Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Gilead Məktəbinin 134-cü buraxılışı. «Onların imanını təqlid edin»

Gilead Məktəbinin 134-cü buraxılışı. «Onların imanını təqlid edin»

2013-cü il martın 9-u, şənbə günü Yehovanın Şahidlərinin Patersondakı tədris mərkəzində (Nyu-York ştatı, ABŞ) Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gileadın 134-cü buraxılışı keçirildi. Yehovanın Şahidləri arasından seçilən təcrübəli təbliğçilər bu məktəbdə xidmətdə daha səmərəli olmaq üçün təlim alırlar. Həmin sevincli gündə məzunların yanında ailə üzvləri, dostları və digər qonaqlar olmuşdu. Proqramda iştirak edənlərin ümumi sayı 9912 nəfər idi.

Proqramın sədri Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü Mark Sanderson idi. O, dinləyicilərə 70 il əvvəl, 1943-cü il 1 fevral tarixində Gilead Məktəbinin açılışında baş verənləri xatırlatdı. Həmin gün məktəbin prezidenti Neytan Norr məktəbin məqsədi barədə bu sözləri demişdi: «Sahədə daha çox işçi olsaydı, yüzlərlə, minlərlə insan [Padşahlıq haqda] xoş xəbərə hay verərdi. Rəbbimizin lütfü sayəsində yeni işçilər hökmən olacaq». Norr qardaşın ümidləri doğruldumu?

Bir hadisəyə nəzər salaq. Məktəbin açılışından bir qədər sonra Norr qardaş Meksikaya getdi: o, Gilead Məktəbində təlim alan xüsusi təyinatlı təbliğçiləri göndərmək üçün münasib yer axtarırdı. Onun səfəri zamanı təşkil olunan görüşə Mexikodan 240 kilometr uzaqlıqda yerləşən bütün yığıncaqlar dəvət olunmuşdu və bu görüşdə 400 nəfər iştirak etmişdi. Əgər həmin ərazidə yerləşən yığıncaqlar üçün bu görüş bu gün — Gilead Məktəbinin ilk məzunlarının Meksikaya qədəm basdıqları gündən 70 il sonra keçirilsəydi, görüşə gələnlərin sayı 200 000-dən çox olardı!

«Əlindəki nədir?» ABŞ filialının komitə üzvü Entoni Qriffin Çıxış 4:2 ayəsinə əsaslanan nitq söylədi. Bu ayədə Allahın Musaya verdiyi sual qələm alınıb: «Sənin əlindəki nədir?» Musa cavab verdi: «Əsa». Bu əsa Yehovanın Musaya verdiyi səlahiyyət və tapşırığı təmsil edirdi (Çıxış 4:5). Musa səlahiyyətindən Allahı şərəfləndirmək üçün istifadə edəndə uğur qazanırdı, amma o, bundan sui-istifadə edərək özünü izzətləndirəndə və ya «Meriva»dakı hadisədə olduğu kimi, qardaşlarını mühakimə edəndə Allah qəzəbləndi (Saylar 20:9—13).

Entoni qardaş Musanın əsasını Gilead tələbələrinin aldığı ruhani təlimlə müqayisə etdi və onları bu biliklərdən başqaları üzərində ağalıq etmək məqsədilə istifadə etməkdən çəkindirdi. O, məzunlara belə məsləhət verdi: «Sizə həvalə edilən şeyləri Yehovaya şərəf və izzət gətirmək üçün istifadə edin, onda xidmət etdiyiniz insanlar sizi həmişə xeyir-dua hesab edəcəklər».

«Mannanı xatırlayın». Rəhbərlik Şurasının üzvü Stiven Lett Allahın israilliləri səhrada möcüzəvi şəkildə manna ilə təmin etdiyi hadisəni xatırlatdı və bu hadisədən ibrət götürə biləcəyimiz dörd məqamı vurğuladı.

  • Durmadan və səylə çalışın (Saylar 11:8). Mannanı yemək üçün israillilər cəld onu yığmalı və ondan yemək hazırlamalı idilər (Çıxış 16:21).

  • Yehovanın təqdim etdiyi şeylərə görə heç vaxt deyinməyin (Saylar 11:5, 6). İsraillilər Yehovanın verdiyi mannanı bəyənmirdilər və deyinirdilər. Yehovanın gözündə isə bu, Ona qarşı yönəldilmiş sözlər idi. Manna kimi, bizim aldığımız ruhani qida həmişə nəfis olmaya bilər, amma həmişə xeyirlidir. Biz Yehovanın təqdim etdiyi hər şeyi şükranla qəbul etməliyik.

  • Əmin olun: Yehova hökmən sizin qeydinizə qalacaq. O, müntəzəm olaraq, hər gün, şənbə günündən bir gün qabaq isə iki günün payını verirdi (Çıxış 16:22—26). Biz də Allahın qeydimizə qalacağına arxayın olmalıyıq (Matta 6:11).

