Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Filippin şəkil sərgisi 1 (Fevral 2014 — may 2015)

Filippin şəkil sərgisi 1 (Fevral 2014 — may 2015)

Yehovanın Şahidləri Keson-Siti şəhərindəki Filippin filialında tikinti və yenidənqurma işləri aparır. Filippin üçün ədəbiyyatlar artıq Yaponiyada çap edildiyindən keçmiş çapxana binasına kompüter, yerli dizayn və tikinti (YDT), təmir, göndərmə və tərcümə şöbələri köçürüləcək. Bu şəkil sərgisində 2014-cü ilin fevral ayından 2015-ci ilin may ayına qədər keçmiş çapxana və digər binalarda gedən tikinti işlərinin gedişatı göstərilir. Bu layihənin 2016-ci ilin oktyabr ayında tamamlanması nəzərdə tutulub.

Filippindəki filialın maketi. Tikinti və yenidənqurma işləri aşağıdakı binalarda gedir:

  • Bina 4 — yaşayış

  • Bina 5 — audio/video və xidmət şöbəsi

  • Bina 6 — yaşıllaşdırma, avtomobil təmiri və qaynaq

  • Bina 7 — kompüter, yerli dizayn və tikinti, təmir, göndərmə, tərcümə şöbələri

28 fevral 2014-cü il. Bina 7

Müvəqqəti işçilər şüşə yununu nəmişlikdən qorumaq üçün sellofana qoyurlar. Onlar dəriləri qıcıqlanmasın deyə qoruyucu paltar geyiniblər.

2 aprel 2014-cü il. Bina 7

İşçilər Filippin jest dilinin studiyasının tavanında tamamlama işləri aparırlar. Tavandakı boşluqlarda havalandırma və kondisioner sistemləri quraşdırılacaq. Bu sistemlər studiyanın havasını tənzimləyəcək.

21 oktyabr 2014-cü il. Keson-Siti

Bütün filiala su xətti çəkmək üçün qazıntı işləri aprılır.

19 dekabr 2014-cü il. Bina 1, 5 və 7 arasındakı yerüstü keçid

Yeni qapalı yerüstü keçid yeməkxananın yerləşdiyi bina 1 də daxil olmaqla əsas tikililəri birləşdirir. Bu keçiddən xüsusilə bina 7-də çalışan 300-dən çox işçi istifadə edəcək.

15 yanvar 2015-ci il. Bina 5

50 tonluq kran dam örtüklərini yuxarı qaldırır. Müxtəlif ölçüdə olan bu kranları podratçılar idarə edir.

15 yanvar 2015-ci il. Bina 5A (köməkçi bina)

125 m2 olan ikimərtəbəli bu köməkçi binada iki ayaqyolu və pilləkən yerləşəcək. Ayaqyollarının və pilləkənin bu binada yerləşməsi sayəsində bina 5-də daha çox boş yer olacaq. Audio/video söbəsində səsyazma və çəkiliş prosesinə mane olmasın deyə, lift də bu binada yerləşdiriləcək.

15 yanvar 2015-ci il. Bina 5A (köməkçi bina)

İşçilər çətirin altında armatur torlar hörürlər. Günorta vaxtı havanın orta temperaturu yanvar ayında +29°C, aprel ayında isə +34°C olur.

5 mart 2015-ci il. Bina 5

Briqada çardağı taxtalarla möhkəmləndirir. Bina 5 üçün 800 qalın taxtadan istifadə edilib.

17 mart 2015-ci il. Bina 5

Kiçik iş üçün əllə beton qarışdırılır. Tikinti işində ABŞ-dan, Avstraliyadan, Cənubi Koreyadan, Fransadan, İspaniyadan, Kanadadan, Yaponiyadan, Yeni Zelandiyadan və digər ölkələrdən olan 100-dən çox işçi iştirak edir.

25 mart 2015-ci il. Bina 5

Əvvəllər tərcümə şöbəsi yerləşən bina 5-in üstünə metal dam örtüyü vurulur. Audio/video və xidmət şöbəsinin yerləşəcəyi bu binada yenidənqurma işləri gedir.

13 May 2015-ci il. Bina 5

İşçi elektrik metal mişarı ilə metal profilləri kəsir. Bu profillərdən ofis divarlarının tikilməsində istifadə olunacaq.

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidlərinin Beytellərində görülən iş

Bütün Beytellərdə ekskursiya keçirilir. Buyurun gəlin.