Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Uorvik şəkil sərgisi 2 (Sentyabr — dekabr 2014)

Uorvik şəkil sərgisi 2 (Sentyabr — dekabr 2014)

Bu şəkil sərgisində 2014-cü il sentyabr — dekabr ayları ərzində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

Uorvik kompleksinin hazır vəziyyətinin şəkli. Saat əqrəbi istiqamətində:

  1. Avtomobil təmir sexi

  2. Qonaqlar üçün maşın dayanacağı

  3. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

  4. B yaşayış binası

  5. D yaşayış binası

  6. C yaşayış binası

  7. A yaşayış binası

  8. Ofislər və xidmət binası

11 sentyabr 2014-cü il — Qonaqlar üçün maşın dayanacağı

Polad sancaqlardan C yaşayış binası üçün dam örtüyü hazırlanır

18 sentyabr 2014-cü il — Uorvik

Cənubda yerləşən tikinti ərazisinin şimalında Sterlinq-Forest gölü (Mavi göl) görünür. Eyni vaxtda 13 tikinti kranı işləyir. Ön planda B yaşayış binasının bünövrəsinə beton tökülür

26 sentyabr 2014-cü il — Ofislər və xidmət binası

Polad tirlər və dirəklər quraşdırılmaq üçün hazırdır. Metal konstruksiyanın istifadəsi sayəsində Ofislər/Xidmət binasının içərisi geniş olur və tikintini sürətləndirir.

9 oktyabr 2014-cü il — Uorvik

Könüllülər C yaşayış binasının yığma dam örtüyünü metal konstruksiya və su keçirməyən materialla örtürlər. Arxada sol tərəfdə isə digər yarım ölçülü dam örtüyü tikilir.

15 oktyabr 2014-cü il — Ofislər və xidmət binası

Podratçılar binanın cənub-qərb hissəsinə yaxın polad tirlər quraşdırırlar. Binanın bu bölməsində mətbəx, yeməkxana, camaşırxana və digər şöbələr olacaq.

15 oktyabr 2014-cü il — Uorvik

Kanalizasiya sisteminin armaturunu təmir edən işçiyə fırça uzadırlar.

20 oktyabr 2014-cü il — Uorvik

Bu maket divarlar kərpiclərin düzülüş qaydasını, suvağın rəngini və hörgünün üslubunu müəyyən etmək üçün istifadə edildi. Bu divarlar həmçinin yeni hörgüçülərin işini asanlaşdırır. Maket divar istifadə edilib qurtardıqdan sonra sökülür.

31 oktyabr 2014-cü il — C yaşayış binası

Yarım ölçülü yığma dam örtüyü kran vasitəsilə müəyyən olunmuş yerə aparılır. Yaşayış binalarının dam örtüklərinin üçbucaq formada olması binaya xüsusi gözəllik verir.

7 noyabr 2014-cü il — Təmir sexi və sakinlər üçün maşın dayanacağı

95 000 litrlik yanacaq bakı müəyyən edilmiş yerə quraşdırılır. Bu baklardakı yanacaq buxar qazanları üçün istifadə ediləcək.

12 noyabr 2014-cü il — C yaşayış binası

Binanın cənub tərəfdən görünüşü. Şəklin sağ küncündən Mavi göl görünür. Binanın fasadını daha da gözəlləşdirmək üçün fərqli çalarlarda və quruluşda eksteryer materiallardan istifadə olunur.

21 noyabr 2014-cü il — Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Santexnika qrupundan olan bir ər-arvad döşəmə plitələri qoyulmazdan əvvəl su borularını quraşdırırlar.

28 noyabr 2014-cü il — Ofislər və xidmət binası

Dam örtüyündə yığılıb qalmış qarı təmizləyərkən.

1 dekabr 2014-cü il — Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Digər bir cütlük kanalizasiya ilə bağlı çertyoju nəzərdən keçirirlər.

10 dekabr 2014-cü il — Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Qarlı bir gündə yerlər qazılır, beton tökmək üçün qəliblər quraşdırılır və içərisi betonla doldurulur. Şəklin sol yuxarı küncündə Ofislər/Xidmət binası olan hissəsi möhkəm plastik brezentlə örtülmüşdür. Bunun sayəsində qış aylarında beton döşəməni tökərkən və yanğına davamlı işləri görərkən havanın temperaturu stabil qalır.

12 dekabr 2014-cü il — D yaşayış binası

İşçilər binanın fasadının panellərini quraşdırmazdan əvvəl beton sütunları və mərtəbənin kənarlarını rütubətə qarşı izolyasiya edirlər.

15 dekabr 2014-cü il — Uorvik

Tikinti ərazisinin qərb tərəfdən mənzərəsi. Yaşayış binaları şəklin yuxarı hissəsindədir. Şəklin ortasına yaxın hissəsindəki böyük ağ rəngli bina Ofislər/Xidmət binasıdır. Tikinti gedən ərazi 100 hektarlıq ərazinin 20 faizdən də az hissəsini tutduğu üçün ətrafındakı meşəyə ziyan dəymir.

15 dekabr 2014-cü il — Uorvik

Tikinti ərazisinin qərb tərəfdən mənzərəsi. Şəklin aşağı hissəsində C və D yaşayış binaları görünür. Podratçılar C yaşayış binasında metal dam örtüklərini quraşdırırlar.

25 dekabr 2014-cü il — C yaşayış binası

Dülgər otaqda laminat parket quraşdırır. Hər yaşayış otağına döşəmə üçün istifadə olunacaq dörd materialdan biri qabaqcadan seçilir. Bura rəngli boyalar, xalı örtüklü döşəmə, laminat döşəmə, metlax, mətbəx piştaxtası daxildir.

31 dekabr 2014-cü il — Ofislər və xidmət binası

Hamar olması üçün beton döşəmənin səthi əl ilə düzəldilir.

31 dekabr 2014-cü il — C yaşayış binası

77 yaşında olan bir texnik çox naqilli optik-lifli paylayıcı kabeli quraşdırır. Layihənin sonunda quraşdırılmış bu kabellərin uzunluğu təxminən 32 kilometr olacaq.

Əlavə məlumat

Bet-El?

Bethel is a unique place with a very important objective. Learn more about those who serve there.