Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Balalarımızın ürəyini sevindirən cizgi filmləri

Balalarımızın ürəyini sevindirən cizgi filmləri

«Yehova biz valideynlərin ürəyindən keçənləri gördü». Malayziyadan olan bir ata «Yehovanın dostu ol» adı altında çıxan cizgi filmləri haqda öz təəssüratlarını belə ifadə etdi.

Bu cizgi filmin ilk seriyası işıq üzü görən gündən Yehovanın Şahidləri Kaleb (Azərbaycan dilinə tərcüməsində «Emin») və onun ailəsindən bəhs edən daha bir neçə seriya çəkiblər. jw.org saytında çıxan bu cizgi filmləri uşaqlara nəyə görə oğurluq etmək olmaz, Allaha necə dua etmək lazımdır kimi vacib əxlaqi və ruhani ibrət dərsləri aşılayır.

Bu cizgi filmin ilk seriyası 131-dən çox dilə tərcümə edilib. Bütün dünyada uşaqlar onu böyük həvəslə izləyirlər.

Sevinc dolu ürək sözləri

Beş uşaq anası olan bir qadın yazıb: «Bir həftə bundan əvvəl DVD-də “İtaətkarlıq xeyir-dua gətirir” nəğməsini alandan sonra ona düz 50 dəfə qulaq asmışıq».

İngiltərədə yaşayan 12 yaşlı Millinin Daun sindromu olan Tomas adında 15 yaşlı qardaşı var. Milli yazır: «Tomasın planşetində Kaleb haqda cizgi filmləri var və o, onları məktəb yoldaşlarına göstərir. Tomas filmdəki mahnıları çox sevir və onları elə oxuyur ki, hətta bacısı ağlayır. Bunu görmək heyrətamizdir».

Yaşını 8 il, 9 ay və 25 gün kimi verən Ava adlı bir qızcığaz yazır: «Kaleblə bacısı uşaqları öyrətmək üçün ən yaxşı vasitədir».

Mikaela yazır: «Mənim altı yaşım var. “İtaətkarlıq xeyir-dua gətirir” nəğməsinə görə çox sağ olun. Mən başa düşdüm ki, valideynlərimin sözünə baxmalıyam, çünki onda Yehovanın ürəyi sevinir».

Məzmunca zəngin cizgi filmləri

Yehovanın Şahidi olmayan bir gənc animator «Oğurluq pis işdir» cizgi filminə baxıb. Film ona böyük təəssürat bağışlamışdı. Lakin biləndə ki, filmin üzərində az sayda animator işləyib, o, çox təəccüblənmişdi. O dedi: «Mən həm böyük, həm də kiçik animasiya studiyalarında işləyən adamları tanıyıram. Bəzən fikirləşirəm, görəsən, bu kimi yerlərdə işləmək necə şeydir. Onların bütün günü əlləşib ərsəyə gətirdikləri iş camaatı bir neçə saat güldürür, vəssalam. Lakin sizin cizgi filmləriniz uşaqların həyatını dəyişir, onlara yaxşı ilə pisi ayırd etməyi və düzgün qərarlar verməyi öyrədir. Sizin əməyiniz insanlara xeyir gətirir».

Bütün dünyadakı valideynlər onun fikrinə şərikdirlər. Bir ana yazır: «Üçyaşlı oğlum Kuin “Yehovanın dostu ol” nəğməsinin videosunu izləyəndə birdən nəğmənin ortasında balaca əlini sinəsinə qoyub mənə baxaraq dedi: “Ana, bu nəğməyə baxanda ürəyim sevinir”».