Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İnternet vasitəsilə dünyaya yayımlanan görüş

İnternet vasitəsilə dünyaya yayımlanan görüş

2013-cü il oktyabrın 5-i, şənbə günü Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) sayca 129-cu illik görüşü keçirilib. 21 ölkə və əraziyə yayımlanan proqramı canlı və ya birbaşa İnternet-yayım vasitəsilə 257 294 nəfər izləmişdi. Bazar günü görüşün təkrarına başqa Şahidlər də baxmışdı. Ümumilikdə isə bu görüşü izləyənlərin sayı 31 ölkə və ərazidə 1 413 676 nəfər olub. Bu il keçirilən görüş iştirakçıların sayına görə 2013-cü il aprelin 28-də Meksikada və Mərkəzi Amerikada 1 327 704 nəfərin iştirakı ilə keçirilən xüsusi görüşü ötüb keçmişdi və indiyədək Yehovanın Şahidlərinin keçirdiyi ən böyük görüş oldu.

1920-ci illərdən etibarən Yehovanın Şahidləri konqreslərini telefon xətləri və geniş radioşəbəkə vasitəsilə dünyanın bir çox yerlərinə yayımlayırdılar. Lakin indi İnternet texnologiyaları sayəsində uzaqlarda yaşayanlar belə görüşləri istər canlı, istərsə də proqramın bitməsindən qısa müddət sonra həm görə, həm də eşidə bilirlər. ABŞ-da yaşayan Uilyam adlı Yehovanın Şahidi 1942-ci ildə Riçmondda (Virginiya ştatı) keçirilən konqresdə iştirak etmiş və proqrama telefon bağlantısı vasitəsilə qulaq asmışdı. Sonuncu dəfə keçirilən illik görüşü izləyən Uilyam həmin konqresi xatırlayaraq deyir: «Proqramı görmək daha çox fayda gətirir. Bunun yerini heç nə vermir».

Yehovanın Şahidlərinin müxtəlif filiallarının üzvləri bu görüşün onlayn-yayımını təşkil etmək üçün bir ildən çox işləyib və minlərlə saat sərf ediblər. Canlı yayım olan gün mütəxəssislər görüşə Bruklindəki (Nyu-York) idarəetmə mərkəzindən nəzarət edirdilər və görüşün 15 saat qurşağında yerləşən ərazilərə yayımlanması üçün iyirmi dörd saat növbə çəkmişdilər. Yayımın təşkil və nəzarət edilməsində kömək edən Rayan deyir: «Yuxusuz qalsaq da, çoxlu insanın bu görüşdən faydalanacağını bilmək nəyə desən dəyərdi».

Katerinada görüş izlənərkən (Avstraliya, Şimal ərazisi)