Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Uzunömürlü Müqəddəs Kitab

Uzunömürlü Müqəddəs Kitab

Müqəddəs Kitab Yehovanın Şahidləri üçün dünyada ən dəyərli kitabdır. Onlar bu kitabdan daim istifadə edirlər, onu mütaliə edir, onun vasitəsilə insanlara Allahın Padşahlığı barədə müjdəni çatdırırlar (Mətta 24:14). Onlar Müqəddəs Kitabdan tez-tez istifadə etdikləri üçün kitabları tez xarab olur. Buna görə də Yehovanın Şahidləri əllərindən gələni etmişlər ki, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə yenidən işlənmiş nüsxəsi həm gözəl, həm də davamlı olsun.

Yehovanın Şahidləri qarşılarına məqsəd qoymuşdular ki, bu nüsxə uzunömürlü olsun. Onların Uolkilldəki (Nyu–York, ABŞ) mətbəəsinin nümayəndələri öz planlarını bir cildləmə şirkətinin prezidenti ilə müzakirə edəndə o demişdi: «Sizin istədiyiniz Müqəddəs Kitabı dərc etmək mümkün deyil. Təəssüflər olsun ki, indi buraxılan Müqəddəs Kitabların əksəriyyəti davamlı istifadə üçün nəzərdə tutulmayıb, onlar ancaq yazı masasını, ya da kitab rəfini bəzəmək üçündür».

«Yeni Dünya Tərcüməsi»nin erkən nəşrlərindən bəziləri davamlı deyildi, hətta bəzən isti hava şəraiti olan yerlərdə, demək olar ki, parçalanırdı. Yeni nüsxənin müxtəlif iqlimlərdə davam gətirməsi üçün mətbəə işçiləri cildlik materialları, yapışqanları və cildləmə üsullarını yaxşı–yaxşı yoxlamışdılar. Nəticədə, sınaq üçün Müqəddəs Kitablar dərc olundu və müxtəlif iqlimli ərazilərdə (tropik ölkələrdən tutmuş Alyaskaya qədər) yaşayan Yehovanın Şahidlərinə göndərildi.

Altı aydan sonra həmin Müqəddəs Kitablar yoxlanış üçün mətbəəyə qaytarıldı. Mətbəə daha keyfiyyətli nüsxələr dərc edib yenidən sınaq üçün göndərdi. Ümumilikdə, 1697 Müqəddəs Kitab sınaqdan keçirildi. Onlardan bir neçəsi təsadüfən ağır sınağa məruz qalmışdı. Məsələn, kitablardan biri bütün gecəni yağışın altında qalmışdı, birini isə tufan vaxtı su aparmışdı. Bu sınaqlar kitabların nə dərəcədə davamlı olduğunu başa düşməyə kömək etdi.

2011-ci ildə, kitablar hələ sınaqdan keçən vaxt, Yehovanın Şahidləri Uolkilldə və Ebinada (Yaponiya) yerləşən mətbəələr üçün yüksəksürətli avadanlıq aldılar. Bunları almaqda məqsəd yalnız təyin olunan vaxtda müəyyən sayda Müqəddəs Kitab çap etmək deyildi, məqsəd həm də ondan ibarət idi ki, hər iki mətbəədə çıxan kitabların görünüşü eyni olsun.

Daha bir əngəl — əyilən cildlər

2012-ci ilin əvvəlində hər iki mətbəə həmin vaxt mövcud olan «Yeni Dünya Tərcüməsi»nin qara və qəhvəyi-qırmızı rəngli nəşrini poliuretan cilddə dərc etməyə başladı. Lakin yeni maşınların istehsal etdiyi cildlərə vurulan yapışqan və astarlıq hələ sınaqdan keçməmişdi. Və bu cildlər kitaba yapışdırılandan sonra məlum oldu ki, cildlər əməlli-başlı əyilir. Problemi aradan qaldırmaq üçün göstərilən ilkin cəhdlər uğursuz oldu, buna görə də kitabların çapı dayandırıldı.

Materiallardan birini istehsal edən şirkət qeyd etmişdi ki, yumşaq cildlərin əyilməsi geniş yayılmış problemdir və bu problemi aradan qaldırmaq müşkül məsələdir. Buna baxmayaraq, Yehovanın Şahidləri Müqəddəs Kitabı möhkəm cilddə buraxmaq fikrində deyildilər. Onlar qəti qərarlı idilər ki, yumşaqcildli və uzun müddət yaxşı vəziyyətdə qalan kitab çıxarsınlar. Dörd ay ərzində müxtəlif yapışqanlarla astarlıqların bir-birinə uyğun gəlib-gəlmədiyini yoxladılar və nəhayətdə, yapışqanla astarın bir-birinə uyğun gələn ən münasib variantını tapdılar və çap işinə yenidən başladılar. Bax bu Müqəddəs Kitabın cildi əyilmirdi.

Çap işi yenidən dayandırılır

2012-ci ilin sentyabr ayında mətbəələrə göstəriş verilir ki, Müqəddəs Kitabın cari nəşrinin çapını dayandırsınlar, anbarları boşaltsınlar və «Yeni Dünya Tərcüməsi»nin yenidən işlənmiş nüsxəsini çap etməyə hazırlaşsınlar. Kitablar 2013-cü ilin oktyabr ayının 5-də, Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin (Pensilvaniya) illik görüşü günü hazır olmalı idi.

Yeni Müqəddəs Kitabın elektron mətni mətbəələrə 2013-cü il avqust ayının 9-u, cümə günü göndərilmişdi. Növbəti gün onun çapına başlanılmışdı. Müqəddəs Kitabın birinci partiyası avqustun 15-də çapdan çıxdı. Uolkill və Ebinadakı mətbəələr növbəti yeddi həftə ərzində gecə-gündüz dayanmadan işləmişdi. Onlar 1 600 000 Müqəddəs Kitab çap edib təhvil verməli idilər ki, illik görüşdə iştirak edənlərin hər birinə kitabın bir nüsxəsi çatsın.

Müqəddəs Kitabın yeni nəşri gözəl və uzunömürlüdür, ancaq ən vacibi onun içində yazılan xəbərdir — bu xəbərdən insanların həyatı asılıdır. Birləşmiş Ştatlardan olan bir qadın Müqəddəs Kitabın yeni nəşrini alandan bir gün sonra yazmışdı: «Bu yeni nəşrin sayəsində mən Müqəddəs Kitabı daha yaxşı başa düşməyə başladım».

Əlavə məlumat

Video: Müqəddəs Kitablara olan tələbat ödənilir

Yaponiyadakı çap avadanlığımızın bütün dünyada Müqəddəs Kitablara tələbatın ödənilməsinə necə kömək etdiyinə baxın.

Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?

Müqəddəs Kitabın əsas mövzusu nədir?