Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Nigeriyada 3000 Padşahlıq zalının tikintisi tamamlandı

Nigeriyada 3000 Padşahlıq zalının tikintisi tamamlandı

2014-cü il martın 1-i, şənbə günü, Benin şəhərində (Nigeriya) 823 nəfər Yehovanın Şahidlərinin konqres zalında toplaşaraq sevinc içində tarixi bir günü qeyd edirdilər. 1999-cu ildən bu yana, məhdud resurslu ölkələrdə Padşahlıq zallarının tikilməsi təşkil olunandan bu ölkədə Yehovanın Şahidləri 3000 Padşahlıq zalı tikmişlər.

Əvvəl

Bu görüşdə, əsasən, 1920-ci illərdən bəri Nigeriyada ibadət görüşlərinin keçirildiyi yerlərin qısa tarixçəsindən danışıldı. Əvvəllər görüşlər şəxsi evlərdə və kirayə götürülmüş zallarda keçirilirdi. Nigeriyada Yehovanın Şahidlərinin ibadət görüşlərinin keçirilməsi üçün zal ilk dəfə İlesa şəhərində təxminən 1935-ci ildə tikilmişdi. 1938—1990-cı illər ərzində yığıncaqların sayı demək olar ki, 200 dəfə artaraq 14-dən 2681-ə qalxdı. Buna görə də yığıncaqların çoxu görüşləri keçirmək üçün zal tapmağa çətinlik çəkirdilər. Elə Padşahlıq zalları var idi ki, orada altı yığıncaq yığışırdı. Başqa yerlərdə isə görüşlərdə iştirak edənlər çox olduğundan və zala yerləşmədiyindən, insanlar çöldə durub görüşlərə pəncərədən qulaq asırdılar. Bu ərəfələrdə, görüşlərin çoxu hələ də şəxsi evlərdə və məktəblərdə, sinif otaqlarında keçirilirdi.

Sonra

1990-cı ildə Yehovanın Şahidlərinin filialı zalların tikintisini dəstəkləmək üçün Padşahlıq zalları fondundan borc pul verdi. 1997-ci ildən Regional tikinti komitələri 105 yeni zal tikmiş və təmir etmişdir. 1997—1999-cu illərdə 13 zal tikilmişdi. Bu zallar 7—15 gün ərzində tamamlanmışdı.

Çoxlu zal tikilsə də, bu, sayları artmaqda olan Yehovanın Şahidlərinə bəs etmirdi. 1998-ci ilin aprel ayında filial qənaətə gəldi ki, hələ də 1114 Padşahlıq zalına ehtiyac var.

Benin şəhərində keçirilən xüsusi görüşdə çıxış edən Nigeriya filialının komitə üzvü Don Trost qonaqlara demişdi: «Bu, çox vacib tapşırıq idi! Bu işi necə tamamlayacağımıza görə narahat olurduq». 1999-cu ildən etibarən, 6—8 nəfərdən ibarət Padşahlıq zalları tikinti qruplarının ölkədəki bütün yığıncaqlara kömək etməsilə bu suala cavab verildi. Onlar sadə layihələrdən istifadə edərək 14 il ərzində hər ay orta hesabla 17 zal tikdilər.

Bu nailiyyətlərə görə dinləyiciləri təriflədikdən sonra Don qardaş qeyd etdi ki, hələ görüləsi çox iş var. 2013-cü il ərzində Yehovanın Şahidlərinin sayı orta hesabla 8000 nəfər artmışdır. O dedi: «Gələcəkdəki inkişafı nəzərə alsaq, hər il 100 yeni Padşahlıq zalına ehtiyac olacaq». 2013-cü ildə Nigeriyadakı Yehovanın Şahidlərinin ən yüksək sayı 351 000 nəfər olmuşdur ki, bu da 5700 yığıncaq deməkdir.

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidlərinin ibadət evləri. Onların inşası və məqsədi

Bu sadə tikililərin Yehovanın Şahidlərinin ibadətində rolu barədə öyrənin.

TEZ-TEZ VERİLƏN SUALLAR

Nəyə görə Yehovanın Şahidləri ibadət yerlərini kilsə adlandırmırlar?

«Yehovanın Şahidlərinin Padşahlıq zalı» ifadəsinin mənşəyi, eləcə də ondan nə üçün istifadə etdiyimiz barədə öyrənin.