Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Şəkil qalereyası. Videolar uşaqların xoşuna gəlir

Şəkil qalereyası. Videolar uşaqların xoşuna gəlir

Mahnılardan və qəhrəmanları Emin və Nərmin olan cizgi filmlərindən ibarət «Yehovanın dostu ol» videolar çox məşhur oldu. Həm valideynlər, həm uşaqlar bu videolara görə öz təşəkkürlərini yazılı şəkildə bildirmişdilər. Uşaqların yazdığı məktublardan bəziləri ilə tanış olun:

  • «“Dinlə, tabe ol və xeyir-dua al” adlı DVD-yə görə çox sağ olun. Mən hər gün öz oyuncağımla ona baxıram» (Zak, 5 yaş).

  • «Yeni nəğmə göstərir ki, Yehova məni sevir və istəyir ki, Ona həmişə dua edim» (Mikaraya, 6 yaş).

  • «Mən öyrəndim ki, atamla anamın sözünə qulaq asmalıyam və özümdən sonra tökdüyümü yığışdırmalıyam. Bu cizgi filminə görə çox sağ olun» (Nikol, 8 yaş).

  • «Filmə görə çox sağ olun. O elə maraqlı, elə gülməli idi! Onu çox sevdim» (Makenzi, 5 yaş).

  • «“Yehovanın dostu ol” videolarından çox xoşum gəlir. Onlara hər gün baxıram. Çox şadam ki, Yehova bu ideyanı sizə verib» (Ava, 8 yaş).

  • «O filmlərə baxmaqdan xoşum gəlir. Bütün mahnıları öyrənməyə çalışıram. Filmlər mənə Yehovanı sevməyə kömək edir» (Devan, 4 yaş).

  • «Eminin başqa filmlərini səbirsizliklə gözləyirəm. Həmişə bizi sevindirin!» (Vans, 8 yaş).

Şaylo, 6 yaş (Avstraliya)

Dərs 12: Eminlə Nərmin Beyteldə

Siena, 8 yaş (Avstraliya)

Nəğmə 106: «Yehovanın dostu ol»

Eduardo, 10 yaş (Braziliya)

Dərs 13: Yehova sənə cəsarət verəcək

Mişel, 11 yaş (Almaniya)

Dərs 10: Xeyirxah və əliaçıq ol

Prisila, 8 yaş (Almaniya)

Dərs 11: Ürəkdən bağışla

Miku, 7 yaş (Yaponiya)

Dərs 13: Yehova sənə cəsarət verəcək

Tomoaki, 10 yaş (Yaponiya)

Dərs 6: Xahiş edirəm və çox sağ ol

Samuel, 7 yaş (Meksika)

Dərs 9: Hər şeyi Yehova yaradıb

Adriana, 6 yaş (Birləşmiş Ştatlar)

Nəğmə 92: «Allahın sözünü təbliğ et»

Entoni, 11 yaş (Birləşmiş Ştatlar)

Dərs 2: Yehovanın sözünə qulaq as