Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitabdakı ümidverici xəbər Parisdə çatdırılır

Müqəddəs Kitabdakı ümidverici xəbər Parisdə çatdırılır

2015-ci il noyabrın 30-dan dekabrın 12-nə kimi keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransında 195 millətdən olan nümayəndələr insan fəaliyyətinin ətraf mühitə vurduğu zərəri necə azalda biləcəklərini müzakirə etmək üçün Parisdə (Fransa) toplaşdılar. Hökumət nümayəndələri, alimlər, ətraf mühit mühafizəçiləri və biznesmenlər də daxil olmaqla, 38 000-dən çox insan bu konfransda iştirak etdi. On minlərlə digər insanlar isə iqlim dəyişikliyi barədə daha çox öyrənmək üçün yaxınlıqdakı ictimai informasiya mərkəzlərini ziyarət etdilər.

Yehovanın Şahidləri bu konfransda iştirak etməsələr də, ətraf mühitin mühafizəsini dəstəklədilər. Yüzlərlə Yehovanın Şahidi Parisdə xüsusi kampaniyada iştirak etdi və Müqəddəs Kitabın ekoloji cəhətdən təmiz planetdə yaşamaq barədə ümidverici xəbərini insanlarla bölüşdülər.

Bir Yehovanın Şahidi nəqliyyatda gedərkən milli geyimdə olan bir perulu ilə söhbət edir. Həmin adam deyir ki, o, gözəl mənzərəli dağ yerində yaşayır və sağlamlığı yerindədir. Bununla belə, planetimizin gələcəyi onu narahat edir. Eşitdiyi bu ümidverici xəbər ona təsir etdi, o sevindi və rəsmi saytımız olan www.jw.org saytının vizit kartını götürdü.

Qatarda gedən iki Yehovanın Şahidi amerikalı ətraf mühitin mühafizəçisi ilə söhbət edir. Həmin adam Yehovanın Şahidlərinin Uolkilldəki (Nyu-York, ABŞ) iki yeni binalarının tikintisinə və ekoloji cəhətdən davamlılığına görə iki dəfə dördlü «Yaşıl Qlobus» mükafatı ilə təltif olunduğunu eşidəndə təəccübləndi. O da vizit kartımızı məmnuniyyətlə götürdü.

Yehovanın Şahidlərinin ətraf mühitin mühafizəsi ilə səmimi maraqlandığını görən bir çoxları veb-saytımıza daxil olacaqlarına söz verdilər. Kanadadan olan bir nümayəndə Şahidlərin Uorvikdə (Nyu-York) yeni baş idarələrinin ərazisindəki şərq mavi quşunun yuva saldığı ərazini qorumaq üçün əllərindən gələni etdiyini biləndə belə dedi: «Ətraf mühiti mühafizə etməzdən qabaq mən ornitoloq idim. Heç bilməzdim ki, Yehovanın Şahidləri canlı varlıqlara bu qədər dəyər verir. Mən sizin ədəbiyyatlarınızı oxuyacağam və sizi yaxından tanımaq üçün veb-saytınıza daxil olacağam!»

Əlavə məlumat

İLAHİ MÜJDƏ

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.