Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Qrenlandiya dilindəki «Gözətçi qülləsi»ni televiziyada təriflədilər

Qrenlandiya dilindəki «Gözətçi qülləsi»ni televiziyada təriflədilər

2013-cü ilin yanvar ayında Qrenlandiya dilində «Gözətçi Qülləsi»nin ilk sayının işıq üzü görməsindən 40 il keçmişdi. Bu dildə cəmi 57 000 adam danışır.

Qrenlandiyada təqribən 150 nəfər Yehovanın Şahidinin olmasına baxmayaraq, bu dildə çıxan «Gözətçi qülləsi»nin tirajı 2300 ədəddir. Bu isə o deməkdir ki, «Napasuliaq Alapernaarsuiffik»in (Qrenlandiya dilində «Gözətçi Qülləsi»nin adı) əsas oxucuları Yehovanın Şahidi olmayanlardır.

Nuuk şəhərindəki tərcümə ofisinin nəzarətçisi televiziyaya verdiyi müsahibəsində demişdi: «Qrenlandiyalıların bir çoxu Müqəddəs Kitaba maraq göstərir və buna görə də “Napasuliaq Alapernaarsuiffik”i oxuyurlar».

Müxbir Qrenlandiyada yaşayan və tərcümə ofisində çalışanların birindən jurnalda ən çox xoşuna gələnin nə olduğunu soruşanda o cavab verdi: «Bu jurnalın şəxsən mənə faydası olub. Məsələn, oradan mən düzgün və sağlam həyat tərzi sürməyin üsullarını öyrəndim. Əvvəllər çox siqaret çəkirdim, halbuki bunun zərərli olduğunu yaxşı bilirdim. Amma Müqəddəs Kitabda deyilir ki, əgər biz sağlam həyat sürmək istəyiriksə, bədənimizi təmiz saxlamalıyıq».

Həmin verilişdə həm də qeyd edilmişdi ki, Yehovanın Şahidləri 1950-ci illərin ortalarından Qrenlandiyada fəaliyyət göstərirlər və bu dildə kitablar və broşüralar çap edirlər. Tərcümə işini həm danimarkalı, həm də qrenlandiyalı olan könüllülər yerinə yetirir. Onlar daima bu dilə etdikləri tərcümənin orijinaldakı kimi təbii səslənməsi üçün çalışırlar.

Uzun illərdir ki, Yehovanın Şahidi olan bir qrenlandiyalı demişdi: «25 ildir ki, yerli əhaliyə Allah haqda danışıram və onlar üçün doğma dillərində nəşrlərin nə qədər lazım olduğuna şəxsən özüm əmin olmuşam. İlin müəyyən aylarında yalnız qayıqla gedib çıxması mümkün olan ucqar yaşayış yerlərində jurnallarımızı sevə-sevə oxuyan insanlar var. Onlara baş çəkə bilməyəndə həmişə onlara məktub və ədəbiyyat göndəririk».

2013-cü ilin yanvar ayından başlayaraq Qrenlandiya dilində «Gözətçi Qülləsi»nin təlim nəşri ilə yanaşı, kütləvi nəşr də çıxır. Bu nəşrləri jw.org saytından birbaşa və ya yükləyib oxumaq olar. Bunun üçün «Nəşrlər» bölməsinə daxil olun, sonra «Qrenlandiya» dilini seçib «Axtar» düyməsinə basın.