Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Ümumdünya təbliğ kampaniyası JW.ORG saytını tanıtdı

Ümumdünya təbliğ kampaniyası JW.ORG saytını tanıtdı

2014-cü ilin avqust ayı ərzində Yehovanın Şahidləri jw.org saytına marağı artırmaq üçün bütün dünyada buklet paylamağa başladılar. Nəticədə, həmin ay bu sayta daxil olanların sayı 20 faizdən çox artaraq təxminən 65 milyon nəfərə çatdı. Ümumilikdə isə bütün dünyada 10 000-ə yaxın adam sayt vasitəsilə Müqəddəs Kitab dərsləri keçirilməsini istəmişdilər. Bu say əvvəlki aya nisbətən 67 faiz çoxdur. Kampaniya dünyanın hər yerində yaşayan insanlara kömək etdi.

Həyati vacib suallara cavab axtaranlara kömək

Kanadada yaşayan bir Yehovanın Şahidi liftdə qarşılaşdığı Madelin adlı qadına kampaniyada istifadə olunan «Həyati vacib suallara kim cavab verə bilər?» bukletini göstərdi. Madelin dedi ki, bir gecə bundan əvvəl bu kimi suallara cavab tapmaqda Allahın ona kömək etməsi üçün eyvanda israrla dua edib. Əvvəllər Müqəddəs Kitab dərsi almaq üçün o, bir çox kilsəyə zəng etsə də, heç kim ona geri zəng etməmişdi. Qısa müddət sonra Madelin Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı.

Müqəddəs Kitabı tanımayanlara kömək

Filippində Roina adlı Yehovanın Şahidi fast-fud (ayaqüstü yemək) restoranının qabağında duran bir çinli kişi ilə söhbət etdi. O, həmin adama bukleti verib izah etdi ki, Yehovanın Şahidləri insanlara pulsuz Müqəddəs Kitab dərslərindən faydalanmağa kömək edirlər.

Həmin adam indiyə qədər Müqəddəs Kitabı görmədiyini dedi. Bu söhbət onu Yehovanın Şahidlərinin böyük toplantısında iştirak etməyə təşviq etdi. Sonra o dedi ki, Müqəddəs Kitab haqda daha çox məlumat almaq istəyir. Həmçinin saytımızdan Müqəddəs Kitabı yükləyəcəyini bildirdi.

Eşitmə qüsuru olanlara kömək

İspaniyada yaşayan Gilermo özü kimi eşitmə qüsurlu olan keçmiş məktəb yoldaşı Xorxe ilə qarşılaşdı. Xorxe dedi ki, bir müddət əvvəl anası ölüb və onun çoxlu şübhələri, sualları var. Gilermo kampaniyada istifadə olunan bukleti Xorxeyə verib jw.org saytından onu narahat edən suallara cavab verən məlumatı jest dilində necə tapa biləcəyini göstərdi. Gilermo Xorxeni yığıncağa da dəvət etdi. Xorxe yığıncağa gəldi və ibadət evindən 60 kilometr uzaqda yaşamasına baxmayaraq, o gündən etibarən heç bir yığıncaqdan qalmır.

Ucqar ərazilərdə yaşayanlara kömək

Xərclərin çox çıxmasına baxmayaraq, Qrenlandiyada yaşayan Yehovanın Şahidi olan 2 cütlük 280 nəfərin yaşadığı bir ucqar əraziyə qayıqla 6 saata yol getdilər.Onlar orada təbliğ etdilər, buklet payladılar və jw. org saytından Qrenland dilində video göstərdilər. Həmçinin tanış olduqları bir cütlüyə Müqəddəs Kitab dərsi keçməyə başladılar. Onlar indi də həftədə 2 dəfə telefon vasitəsilə dərs keçirlər.

Yalnız qütbdə bu cür təbliğ edilmir. Nikaraquada yaşayan Yehovanın Şahidləri Karib cəngəlliyində mayanqna dilli insanlara buklet payladılar. Kələ-kötür yollarda qırıq-salxaq avtobusla dayanmadan 20 saat yol qət etdikdən sonra, yaşayış yerinə çatmaq üçün bəzən piyada palçıqlı yollardan keçərək 11 saat yol gedirdilər. Onlar orada bukletlər paylayır, mayanqna dilində videolar göstərirdilər. Orada yaşayan insanlar təəccüblərini və sevinclərini gizlədə bilmədilər.

Estela adlı Yehovanın Şahidi Brazilyada, Amazonun rütubətli tropik meşəsində yerləşən balaca kənddən keçən bir kişiyə kampaniyada istifadə olunan bukleti təqdim etdi. Kişi maraq göstərməsə də, bukleti götürüb cibinə qoydu. Evə qayıdarkən qayığın mühərriki xarab olduğundan kişi çayın ortasında qaldı. O, köməyin gəlməsini gözləyərkən bukleti oxudu. Telefonundan istifadə edərək jw.org saytına daxil olub bir neçə məqalə oxudu və videolar yüklədi. Bir neçə gün sonra həmin kişi Estelanın əri ilə görüşdü və verdiyi bukletə görə Estelaya minnətdarlığını bildirməsini xahiş etdi. O dedi: «Çayın ortasında qalarkən oxuduğum məqalələr kömək etdi ki, qayıq gəlib məni xilas edənə qədər sakitliyimi qoruya bilim». O əlavə edir: «Uşaqlarım Eminin cizgi filmlərini çox sevirlər. Bundan sonra da jw.org saytına daxil olacağam»

Əlavə məlumat

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?