Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Şinqu çayı boyunca təbliğ

Şinqu çayı boyunca təbliğ

2013-cü il iyul ayının əvvəlində Braziliyada 28 Yehovanın Şahidindən ibarət bir qrup San-Felis-du-Şinqu şəhərindən çıxıb kayapo və yuruna hindi tayfalarının yaşadıqları ərazilərə yollandı. Onlar 15 metr uzunluğunda qayıqla Şinqu çayı boyunca üzüyuxarı üzdülər. Uzunluğu 2092 kilometr olan və şimala doğru axan Şinqu çayı Amazon çayına tökülür.

Bu səfərin məqsədi çayın sahili boyunca səpələnən kəndlərdə yaşayanlara Allahın Padşahlığı barədə təbliğ etmək idi. Səfərlərinin üçüncü günü qrup Kokrimoro kəndinə gəlib çatdı. Bu ərazilərin qonaqpərvər camaatı onları gülərüzlə qarşıladı. Rast gəldikləri bir qadın əl-qolu ilə nəsə başa salmaq istəyirdi. Yerli sakinlərdən olan bələdçimiz qadının bu jestlərlə nə demək istədiyini izah etdi: «Onun jestləri bu deməkdir: “Hamınız gəlin. Biz hamınızla tanış olmaq istəyirik!”»

Şahidlər hamı ilə söhbət etdilər: bəziləri ilə portuqal dilində, digərləri ilə isə jest və işarələr vasitəsilə. Onların özləri ilə gətirdikləri əlvan nəşrlər işlərinə çox yaradı, kəndlilərin bir çoxu nəşrləri, xüsusilə də «Allahın sözünə qulaq as» broşürasını məmnuniyyətlə qəbul etdilər.

San-Felis-du-Şinqu şəhərində xüsusi pioner kimi xidmət edən Qerzon bir kəndliyə «Müqəddəs Kitab hekayələri» kitabını verəndə onun nə etdiyini danışır: «Kişi kitaba baxıb onu hər iki əli ilə bərk sıxdı; o, kitabı bir an belə əlindən buraxmaq istəmirdi».

Yehovanın Şahidləri çay sahili boyunca yaşayan kəndlilərə 500-ə yaxın kitab, jurnal və broşüra payladılar. Kəndlilər ədəbiyyatları minnətdarlıqla qəbul edirdilər. Kavatera kəndinin camaatı yer üzündə Cənnətin olacağı ilə bağlı Müqəddəs Kitabda yazılanlara diqqətlə qulaq asırdı. Hətta kayapo tayfasından olan Tonjaikva adında bir qonaqpərvər hindi dedi: «Cənnətdə insanlar bizim kimi yaşayacaqlar».

San-Felis-du-Şinqu şəhərindəkilərin çoxu bu səfər barədə bilirdi. Qrupun üzvlərindən biri olan Simona danışır: «Doğma şəhərimizdə bəzi insanlar hindilərin bizi kəndlərə qoymayacaqlarını deyirdilər. Lakin bizi yaxşı qarşıladılar və hamıya təbliğ etdik». Onların heç bir problemi yaranmadı.