Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Uorvik şəkil sərgisi 4 (May — avqust 2015)

Uorvik şəkil sərgisi 4 (May — avqust 2015)

Bu şəkil sərgisində 2015-ci il may — avqust ayları ərzində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

Uorvik kompleksinin maketi. Saat əqrəbi istiqamətində:

  1. Avtomobil təmir sexi

  2. Qonaqlar üçün avtomobil dayanacağı

  3. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

  4. B yaşayış binası

  5. D yaşayış binası

  6. C yaşayış binası

  7. A yaşayış binası

  8. Ofislər və xidmət binası

6 may 2015-ci il. Uorvik

Montajçı yoxlama cihazını Sterlinq-Forest gölünə (Mavi göl) quraşdırmağa hazırlaşır. Bu cihaz güclü selin qarşısını alacaq ki, göl daşmasın.

6 may 2015-ci il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

Tikinti briqadası təmir sexinin damının kənarlarına püskürtmə betonla məhəccər çəkir. Bu cür betonlama adətən istifadə olunan monolit betonlama prosesindən daha sürətlidir.

15 may 2015-ci il. Uorvik

Sənədləşdirmə şöbəsinin fotoqrafı tikinti işinin şəkillərini çəkir. Yehovanın Şahidlərinin Rəhbərlik Şurası bu layihənin gedişatını izləmək üçün hər həftə şəkillərə baxır.

30 may 2015-ci il. Taksido kompleksi

Uorvikdəki tikinti layihəsində iştirak etmək üçün yüzlərlə insan Taksidoya gəlib. Bu iki nəfər də könüllü olaraq Santexnika şöbəsində işləmək üçün Cənubi Kaliforniyadan gəlib. Avqustun 1-i yeni işçilərin sayı 707 nəfərə çatmışdı.

9 iyun 2015-ci il. B yaşayış binası

Podratçılar qaldırıcı kran vasitəsilə xarici divar panelini yerləşdirirlər. B yaşayış binası divar panellərinin və pəncərələrin quraşdırıldığı sonuncu binadır.

16 iyun 2015-ci il. C və D yaşayış binaları

Podratçılar C və D yaşayış binaları arasında keçid quraşdırır.

25 iyun 2015-ci il. C yaşayış binası

Bağbanlar həyətin qərb tərəfinə çim sərirlər.

2 iyul 2015-ci il. Uorvik

Tikinti briqadası su bəndinə birləşmiş əsas suaşıranı təmir edir. Bu suaşıran 1950-ci ildə tikilib. Bu təmir işləri həmin ərazidə baş verəcək güclü qasırğanın və leysanın qarşısını almaq üçün aparılır. Beləcə, Uorvik və onun ətraf əraziləri daşqından qorunmuş olur.

15 iyul 2015-ci il. A yaşayış binası

Həyətdə sıxlıq olmasın deyə daxili işlər, məsələn, kosmetika və boru izolyasiyası kimi işlər gecə görülür. Gecə növbəsində çalışan yüzlərlə işçi gecə saat 3-dən gündüz saat 2-ə kimi işləyirlər.

20 iyul 2015-ci il. D yaşayış binası

Havalandırma sistemini quraşdıran işçi yeni işçiyə borunu izolyasiya etməyi öyrədir.

21 iyul 2015-ci il. B yaşayış binası

B yaşayış binası ilə təmir sexini birləşdirən keçid rənglənir.

27 iyul 2015-ci il. Taksido kompleksi

Arxa dayanacaqda işçilər Uorvikə gedən avtobusları gözləyirlər. Bu avtobuslar işçiləri tikinti sahəsinə aparıb-gətirir.

27 iyul 2015-ci il. Taksido kompleksi

Uorvikdə çalışan üç işçi saçını kəsdirir. Bərbərxanalar Taksidoda, Uorvikdə və Montqomeri anbarında yerləşir və hər həftə 400-dən çox işçinin saçı kəsilir.

3 avqust 2015-ci il. Uorvik

Geotermal sahədə beton tökmək üçün qəlib hazırlanır. Qışda əlavə istilik, yayda isə əlavə sərinlik verməsi üçün dərinliyi təxminən 150 metr olan 120 quyu istifadə olunur. Geotermal enerji sayəsində xərclərə qənaət edilir və kompleks lazımi temperaturla təmin edilir.

7 avqust 2015-ci il. Montqomeri (Nyu-York)

Uorvik üçün lazım olan tikinti materialları siyahıya alınır və yerləşdirilir.

14 avqust 2015-ci il. Taksido Park (Nyu-York)

Uorvikdə çalışan iki işçi (sağdan ikinci və üçüncü) yerli ailə ilə birgə nahar edir. Bu ailə kimi, Yehovanın Şahidi olan bir çox digər ailələr də bu layihədə könüllü olaraq iştirak edənləri evlərində qonaq ediblər.

17 avqust 2015-ci il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

İşçi avtomatik cihaz vasitəsilə hündürlük dərəcəsini ölçür.

20 avqust 2015-ci il. Ofislər və xidmət binası

Qonaqların ekskursiya edəcəyi əsas vestibülün (böyük dəhliz) pəncərələrinin qoyulması başa çatır.

26 avqust 2015-ci il. Uorvik

May — avqust ayları ərzində sonuncu yaşayış binası olan B yaşayış binasının divar panelləri və dam örtükləri vurulub. Binalararası piyada keçidlərinin quraşdırılması başa çatıb və bəzi yerlərdə yaşıllaşdırma işləri başlayıb.

Əlavə məlumat

Yehovanın Şahidləri ilə tanışlıq

How many of Jehovah’s Witnesses do you know? What do you really know about us?