Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Fransada bənzərsiz Müqəddəs Kitab sərgisi

Fransada bənzərsiz Müqəddəs Kitab sərgisi

Fransanın şimalında keçirilən «Ruan 2014» beynəlxalq sərgisinə gələn minlərlə qonaq «Müqəddəs Kitab — dünən, bu gün və sabah» adlı cəlbedici guşə ilə rastlaşdılar.

Guşənin çöl tərəfində plazma ekranda qonaqların çoxunun diqqətini cəlb edən Müqəddəs Kitabın qədim əlyazmaları haqda video çarx göstərilirdi. Guşənin içərisində isə qonaqlar Müqəddəs Kitabın faydalı məsləhətləri, tarixi və elmi dəqiqliyi, həmçinin necə geniş yayıldığı haqda öyrənə bilərdilər.

Həmçinin sərgidə Müqəddəs Kitabın əsrlərin sınağından necə keçdiyi göstərilirdi. Bu kitab indiki dövrdə istər kağız formatda, istərsə də elektron formatda milyardlarla insanlar üçün əlçatandır. Sərgiyə gələnlər Yehovanın Şahidləri tərəfindən 120 dildə dərc edilən Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin bir nüsxəsini pulsuz əldə etdilər.

Sərgiyə gələnlərin çoxu Müqəddəs Kitabı ictimaiyyətə əlçatan olmasında təşəbbüsü öz üzərlərinə götürdükləri üçün Yehovanın Şahidlərinə minnətdarlıqlarını bildirdilər. Bir qrup yeniyetmə ilə sərgiyə baxarkən gənc bir təşkilatçı belə demişdi: «Müqəddəs Kitab hamımızın ümumi mirasıdır. O canlıdır. Hər dəfə onu oxuyanda problemlərimin həllini tapıram».

60 yaşlı bir nənə Müqəddəs Kitabı pulsuz əldə edə biləcəyini öyrənəndə təəccübləndi. O deyir: «Hamımız Müqəddəs Kitabı yenidən oxumalıyıq, çünki hamımıza lazımdır!»

Əlavə məlumat

«Yeni Dünya Tərcüməsi» dəqiqdirmi?

«Yeni Dünya Tərcüməsi»ni Müqəddəs Kitabın digər tərcümələrindən fərqləndirən cəhətlər hansılardır?

«Allahın müqəddəs sözləri»ni tərcümə etmək əmanəti (Romalılara 3:2)

Yehovanın Şahidləri son 100 il ərzində Müqəddəs Kitabın müxtəlif tərcümələrindən istifadə ediblər. Nəyə görə onlar Müqəddəs Kitabı müasir ingilis dilinə tərcümə etmək qərarına gəliblər?