Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin sayı rekord həddə çatır

Yehovanın Şahidlərinin sayı rekord həddə çatır

1987-ci ildə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Layman Suinql Valensiyadakı (Venesuela) «Plaza Monumental» arenasında 63 580 nəfər qarşısında çıxış etmişdi. Bir çoxları onun nitqinə qulaq asmaq üçün bütün gecəni avtobusla yol gəlmişdi. Layman qardaş bu böyük izdihama xitab edərək demişdi: «Siz artıq kiçik qrup deyilsiniz, kifayət qədər böyüksünüz. Belə görünür ki, tezliklə sayınız 100 000-ə çatacaq!»

1987-ci ildə Venesuelada 38 000-dən çox Yehovanın Şahidi, yəni Padşahlıq haqdakı xoş xəbəri çatdıran fəal təbliğçi var idi. O vaxtlar yalnız səkkiz ölkədə 100 000-dən çox təbliğçi var idi.

Bütün dünyada Yehovanın Şahidlərinin sayının artması adama dərin təsir bağışlayır. I Dünya müharibəsindən sonra Yehova Allahın Padşahlığını bəyan edənlərin sayı bir neçə min nəfər idi. Amma vəziyyət dəyişdi. 1943-cü ilin «Yehovanın Şahidlərinin illik məcmuəsi»ndə qeyd olunmuşdu: «1942-ci ilin ümumi hesabatına əsasən, baxmayaraq ki, əlaqə itdiyindən hesabat tam deyil, Allahın xeyir-duası ilə... hal-hazırda bütün dünyada [xoş xəbəri bəyan edən] 106 000 təbliğçi var». Hətta II Dünya müharibəsi kimi çətin dövrdə belə çoxlu insanlar Müqəddəs Kitab həqiqətlərinə hay verirdilər. 1950-ci ildə yalnız Birləşmiş Ştatlarda 100 000-dən çox təbliğçi var idi.

Təbliğçilərin sayı 100 000-ə çatan ikinci ölkə isə 1974-cü ildə Nigeriya oldu.

Bir ildən sonra Braziliya və Almaniyada da təbliğçi sayı 100 000-i keçdi. Dörd qitədə gedən bu inkişaf sübut etdi ki, Müqəddəs Kitab həqiqətlərinə bütün dünyada hay verilir.

Xoş xəbərə hay verənlərin sayı artmağa davam edirdi. Bu inkişaf Müqəddəs Kitabda deyilən bu sözlərə uyğun gəlir: «Ən kiçiyindən min nəfər, ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm» (Əşiya 60:22).

2014-cü ilin təbliğ hesabatına görə, hal-hazırda 24 ölkədə Yehovanın Şahidlərinin sayı 100 000-dən çoxdur. Bu ölkələrdən biri də Venesueladır. Venesuelada 2007-ci ildə təbliğçilərin sayı 100 000-ə çatmışdı. Ümumilikdə isə bütün dünyada Yehovanın Şahidlərinin 115 416 yığıncağı var və bu yığıncaqlarda 8 201 545 təbliğçi var.

100 000-dən çox təbliğçisi olan ölkələr

Qitə

Ölkə

Təbliğçilər

Afrika

Anqola

108 607

Konqo Demokratik Respublikası

216 024

Qana

125 443

Nigeriya

362 462

Zambiya

178 481

Asiya

Yaponiya

215 703

Koreya Respublikası

100 641

Filippin

196 249

Avropa

Britaniya

138 515

Fransa

127 961

Almaniya

166 262

İtaliya

251 650

Polşa

123 177

Rusiya

171 268

İspaniya

112 493

Ukrayna

150 906

Şimali Amerika

Kanada

116 312

Meksika

829 523

Amerika Birləşmiş Ştatları

1 243 387

Cənubi Amerika

Argentina

150 171

Braziliya

794 766

Kolumbiya

166 049

Peru

123 251

Venesuela

140 226

Əlavə məlumat

How Do Jehovah’s Witnesses Organize Their Preaching Work?

We follow the pattern set by Jesus when he was on earth. What are some of these preaching methods?