Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Britaniya şəkil sərgisi 1 (Yanvar — avqust 2015)

Britaniya şəkil sərgisi 1 (Yanvar — avqust 2015)

Britaniyadakı Yehovanın Şahidləri Mill Hilldə (London) yerləşən filiallarını oradan təxminən 70 kilometr şərqə, Çelmsford şəhəri yaxınlığındakı Esseksə köçürürlər. 2015-ci il yanvar — avqust ayları ərzində işçilər tikinti layihəsinin başlaması üçün hazırlıq görmüşlər.

23 yanvar 2015-ci il — Filial

Yerli hakimiyyət orqanlarının icazəsi ilə işçilər işin gedişatı üçün ərazini doğranmış ağaclardan təmizləyir. Onlar çalışırlar ki, bu işi quşların yuva salma mövsümü başlamadan bitirsinlər. Bu odunlardan təhlükəsiz piyada keçidinin salınması, eləcə də tikinti layihəsində istifadə edilir.

30 yanvar 2015-ci il — Yeməkxana

Elektrik motellərdə istifadə olunan video monitorları qoşmaq üçün taxıc yuvaları quraşdırır. Bunlar artıq indidən mətbəxdə və yeməkxanada quraşdırılır. Bu monitorlar vasitəsilə tikinti briqadası səhər ibadətlərini və Beytel ailəsinin «Gözətçi qülləsi» jurnalının müzakirəsini izləyəcəklər.

23 fevral 2015-ci il — Filial

İşçilər tikinti sahəsinin böyük hissəsini əhatə edən təhlükəsizlik hasarı çəkirlər. Bu ərazi kəndin yarısı qədərdir. Tikinti işlərinin yerli ərazinin flora və faunasına mümkün qədər az ziyan vurması üçün tədbirlər görülüb. Məsələn, hasar yerdən 20 santimetr hündürlükdə quraşdırılıb. Bunun sayəsində porsuqlar normal gecə fəaliyyətlərini davam etdirə və yem tədarükündən geri qalmaya bilərlər.

23 fevral 2015-ci il — Filial

Yaşayış sahəsi ilə tikinti sahəsi arasında müvəqqəti yol salınır.

5 mart 2015-ci il — Filial

Tamamlanmış müvəqqəti yolun şərqdən görünüşü. Yuxarıdan sağ tərəfə baxanda görmək olar ki, bu yol tikinti sahəsinə birləşdirilib. Tikinti sahəsindən solda işçilər üçün evlər hazırlanır. Müvəqqəti mənzillər bitişik sahələrdə yerləşdiriləcək.

20 aprel 2015-ci il — Yaşayış sahəsi

Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının bir üzvü və baş idarənin digər nümayəndələri tikinti briqadasını ziyarət edib. Həmin həftənin sonu Britaniya və İrlandiyadakı bütün ibadət evlərində xüsusi görüş yayımlanıb. Orada elan olunub ki, Çelmsford Şəhər Şurası layihəyə icazə verir.

13 may 2015-ci il — Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

İşçilər iki palıd ağacı arasında ağac kök qoruma sistemi quraşdırırlar. Bu xüsusi qurğu tikintiyə hazırlıq görülən əsas ərazidə və əsas tikinti ərazisini birləşdirən yola quraşdırılıb ki, ağır texnikalar ağac köklərini zədələməsin.

21 may 2015-ci il — Müvəqqəti yaşayış sahəsi

Qazıntı ilə məşğul olan işçilər müvəqqəti evlərdə santexnika işlərinin görülməsi üçün xəndəklər qazırlar. Arxa fonda bu layihəni icra edəcək işçilərin yaşayacaqları 50 cərgə evin ilk cərgəsi görsənir.

16 iyun 2015-ci il — Müvəqqəti yaşayış sahəsi

Santexnik müvəqqəti yaşayış mənzillərinin birində su borusu çəkir.

16 iyun 2015-ci il — Müvəqqəti yaşayış sahəsi

Yeni quraşdırılmış müvəqqəti evlərin şərq tərəfdən görünüşü. Qabaq fonda hazırlanan evlərin bünövrəsi görünür. Mənzillərdən kənarda sol tərəfdə işçilər üçün yeməkxana var. Filial arxa fondakı mərkəzi sahədə inşa ediləcək.

16 iyun 2015-ci il — Müvəqqəti yaşayış sahəsi

Mütəxəssis telekommunikasiya otağında optik lifli kabeli birləşdirir. Kompüter və İnternet şəbəkəsi layihənin əvvəlindən qoşulmalıdır ki, tikinti işlərinin necə həyata keçirildiyinə nəzarət olunsun, digər filiallarla əlaqə yaradılsın və baş idarənin rəhbərliyi ilə işlər həyata keçirilsin.

6 iyul 2015-ci il — Filial

Podratçı GPS vasitəsilə ərazini yoxlayır. Beləcə, arxeoloqlar tikinti işləri başlamazdan öncə ərazini dəyərləndirirlər. Çelmsford ətrafı ərazilər vaxtilə romalılara məxsus olub. Bu ərazilərdə ilkin mərhələdə 107 arxeoloji qazıntı aparılsa da, heç bir tarixi eksponat tapılmayıb.

6 iyul 2015-ci il — Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

Ölçüsünə görə qapı çərçivəsi kəsilir. Tikintiyə hazırlıq üçün ayrılan ərazidə bəzi tikililər təmir olunub və emalatxana kimi istifadə edilir. Müvəqqəti ofislər və lazımi ləvazimatlar da buraya yerləşdiriləcək.

6 iyul 2015-ci il — Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

Yükləyici ekskavatorla torpaq səpilir.

7 iyul 2015-ci il — Filial

Britaniyada yerləşən bu kəndin 34 hektar ərazisinin cənubdan görünüşü. Yaxınlıqdakı əsas yol (görsənmir) dəniz və hava limanına, eləcə də London şəhərinə getmək üçün çox rahatdır.

23 iyul 2015-ci il — Filial

Podratçılar yeni filialın tikilməsi üçün oradakı tikililəri sökürlər.

20 avqust 2015-ci il — Tikintiyə hazırlıq üçün ayrılan əsas ərazi

60 tonluq kran yarımfabrikat evin hissəsini yerə endirir. Ön planda növbəti evin hissələrinin yerləşdiriləcəyi bünövrələr görünür. Bu evlərdən layihə boyu əlaqə ofisləri kimi də istifadə olunacaq.

Əlavə məlumat

What Is Done at a Branch Office of Jehovah’s Witnesses?

Visitors are welcome to take a guided tour of any of our branch offices. We invite you to do that!