təlim keçirlmişdi. 2012-ci il sentyabrın 1-dək ABŞ-dakı filialın nəzdində olan ərazilərdə 37 dili öyrədən kurslar təşkil olunmuşdu.