Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Uorvik şəkil sərgisi 3 (Yanvar — aprel 2015)

Uorvik şəkil sərgisi 3 (Yanvar — aprel 2015)

Bu şəkil sərgisində 2015-ci il yanvar — aprel ayları ərzində Yehovanın Şahidlərinin yeni baş idarəsində gedən tikinti işlərinin necə irəlilədiyini görə bilərsiniz.

Uorvik kompleksinin maketi. Saat əqrəbi istiqamətində:

  1. Avtomobil təmir sexi

  2. Qonaqlar üçün maşın dayanacağı

  3. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

  4. B yaşayış binası

  5. D yaşayış binası

  6. C yaşayış binası

  7. A yaşayış binası

  8. Ofislər və xidmət binası

2 yanvar 2015-ci il. Avtomobil təmir sexi

Rəhbərlik Şurasının Nəşriyyat komitəsinin köməkçisi Harold Korken «Bacardığını et» adlı məruzəni söyləyir. İşçiləri ruhlandırmaq üçün natiqlər mütəmadi olaraq Uorvikə gəlirlər.

14 yanvar 2015-ci il. Ofislər və xidmət binası

Qışda işçilər işləyə bilsinlər deyə, bina ağ brezentlə örtülüb. Binanın bu hissəsində yemək otağı, hospis, mətbəx və camaşırxana olacaq.

16 yanvar 2015-ci il. D yaşayış binası

Elektriklər kabelləri quraşdırmağa hazırlaşırlar. Yaşayış binalarına indiyə qədər 12 000 metrdən çox kabel sərf olunub. Uorvikdə elektrik işləri əmlak alınandan qısa müddət sonra başlanıb və layihə tamamlanana qədər davam edəcək.

16 yanvar 2015-ci il. A yaşayış binası

Eyvan su keçirməsin deyə, işçi onu yapışqan lentlə örtür. Yuxarı mərtəbədəki eyvanlar polimetil metakrilat (PMMA) ilə örtülür. Bu sukeçirməz membran örtük maye kimi asanlıqla çəkilir.

23 yanvar 2015-ci il. A yaşayış binası

Elektrik briqadasında işləyən ata ilə qızı yaşayış binaları üçün kabel çəkirlər.

6 fevral 2015-ci il. Avtomobil təmir sexi

İşçilər müvəqqəti yemək otağında nahar edirlər. Burada hər gün 2000-dən çox adam yemək yeyir.

12 fevral 2015-ci il. Təmir sexi və sakinlər üçün avtomobil dayanacağı

Tikinti briqadası təmir sexinin bünövrəsi üçün armatur tor hörür.

12 fevral 2015-ci il. C yaşayış binası

Tikintidə işləyənlərə uşaqlar tərəfindən yazılan minnətdarlıq məktubları. Bir çox könüllülər burada qısa müddət ərzində işləyir. Hər həftə təxminən 500 yeni işçi gəlir. Fevral ayında Uorvikdə hər gün 2500-ə yaxın işçi işləyirdi.

24 fevral 2015-ci il. Uorvik

İşin 60 faizi artıq görülüb. 2015-ci ilin yanvar — aprel aylarında yaşayış binaları tikilib, ofislərin və xidmət binasının isə dəmir konstruksiyaları yığılıb qurtarıb. Eyni vaxtda təmir sexinin üstünə beton panellər qoyulub, yaşayış binaları arasında yol salınıb, Sterlinq forest leyk (Blu leyk) gölünün isə bəndi bərpa edilib.

25 fevral 2015-ci il. Ofislər və xidmət binası

Pilləkən qəfəsinin aşağı hissəsindən görüntü. Podratçılar beş mərtəbəli bu binanın taxta qəliblərini düzəldiblər, Yehovanın Şahidlərindən ibarət könüllülər isə onu betonla doldurublar.

26 fevral 2015-ci il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Şaxtalı havada tikinti briqadası birinci mərtəbənin tikilməsi üçün armatur tor hörürlər. Yanvar — mart aylarında Uorvikdə qarın hündürlüyü təxminən 127 santimetr olmuşdu. Qar təmizləyən briqada iş gedən ərazini qardan təmizləyirdi. İşçilər qızdırıcı aparatların ətrafında isinirdilər.

12 mart 2015-ci il. Qonaqlar üçün maşın dayanacağıMetal dam örtüyü dəmir konstruksiyaya bərkidilir. Aprel ayının sonunda yaşayış binalarının çoxunun qoşaçatılı damları tamamlandı. Sonuncu dam örtüyü isə iyun ayının ortalarında B yaşayış binasına vuruldu.

12 mart 2015-ci il. Qonaqlar üçün maşın dayanacağı

18 mart 2015-ci il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Qülləli krandan B yaşayış binasına açılan mənzərə.

18 mart 2015-ci il. Təmir sexi və sakinlər üçün maşın dayanacağı

Santexnik ustaları sakinlər üçün maşın dayanacağında çertyojları nəzərdən keçirirlər. Bütün proyekti tamamlamaq üçün 3400-dən çox çertyoj lazımdır.

23 mart 2015-ci il. Ofislər və xidmət binası

Binanı qorumaq üçün işçilər qaldırıcı kranın köməyi ilə brezent vururlar. Kranlardan və digər avadanlıqdan düzgün istifadə etmək üçün xeyli təlim keçirilir. Bu təlimlərə qaldırıcı kranlardan, qayçılı platformalardan, qoruyucu kəmərlərdən, resperatordan istifadə etmək, yükü krana düzgün yükləyib işarələrlə yönəltmək dərsləri və ümumi tanışlıq proqramı daxildir.

30 mart 2015-ci il. Uorvik

Yaşayış binalarına açılan mənzərə. Bu şəkildə görünən A, B və D yaşayış binalarında mexanika və elektrik sistemləri qoşulur. C yaşayış binasında isə (şəkildə görünmür) alçıpan, kafel və kosmetika işləri başlanıb.

15 aprel 2015-ci il. B yaşayış binası

İki işçi qaldırıcı kranın köməyi ilə divarın çöl səthinə nəmişliyi içəri buraxmayan hava baryeri çəkirlər. Hər yaşayış binasına bu baryeri çəkmək üçün təxminən iki ay lazımdır.

27 aprel 2015-ci il. Ofislər və xidmət binası

Bənnalar qranit divar hörürlər. Binanın bu hissəsində anbar və müxtəlif xidmətlər göstərən digər şöbələr yerləşəcək.

30 aprel 2015-ci il. Uorvik

Muzdla tutulmuş dalğıc Blu leykdə köhnə ventili təzəsi ilə əvəz edir. Ventili fırlatmaqla suyun səviyyəsini azaltmaq olur. Bunun sayəsində qasırğa olsa belə, ətraf ərazini su basmır.

Əlavə məlumat

GÖZƏTÇİ QÜLLƏSİ (TƏLİM NƏŞRİ)

Xidmətə hazır könüllülər — Nyu-Yorkda

İmkanlı ər-arvad nə üçün öz rahat evlərini qoyub balaca otağa köçüblər?