Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Rütubətli Amazon meşəsində Konqres zalı

Rütubətli Amazon meşəsində Konqres zalı

Amazon cəngəlliklərinin düz ortasında Yehovanın Şahidlərinin yeni, möhtəşəm Konqres zalı durur. Braziliyanın Manaus şəhərindən şimalda yerləşən 52 hektarlıq ərazinin əksər hissəsi meşəlikdir. Rəngbərəng makaolar, tukanlar və başqa quşlar kupuasu, nəhəng Braziliya fındığı və angelim pedra ağaclarının başında cəh-cəh vurur. Maraqlıdır, görəsən, Konqres zalını niyə məhz burada tikiblər?

Təxminən iki milyon əhalisi olan Manaus şəhəri Amazon çayının mənsəbindən 1450 kilometr aralıda yerləşir. Yeni zal Manaus və ətraf şəhərlərdə, eləcə də Amazon çayı və çayın qolları boyu qəsəbələrdə yaşayan təxminən 7000 Yehovanın Şahidi üçün nəzərdə tutulub. Ən ucqar şəhər San-Qabriel-da-Kaşueyra Manausdan təxminən 800 kilometr qərbdə yerləşir. Zalda keçirilən konqresdə iştirak etmək üçün bəzi Yehovanın Şahidləri qayıqla üç gün yol gəlirlər!

Amazon bölgəsinin ortasında Konqres zalı tikmək elə də asan iş deyildi. Zalı tikmək üçün 13 konteyner tikinti materialı Santus limanından (San-Paulu) daşınaraq Braziliya sahili boyunca dənizlə, sonra isə Amazon çayı ilə inşaat yerinə gətirilmişdi.

Bu, Braziliyada tikilmiş 27-ci Konqres zalıdır. 2014-cü il mayın 4-ü, bazar günü zalın açılış mərasimində 1956 nəfər iştirak etmişdi. Mərasimdə iştirak edənlərin çoxu birinci dəfə idi ki Konqres zalında keçirilən görüşdə iştirak edirdi, odur ki, sevinclərinin həddi-hüdudu yox idi.

Camaat nəinki natiqi eşidə, hətta görə də bilirdi. Əvvəl konqreslər elə yerlərdə keçirilirdi ki, camaat nə səhnəni, nə də natiqi görə bilmirdi. Yehovanın Şahidlərindən biri deyir: «Uzun illərdir ki, konqreslərdə iştirak edirəm, amma heç vaxt tamaşaya baxa bilməmişəm, ancaq səsini eşitmişəm». Bəli, indi hər kəs səhnəni yaxşı görə bilir.

Əlavə məlumat

Böyük toplantılar

Each year, we meet together for three special events. How can you benefit from these gatherings?

İbadət yerləri. Onların inşası və məqsədi

Why are our places of worship called Kingdom Halls? Learn more about how these modest structures help our congregations.