Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Manhattanda yenilik

Manhattanda yenilik

2011-ci ilin noyabr ayından Yehovanın Şahidləri tərəfindən Manhattanda (Nyu-York, ABŞ) eksperimental kampaniyaya start verilmişdir. Məqsəd — balaca araba və masaların üzərində nümayiş etdirilən ədəbiyyatların köməyi ilə insanları Allahın Kəlamından olan xəbərlə tanış etməkdir. Bu kampaniya Manhattanın cənub hissəsində, Nyu-Yorkun ən köhnə və gediş-gəlişi çox olan rayonunda keçirilir.

Bütün ərazi dörd hissəyə bölünüb. Hər hissədə, insanların çox olduğu bir neçə yerdə, üzərində Müqəddəs Yazılara əsaslanan ədəbiyyat qoyulmuş masa və arabalar quraşdırılır. Yanlarında isə yerli Yehovanın Şahidləri dayanırlar. Bir çox belə stendləri vağzal və onların ətraf ərazilərində, eləcə də hər gün minlərlə insanın toplaşdığı dayanacaqlarda görmək olar.

Bu yerlərdə insanları maraqlandıran bir çox həyati vacib suallara cavab verilir. Vaxtı olmayanlar isə istədiyi ədəbiyyatı götürüb sonra oxuyurlar.

Nəşrlər bir neçə dildə təklif edilir. Əgər insanın istədiyi dildə ədəbiyyat yoxdursa, onu sifariş edə və bir neçə gündən sonra götürə bilər.

İctimaiyyət və hakimiyyət nümayəndələri bu kampaniya haqqında müsbət fikirdə olduqlarını bildirirlər. Bir polis nəfəri isə insanların çoxdan buna ehtiyacı olduğunu qeyd etmişdir.

Bir kişi «Müqəddəs Kitab əslində nə öyrədir?» kitabını görüb qəfildən ayaq saxladı. O, metroda insanları bu kitabı oxuduğunu görüb özünə də ondan almaq istədiyini bildirdi. İndi o kitabı haradan alacağını bilir.

Bir cavan oğlan altı həftə ərzində hər gün bu masaların birinin yanında keçirdi. Əvvəl-axır o ayaq saxlayıb kömək xahiş etdi. Masanın yanında xidmət edən Yehovanın Şahidləri sevinclə ona kömək etdilər. Ona Müqəddəs Kitab (Tövrat, Zəbur, İncil) verdilər və istifadə qaydasını izah etdilər.

Yoldan keçənlər dayanıb ruhani mövzularda söhbət edirlər. Manhattanda keçirilən bu kampaniyanın son aylarının birində insanlara 3797 jurnal və 7986 kitab paylanmışdır.