  • İtaətsizliyin xeyir-duası olmur (Çıxış 16:19, 20, 25—28). Şənbə günündə manna yığmağa çıxan israillilər heç nə tapmırdılar, yalnız Yehovanı narazı salırdılar. Həftənin digər günlərində yığılan mannanı növbəti günə saxlayanda onu qurd basırdı və iylənirdi.

Sonra Lett qardaş tələbələri manna əhvalatından aldıqları ibrət dərslərini bərk-bərk yadda saxlamağa təşviq etdi, çünki onda Yehova göylərin pəncərələrini açıb üzərimizə ehtiyaclarımızdan da çox bərəkət yağdıracaq (Malaki 3:10).

«Yeni dünyada yaşamağa hazır olun». Teokratik məktəblər şöbəsinin nəzarətçisi Uilyam Semyuelson izah etdi ki, yeni dünyada yaşamağa hazır olmaq, yəni ora düşməyə can atmaq kifayət deyil, səy göstərmək, yəni hazırlaşmaq da lazımdır. Bunun üçün isə sağlamdüşüncəli olmaq tələb olunur (1 Peter 4:7).

Sağlamdüşüncəli olub-olmadığımız qeyri-kamilliyimizə münasibətdə özünü büruzə verir. Qüsurlarımızı yeni dünyada — Allah mənfi təsirləri aradan qaldıranda düzəldəcəyimizi düşünərək bütün səhvlərimizə görə Şeytanı və ya onun idarə etdiyi bu dünyanı günahlandırmamalıyıq. Əksinə, biz elə bu gün «yeni şəxsiyyətə» bürünməklə xudbinlik kimi mənfi xüsusiyyətlərimizlə mübarizə apara bilərik (Efeslilərə 4:24).

«Qələminizi yerə qoyun». Gilead Məktəbinin təlimatçılarından biri Mark Numar «öz həyat ssenarisini yazmaq cəhdlərini» təmsil edən qələm nümunəsini çəkdi. Əgər bu ssenarini Yehovanın yazmasına yol veririksə, sanki, «qələmi yerə qoymuş» oluruq.

Padşah Şauldan bu sahədə özümüzə ibrət dərsi götürə bilərik. O, hakimiyyətə gələndə sadə, təvazökar və həlim insan idi (1 Şamuel 10:22, 27; 11:13). Ancaq tezliklə öz bildiyini etməklə və özünə şöhrət axtarmaqla «həyat ssenarisini» özü yazmağa başladı. Allah da itaətsizliyinə görə onu rədd etdi (1 Şamuel 14:24; 15:10, 11).

Numar qardaş Məktəbdə təlim alanlara xatırlatdı ki, indiyədək sadiq qalsalar da, gərək onlar bundan sonra da Allahın işini Allahın istədiyi kimi görsünlər. O, məzunlara belə bir nəsihət verdi: «Unutmayın: əgər Allah bu gün bizdən istifadə edirsə, bu, heç də həmişə Onun bizdən razı olduğuna dəlalət etmir». Məsələn, Musa qayadan möcüzəvi şəkildə su çıxardanda Allahın göstərişinə riayət etmədi. O, nəticə əldə etdi, amma xeyir-dua yox (Saylar 20:7—12).

«Göyün üzü ilə uçan uca səsli mələyə qoşulun». Gilead təlimatçısı olan Sem Robersonun nitqi Vəhy 14:6, 7 ayələrinə əsaslanmışdı. O, tələbələrdən bu yaxınlarda xidmətdə baş verən hadisələri səhnələşdirməyi xahiş etdi. Misal üçün, cərrahiyyə əməliyyatı keçirən bir tələbə xəstəxanada olduğu müddətdə tibb bacısına təbliğ etmişdi. Tibb bacısı Perudan idi, buna görə də qardaş söhbətə jw.org saytından Yehovanın Şahidlərinin Çaçapoyasda (Peru) necə təbliğ etdiklərini göstərən şəkillə başladı. Nəticədə, qadın və onun əri Müqəddəs Kitabı öyrənməyə başladılar.

«Sən məni aldatdın, mən də aldandım» (Yeremya 20:7, Müqəddəs Kitab Şirkəti, 2006). ABŞ filialının komitə üzvü Allen Şuster təlim alan iki cütlükdən müsahibə götürdü. Tələbələr Yehovanın onları «aldatdığını» hiss etdilər. Hansı mənada? Təzə-təzə onlar qorxurdular ki, birdən proqram çox çətin olar, öhdəsindən gələ bilməzlər. Lakin tədris vaxtı onlar kursu müvəffəqiyyətlə mənimsəməyə kömək edən böyük dəstək aldılar. Maryann Aronsson adlı bacı Gilead Məktəbinə görə minnətdarlığını belə ifadə etdi: «Mən daha nə öyrənim deyə fikir çəkməyəcəyəm, çünki gördüm ki, Müqəddəs Yazılardakı hər ayə bir xəzinədir».

