Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Azadlıqsevərlərin Armadada görüşü

Azadlıqsevərlərin Armadada görüşü

2013-cü il iyunun 6-dan 16-dək dünyanın dörd bir yanından milyonlarla insanlar Fransanın şimalında yerləşən Ruan liman şəhərinə axışmışdılar. Onları bura gətirən dünyanın ən böyük və ən gözəl gəmi festivallarından biri hesab olunan Armada festivalı idi.

Mənzərəli Normandiyada dolanbac yollarla axan Sena çayı ilə üzüyuxarı 120 kilometr getdikdən sonra dünyanın ən hündür və ən gözəl yelkənli gəmiləri bu dəniz festivalı üçün hazırlanan limanda 7 kilometr boyunca lövbər salmışdı. Festivalda 45-ə yaxın əfsanəvi gəmi iştirak etmişdi. On gün ərzində qonaqların pul ödəmədən istənilən gəminin göyərtəsinə çıxıb onu seyr etmək imanı vardı.

Festivala balacasından tutmuş böyüyünədək hər yaşda insan gəlmişdi. Onları bura gətirən nə idi? Tədbirin təsisçisi və təşkilatçısının sözləri ilə desək, Armada onlara «insanı xəyallara aparan “dəniz nəhənglərinə” daha yaxın» olmaq imkanını verir. Bəli, böyük yelkənli gəmilər, yaşlarından asılı olmayaraq, əksər insanlarda uzaq səyahətlər və azadlıq haqda xəyallar oyadır.

Minlərlə turistlərin azadlığın digər növü — Müqəddəs Kitab həqiqətinin verdiyi azadlıq haqda eşitmək imkanı vardı (Yəhya 8:31, 32). Əsrarəngiz orta əsr Ruan şəhərinin ensiz izdihamlı küçələrində gəzib-dolaşan turistlər Yehovanın Şahidlərinin səyyar stendlərini görməyə bilməzdilər. Şəhəri seyr edənlər və ya dənizçilər stendə yaxınlaşanda onlara Müqəddəs Kitaba əsaslanan istənilən nəşri pulsuz götürmək təklif olunurdu. Bir çoxları həmin ayın «Gözətçi qülləsi»ndə dərc edilən «Qərəzsiz dünya. Nə zaman?» məqaləsinə maraq göstərdilər və Şahidlər onları fransız, ingilis və ispan dillərində təqdim olunan Müqəddəs Kitab məruzəsinə dəvət edirdilər.

Yerli sakinlər bu dəvətə görə təşəkkür edirdilər. Şahidləri küçədə səyyar stend arxasında görəndə əvvəl-əvvəl təəccüblənən bir kişi demişdi: «Sizi burada görüb çox sevindim. Etiqadınıza şərik olmasam da, öz imanına sadiq qalanlara hörmətim böyükdür». İctimai şahidlik növünə qatılan Şahidlərə rast gələn bir yaşlı kişi onlara dedi: «Siz özünüzlə fəxr edə bilərsiniz!»