Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Dənizin dibi ilə təbliğə gedənlər

Dənizin dibi ilə təbliğə gedənlər

Almaniyanın Şleyzviq-Holştayn vilayətinin qərb sahilində yerləşən Şimal dənizindəki Halligen arxipelaqında təxminən 300 nəfər yaşayır. Bəs Yehovanın Şahidləri xoş xəbəri onlara necə çatdırırlar? (Mətta 24:14).

Şahidlər bəzi adalara gəmi ilə gedirlər. Digər adalarda yaşayanlara isə xoş xəbəri çatdırmaq üçün Şahidlərdən ibarət kiçik bir qrup başqa yol tapıb. Onlar dənizin dibi ilə təxminən beş kilometr piyada yol qət edirlər. Bu, necə mümkün ola bilər?

Suyun qabarma və çəkilməsinin köməyi

Sirr suyun qabarma və çəkilməsindədir. Şimal dənizinin bu ərazisində təxminən altı saat intervalla suda üç metr qabarma və ya çəkilmə baş verir. Suyun səviyyəsi azalanda dənizin dibi görünür. Bunun sayəsində Şahidlər üç adaya ayaqla gedə bilirlər.

Bu səyahət özünə nəyi daxil edir? Qrupun bələdçisi Ulrix deyir: «Adaların birinə çatmaq üçün iki saat yol getməli oluruq. Çox vaxt ayaqyalın gedirik. Bu, dənizi keçmək üçün ən sərfəli və rahat yoldur. Soyuq havada isə çəkmə geyinirik».

Mənzərə qeyri-adi görünür. Ulrix deyir: «Adama elə gəlir ki, başqa bir planetə düşmüsən. Bəzi yerlər palçıqlı, digər yerlər isə daşlıqdır. Elə yerlər də var ki, tamamilə yosunla örtülüdür. Dəstələrlə quşlar, yengəclər və digər heyvanlar görmək olar». Hərdən qrup palçıqda yaranan və almanca «Priley» adlanan kiçik axınlardan keçməli olur.

Bu səyahətin özünəməxsus çətinlikləri var. Ulrix bölüşür: «Asanlıqla aza bilərsən, xüsusilə də dumanlı havada. Belə havada kompas və GPS-in böyük köməyi dəyir. Həmçinin qabarma olana qədər qayıda bilək deyə, plana uyğun hərəkət edirik».

Halligen adalarının birində xoş xəbərin təbliği

Görəsən, çəkilən bu qədər zəhmətə dəyər? Ulrix «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarını müntəzəm oxuyan 90 yaşlı bir kişi haqqında danışır: «Bir gün vaxtımız məhdud olduğundan həmin kişiyə baş çəkə bilmədik. Biz geri yola düşmək istəyəndə o, velosipedi ilə özünü bizə çatdırdı və dedi: “Mənim jurnalımı verməmiş gedirsiniz?” Əlbəttə ki, biz məmnuniyyətlə jurnalı ona verdik».

Əlavə məlumat

How Do Jehovah’s Witnesses Organize Their Preaching Work?

We follow the pattern set by Jesus when he was on earth. What are some of these preaching methods?