«Onların imanını təqlid edin». Əsas məruzə ilə Rəhbərlik Şurasının üzvü Devid Spleyn qardaş çıxış etdi. Onun nitqi İbranilərə 13:7 ayəsinə əsaslanırdı. Orada deyilir: «Sizə rəhbərlik edənləri unutmayın. Onlar sizə Allahın sözünü danışıblar. Bu qardaşların həyat yolunun hansı bəhrələr gətirdiyini diqqətlə müşahidə edərək onların imanını təqlid edin». 70 il bundan əvvəl Yehovanın Şahidlərinin fəaliyyətinə rəhbərlik edənlər iman sahibi olduqlarını necə göstərdilər?

1942-ci il sentyabrın 24-də Neytan Norr qardaş Yehovanın Şahidlərinin iki korporasiyanın direktorlarını yığıb iclas keçirdi və yeni məktəb — Gilead Məktəbinin təsis olunması barədə təklif irəli sürdü. Bu məktəbin məqsədi təbliğ işini yeni ərazilərə yayacaq xüsusi təyinatlı müjdəçilər hazırlamaq idi. Amma dünyadakı vəziyyət məktəbin keçirilməsi üçün heç də əlverişli deyildi. İkinci Dünya müharibəsi tüğyan edirdi, buna görə də bir çox ölkələrə xüsusi təyinatlı təbliğçiləri göndərmək ya çətin, ya da ümumiyyətlə mümkün deyildi. 1930-cu illərdə dünyanı maliyyə böhranı bürüdü və təşkilatın pulu ancaq məktəbi 5 il keçirməyə bəs edirdi. Ancaq qardaşlar yekdilliklə təkliflə razılaşaraq öz imanlarını göstərdilər.

Həmçinin Gilead Məktəbinin ilk məzunları təqdirəlayiq iman təzahür etdirmişdilər. Onlar nələri var, onunla kifayətlənmiş, pul sevdasından uzaq olmuşlar (İbranilərə 13:5, 6). Çoxları yaxşı bilirdi ki, onlar bir daha ailə üzvlərini görməyəcəklər, çünki evə gəlmək üçün ailə üzvlərinin onlara göndərməyə pulu yox idi. Həqiqətən də, bir çoxları yaxınlarını təyinatlarına yollandıqdan 10—15 il sonra görmüşdülər. Onlar əmin idilər ki, İsa Məsih, həmişəki kimi, onların və doğmalarının qeydinə qalacaq (İbranilərə 13:8).

Gilead Məktəbinin ilk buraxılışı, 1943-cü il

Məktəbə dəvət almazdan öncə, başqa-başqa ölkələrdə xidmət edən bəzi bacı-qardaşların yaşadıqları çətinliklərdən danışandan sonra Spleyn qardaş tələbələrə üz tutub dedi: «Əziz bacı və qardaşlar, siz Gilead Məktəbində oxuyan şagirdlərin qoyduqları 70 illik gözəl ənənəni davam etdirirsiniz... Harada olmağınızdan asılı olmayaraq, Yehovaya sevinclə xidmət edin».

Nitqinin yekununda Spleyn qardaş hal-hazırda ABŞ filialında xidmət edən Gilead məzunu olmuş 77 nəfərin şəklindən ibarət slaydşou göstərmişdi. Onların arasında ilk dəfə 1943-ci ildə keçirilən Gilead Məktəbinin ilk məzunlarından iki məzun da var idi. Slaydşou Yehovanın Şahidlərinin son 70 il ərzində ibadətlərində oxuduqları həmd nəğmələrinin sədaları altında göstərilirdi.

Diplomlarını alandan sonra məzunlardan biri sinfin adından minnətdarlıq məktubu oxudu. Proqramın sonunda Sanderson qardaş vurğuladı ki, Gilead Məktəbinin açılışından 70 il keçsə də, Norr qardaşın ilk tələbələrə dediyi sözlər hələ də öz qüvvəsini itirməyib: «Hara təyin olunmağınızdan asılı olmayaraq, bir şeyi yadda saxlamalısınız ki,.. siz Padşahlığın təbliğçisisiniz; bu, Har-Magedondan əvvəl Allahın Öz bəndələrinə verdiyi ən böyük imtiyazdır... Buna görə də bu şərəfi qiymətləndirin və təbliğ edin».

 

Əlavə məlumat

Gilead Məktəbinin 70 illiyi

1943-cü il 1 fevral tarixində Nyu-Yorkda çox xüsusi bir məktəbin ilk sinfi açıldı. Minlərlə insanlar orada başqalarına Yehova haqda öyrətməyi öyrənirlər.