Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Uorvikdə ətraf mühiti qorumaq üçün görülən tədbirlər

Uorvikdə ətraf mühiti qorumaq üçün görülən tədbirlər

Yehovanın Şahidləri Nyu-York ştatının kənd ərazisində, Sterlinq-Forest gölünün (Mavi göl) yaxınlığında yeni baş idarələrinin tikintisinə başlamışlar. Eyni zamanda, onlar bu ərazinin heyvanat və bitki aləminin, eləcə də onların təbii mühitin qorunmasının qayğısına qalırlar. Bunun üçün onlar hansı tədbirləri görüblər?

Şahidlər tikinti meydançasının ətrafında müvəqqəti hasar hörüblər ki, zolaqlı zınqırovlu ilanlar (Crotalus horridus), eləcə də tısbağalar (Crotalus horridusClemmys insculpta) sahəyə daxil olub zərər çəkməsinlər. Hasarın bütövlüyü müntəzəm şəkildə yoxlanılır ki, heyvanlar onlar üçün tələ ola biləcək tikinti sahəsinə daxil ola bilməsinlər. Tikinti başa çatdıqdan sonra hasar götürüləcək və xüsusi təlim keçmiş insanlar binaların ətrafında aşkar edilən zınqırovlu ilanları başqa yerə aparacaq.

Uzaq Şərq mavi quşu

Bu ərazidə Uzaq Şərq mavi quşları (Sialia sialis) yuva qurur. Yuva salma mövsümündə onları narahat etməmək üçün ağaclardakı meyvələr qışdan yığılmışdı. Tikinti başa çatdıqdan sonra Şahidlər quşların geri qayıtması üçün ağaclara quş yuvaları düzəldib qoyacaqlar.

Bundan başqa, Şahidlər oktyabr ayından mart ayınadək müəyyən torpaq sahələrini şumlayıb təmizləyirlər ki, nəsli kəsilmək üzrə olan başlıqotunun (Scutellaria integrifolia) toxumu torpaqda varsa, səpələnib pöhrə versin. 2007-ci ildən bu yana Uorvikdəki sahədə bu bitkidən bir dənə də olsun aşkarlanmamasına baxmayaraq, Şahidlər bu işi görməyə davam edirlər.

Tikinti sahəsinin kənarında yerləşən Sterlinq-Forest gölü müxtəlif su quşlarının, o cümlədən alabalıq, xanı balığı, durnabalığı və digər balıqların məskənidir. Gölün mühafizəsi məqsədilə layihəçilər ekoloji tikinti üsullarından istifadə edirlər. Bu üsullardan biri də dama bitki örtüyünün salınmasıdır. Bunun sayəsində yağış suyu çirkli maddələr süzüləcək və axını azalacaq. Şahidlər gölün ətrafında bitən bitkilərin də qayğısına qalırlar.

Ekoloji layihə ilə məşğul olan bir Şahid deyib: «Bu işlər əlavə planlaşdırma və vaxt tələb etsə də, biz Uorvikin ekosistemini qorumağa qəti qərarlıyıq».

Əlavə məlumat

TİKİNTİ LAYİHƏLƏRİ

Yehovanın Şahidləri ümumdünya baş idarələrinin mənzilini dəyişirlər

Nəyə görə Bruklində (Nyu-York) 1909-cu ildən yerləşən baş idarəmiz Nyu-York ştatının şimalına köçürülür?