Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gilead Məktəbinin 70 illiyi

Gilead Məktəbinin 70 illiyi

1943-cü il 1 fevral tarixində Nyu-York ştatında çox xüsusi bir məktəbin ilk sinfi açıldı. Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilead kimi tanınan bu tədris mərkəzində indiyədək dünyanın hər guşəsindən 8000-dən çox kişi və qadın xüsusi təlim alıb.

Yuxarıda: Gilead Məktəbinin giriş qapısı (Saut-Lansinq, Nyu–York ştatı). Aşağıda: məktəbin təlimatçısı amfiteatrda 31-ci sinfin tələbələrinə müraciət edir

Bu yaxınlarda Gilead Məktəbinin məzunu olmuş Conatan deyir: «Bu məktəbin tədris planı Müqəddəs Kitaba əsaslanıb. Aldığımız təlim bizə istənilən ərazidə, istənilən mədəniyyətdə səmərəli şəkildə xidmət etməkdə kömək edəcək». Conatanın həyat yoldaşı Marni əlavə edir: «İnsanlara Yaradanımızın bizim üçün nəzərdə tutduğu həyat yolundan daha yaxşısının olmadığını başa düşməyə kömək etmək istəyim indi əvvəlkindən daha güclüdür. Əminəm ki, Yehovanı tanımaq onların həyatını yaxşılaşdıracaq».

Gilead Məktəbində beşaylıq pulsuz kurs keçirilir. Kurs zamanı Müqəddəs Kitabın və müjdəçilik işinin vacibliyi vurğulanır. Kurs tələbələrin qarşısına Allahın xalqını möhkəmləndirmək məqsədini qoyur və onlara təyinatlarında qarşılaşacaqları çətinliklərin öhdəsindən gəlmək üçün lazım olan xüsusiyyətləri inkişaf etdirməyə kömək edir. Dərsdə tələbələr Yehova Allahla münasibətlərini möhkəmləndirən Müqəddəs Kitab prinsiplərini müzakirə edirlər.

Yuxarıda: Albert Şröder müqəddəs məskənin maketinin köməyilə tələbələrə dərs keçir, 1958-ci il. Aşağıda: Ulis Qlas 46-cı sinfə dərs keçir, 1968-ci il

Gilead Məktəbinə dəvət alan ər-arvadlar tammüddətli xidmətçilərdir. Məzunlar ya öz əvvəlki təyinatlarına qayıdır, ya da başqa ölkəyə göndərilirlər. Bəziləri Yehovanın Şahidlərinin 90-dan çox filiallarından birinə təyin olunurlar. Lakin əksəriyyəti yığıncaqları xidmətdə fəal olmağa təşviq etmək məqsədilə əhalisi sıx olan ərazilərə göndərilir.

Lap başlanğıcda Gilead Məktəbi Saut-Lansinqdə (Nyu–York ştatı), Padşahlıq fermasında keçirilirdi. 1961-ci ildə məktəb Bruklinə (Nyu–York ştatı), Yehovanın Şahidlərinin baş idarəsinin yerləşdiyi yerə köçürüldü. 1988—1995-ci illərdə məktəb Gözətçi Qülləsinin fermalarının yerləşdiyi Uolkilldə keçirilirdi. 1995-ci ildə isə məktəb indi keçirildiyi yerə — Gözətçi Qülləsinin Təlim Mərkəzinə (Paterson, Nyu–York ştatı) köçürüldü. 2013-cü ilin mart ayında 134-cü sinfin buraxılışı oldu.

Yuxarıda: 116-cı sinfin tələbələri sinif otağında, 2003-cü il. Aşağıda: tələbələr Gilead kitabxanasında araşdırma aparırlar, 2011-ci il

Artıq 70 ildir ki, Gilead Məktəbinin məzunları Yehova Allah haqda şahidlik vermək işini sədaqətlə icra edirlər.