Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Min Padşahlıq zalı — ardı var

Min Padşahlıq zalı — ardı var

2013-cü il avqust ayında Yehovanın Şahidləri Filippində sayca mininci Padşahlıq zalını tikərək tarixi hadisəyə imza atdılar. Bir çox ölkələrdə olduğu kimi, Filippindəki yığıncaqların da Padşahlıq zalı tikmək üçün kifayət qədər vəsaiti və tikinti sahəsində təcrübələri yoxdur. Uzun illər ərzində bəziləri şəxsi evlərdə, digərləri isə bambuqdan düzəldilmiş xudmani tikililərdə yığışırdılar.

Filippində və bir çox başqa ölkələrdə Yehovanın Şahidlərinin sayı daima artdığından Padşahlıq zallarına həmişə tələbat var. Buna görə 1999-cu ildə Yehovanın Şahidlərinin Rəhbərlik Şurası maddi imkanları məhdud olan ölkələr üçün xüsusi proqram təsis etdi. Bu proqrama görə, yerli Şahidlər imkanları çatan qədər vəsait ianə edirlər, tikinti üçün lazım olan məbləğin qalanı isə digər ölkələrdə edilən ianələrin hesabına ödənilir. Təlim keçmiş inşaatçılardan tikinti briqadaları təşkil edilir və yığıncaqlara öz Padşahlıq zallarını tikməyə kömək etmək üçün göndərilir. Bu beynəlxalq proqrama 2001-ci il noyabr ayında Filippində start verilib.

İluminado mininci Padşahlıq zalının tikildiyi Marilaodakı (Bulakan) yığıncağın üzvüdür. O deyir: «Mən məsihçi qardaşlığının nə demək olduğunu indi bildim. Kömək etməyə o qədər adam gəlmişdi ki! Kişi, qadın, qoca, cavan — hamımız qızmar günəşin altında çiyin-çiyinə çalışırdıq. Uzun iş günündən sonra nə qədər yorğun olsaq da, zəhmətimizin bəhrəsini görmək bizə sevinc gətirirdi».

Könüllülərin zəhmətkeşliyi Yehovanın Şahidi olmayan insanların da gözündən yayınmadı. Tikinti meydançasına qum və çınqıl gətirən bir yük maşınının sahibi dedi: «Siz, elə bil, qarışqasınız — o qədərsiniz ki! Hamınız canla-başla işləyirsiniz. Ömrümdə birinci dəfədir ki, belə bir şey görürəm».

Tikintisi başa çatmış Padşahlıq zalı

Heç altı həftə tamam olmamış könüllülər tikintini başa vurdular. Padşahlıq zalının belə qısa müddət ərzində inşa olunması sayəsində yığıncaq vacib işindən — Allahın Padşahlığı haqda təbliğ etmək işindən qalmadı (Matta 24:14).

Yerli yığıncağın üzvlərindən biri Ellen deyir: «Biz hamımız köhnə Padşahlıq zalında yerləşmirdik, buna görə də çoxumuz çöldə oturmalı olurduq. Yeni Padşahlıq zalımız çox gözəl və daha rahat olduğuna görə orada verilən təlimdən və ruhlandırıcı fikirlərdən tam faydalanırıq».

Əlavə məlumat

Onlar özlərini könüllü olaraq təqdim edirlər. Filippində

Bəzilərini işdən çıxmağa, əşyalarını satmağa və Filippinin tələbat olan ərazilərinə köçməyə nəyin təşviq etdiyi haqda öyrən.