Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Mətnin bəzəyi olan şəkillər

Mətnin bəzəyi olan şəkillər

Fotoqraflarımız nəşrlərimizi daha cəlbedici edən və mətni tamamlayan şəkilləri necə ərsəyə gətirirlər? Bu prosesin hansı mərhələlərdən keçdiyini anlamaq üçün gəlin «Oyanın!» jurnalının 2015-ci il sentyabr sayının üz qabığının necə tərtib olunduğuna diqqət yetirək *.

  • Tərtibat. Patersonda (Nyu-York) yerləşən Gözətçi Qülləsinin Təlim Mərkəzinin Bədii tərtibat şöbəsində çalışan dizaynerlər «Pula tarazlı münasibət» məqaləsini oxuduqdan sonra mətnə uyğun eskizlər hazırladılar. Sonra onlar şəklin mövzusunu seçmələri üçün həmin eskizləri Rəhbərlik Şurasının Yazı komitəsinə təqdim etdilər.

  • Məkan. Şəkillər bankda çəkilməyib. Bunun üçün fotoqraflar Gözətçi Qülləsinin Təlim Mərkəzinin lobbilərindən birini bank kimi dizayn ediblər *.

  • Kastinq. Modellərin hamısı Yehovanın Şahidləridir. Onlar çoxmillətli şəhərdə yaşayan tipik bank müştərilərini canlandırıblar. Eyni modellərin nəşrlərimizdə tez-tez istifadə olunmaması üçün siyahı tutulub.

  • Rekvizitlər. Bədii tərtibat şöbəsi bankın ABŞ-da yerləşmədiyini göstərmək üçün xarici valyutadan istifadə etdi. Fotoqraflar məkanın real görsənməsi üçün lazımi rekvizitlərdən istifadə etdilər. Kreiq adlı fotoqraf deyir: «Heç bir xırda məqam gözdən yayınmır».

  • Geyim və qrim. Bank çəkilişləri üçün modellər öz geyimlərindən istifadə etdilər. Amma tarixi səhnələr üçün xüsusi geyimlər lazımdır. Buna görə də Bədii tərtibat şöbəsi tədqiqat aparır və müvafiq geyimlər tərtib edir. Qrimçilər modellərə şəkildəki dövrə, kontekstə və təsvirə uyğun qrim edirlər. Kreiq deyir: «İndiki dövrdə şəkillər daha keyfiyyətli olduğu üçün daha diqqətli olmalıyıq. Ən kiçik səhv belə şəkili korlaya bilər».

  • Foto çəkiliş. Bank çəkilişlərində işıqlandırma günorta vaxtına uyğun olmalıydı. Hər foto çəkiliş üçün fotoqraflar işığın (gün işığı, ay işığı və süni işıq) uyğun olub-olmadığını yoxlamalıdırlar. Həmçinin işıq məkandakı işığa və səhnənin ab-havasına da uyğun olmalıdır. Kreiq bildirir: «Videodan fərqli olaraq ab-havanı bir şəkildə veririk, buna görə də işıqlandırma çox vacibdir».

  • Redaktə. Sonra redaktorlar pulun üstündəki yazıları bulanıq edirlər ki, oxucunun diqqəti valyutanın hansı ölkəyə aid olduğuna yox, şəkildəki insanlara cəmlənsin. Məkandakı qapı-pəncərələrin rəngi əslində qırmızı olsa da, redaktorlar şəkildəki rəng çalarlarına uyğun olması üçün onları yaşıl rəng etdilər.

Patersonda edilən çəkilişlərlə yanaşı dünyanın müxtəlif ölkələrində yerləşən Yehovanın Şahidlərinin filiallarında — Almaniya, Avstraliya, Braziliya, Cənubi Afrika, Koreya, Malavi, Meksika və Yaponiyada — ədəbiyyatlarımız üçün ehtiyac olanda şəkil çəkə biləcək fotoqraflar var. Hər ay Bədii tərtibat şöbəsinin məlumat bazasına 2500 şəkil əlavə edilir. Bunlardan çoxu 2015-ci ildə hər ay ümumilikdə 115 milyon tirajla çap edilən «Gözətçi qülləsi» və «Oyanın!» jurnallarında istifadə edilir. Ətraflı məlumat almaq üçün Patersondakı (Nyu-York) təlim mərkəzimizi və dünyanın dörd bir yanında yerləşən filiallarımızı ziyarət edə bilərsiniz.

Jurnal xidmətdə istifadə edilir

^ abz. 2 Üz qabığı üçün çəkilən şəkillərin hamısı istifadə edilmir. İstifadə edilməyən şəkillərin çoxu arxivə əlavə edilir və sonra başqa layihələrdə istifadə edilir.

^ abz. 4 Şəkillərin küçədə çəkilməsi üçün Bədii tərtibat şöbəsi çəkilişdə neçə nəfərin iştirak edəcəyini, neçə avadanlıq olacağını və hansı işıqdan istifadə ediləcəyini bildirərək səlahiyyətli şəxslərdən icazə almalıdır.

Əlavə məlumat

Bet-El?

Bethel is a unique place with a very important objective. Learn more about those who serve there.

Nəşrlərimizin hazırlanması

We produce literature in more than 700 languages. Why do we put forth such effort?