Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidlərinin ümumdünya baş idarəsi mənzilini dəyişir

Yehovanın Şahidlərinin ümumdünya baş idarəsi mənzilini dəyişir

2009-cu ilin iyul ayında Yehovanın Şahidləri ümumdünya baş idarələrini yeni mənzilə köçürmək məqsədilə Nyu-York ştatında torpaq sahəsi əldə ediblər. 102 hektardan ibarət sahə Yehovanın Şahidlərinin 1909-cu ildən bəri istifadə etdikləri Bruklindəki (Nyu-York) binalardan 80 kilometr şimalda yerləşir.

800-ə yaxın Yehovanın Şahidinin yaşayacağı və işləyəcəyi yeni sahədə ofis binası, anbar və emalatxanaların binası, eləcə də dörd yaşayış binası yerləşəcək. Həmçinin onların müasir tarixini əks etdirən kiçik muzeyin də yaradılması nəzərdə tutulur.

Binalar torpaq sahəsinin 18 hektar ərazisində inşa ediləcək, qalan sahə isə toxunulmaz qalacaq. Orada böyük qazonlar olmayacaq. Hər şey toxunulmaz təbiətlə ahəngdarlıq təşkil edəcək.

Binalar elə layihələndirilib ki, enerji sərfiyyatı minimuma endirilsin və təbii sərvətlər qorunub saxlanılsın. Bunun sayəsində ətraf aləmə təsir cüzi, istismar xərcləri isə aşağı olacaq. Məsələn, damdan axan yağış sularının miqdarını azaltmaq və içəridə hərarəti eyni səviyyədə saxlamaq məqsədilə binaların damları şaxtayadavamlı və qayğıya tələbatı az olan bitkilərlə örtüləcək. Ofislər elə layihələndirilib ki, onlara gün işığı asanlıqla daxil ola bilsin. Suyun qənaətcil istifadəsinə də xüsusi önəm verilib.

Bu köçmənin səbəbi nədir? Əvvəllər ancaq Bruklində çap edilən Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyat artıq Yehovanın Şahidlərinin dünyadakı digər filiallarında çap edilir. 2004-cü ildə bütün çap və göndərilmə işi, Bruklindən təxminən 145 kilometr şimal-şərqdə, Uolkildə (Nyu-York ştatı) aparılır.

Həmçinin xərclər də nəzərə alınmışdı. Bruklindəki binalara xidmət və istismar baha başa gəlir. Binaları bir sahədə yerləşdirməklə Yehovanın Şahidləri Müqəddəs Yazılar üzrə maarifləndirmə proqramı üçün vəsaitləri daha yaxşı istifadə edə biləcəklər.

Tikinti işlərinə tam icazəni aparılan ətraf aləmə təsirin qiymətləndirmə işlərindən sonra başlamağa mümkün olacaq. Əgər hər şey yaxşı getsə, tikintinin 2013-cü ildə başlanması və dörd ilə tamamlanması planlaşdırılır.

Uolkildəki (Nyu-York ştatı) mətbəə kompleksindən əlavə, Patersonda (Nyu-York ştatı) Yehovanın Şahidlərinə məxsus təlim mərkəzləri də var. Bir çox ölkələrdə təşkilatımızın filialları fəaliyyət göstərir. Bütün dünyada təxminən yeddi milyon yarım Yehovanın Şahidi var.