Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitabın pulsuz audioyazısı — yüzlərlə insanın əməyi

Müqəddəs Kitabın pulsuz audioyazısı — yüzlərlə insanın əməyi

«Maraqlı, düşündürücü, canlı».

«Müqəddəs Kitabın qiraəti daha maraqlı olub».

«Çox gözəldir! Bu, mənim indiyədək eşitdiyim qiraətlərin ən yaxşısıdır».

jw.org saytında Müqəddəs Kitabın «Mətta» bölməsinin ingilis dilində audioyazısını dinləyən insanlar hisslərini bu cür sözlərlə ifadə edirlər.

Yehovanın Şahidləri Müqəddəs Kitabın ilk audio formatını 1978-ci ildə hazırlayıblar. Vaxt keçdikcə Müqəddəs Kitabın tam və ya qismən 20 dildə audioyazısı işıq üzü gördü.

2013-cü ildə «Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşri çıxdığı üçün audioyazını yeniləmək ehtiyacı yarandı. Əvvəlki audioyazını cəmi üç nəfər səsləndirirdi, yeni yazıda isə 1000-dən artıq personajın hər birini ayrı-ayrı adamlar səsləndirəcək.

Audioyazıda çoxlu səslərin olması Müqəddəs Kitabdakı hadisələri daha canlı təsəvvür etməyə kömək edir. Bu yazıda Müqəddəs Kitabın bədii qiraətindəki kimi musiqi və səs effektləri olmasa da, çox təbii alınıb.

Çoxlu insanın cəlb olunduğu bu layihə yaxşı təşkilatçılıq tələb edir. İlk öncə bir qrup insan araşdırma aparıb hər parçada danışanların kimliyini, parçanın məğzini və orada əks olunan hissləri müəyyən etməlidir. Məsələn, hansısa parçada həvarilərdən birinin sözləri yazılıb, amma məhz kimin danışdığı qeyd olunmayıb. Belə olanda necə müəyyən etmək olar, bu hissəni kim səsləndirsin? Şübhə əks etdirən sözləri Tomasa, çılğınlıqla deyilən sözləri Butrusa aid etmək olar.

Personajın yaşı da nəzərə alınmalı idi. Misal üçün həvari Yəhyanın cavanlığını cavan adam səsləndirməli idi, yaşlı vaxtını isə yaşlı adam.

Həmçinin yaxşı qiraətçilər tapmaq lazım idi. Seçilənlərin əksəriyyəti Yehovanın Şahidlərinin Birləşmiş Ştatlardakı filialında xidmət edir. Seçim mərhələsi potensial qiraətçilərə hazırlaşmağı və «Oyanın!» jurnalından bir abzası oxumağı tapşırmaqla keçirilir. Onlar həmçinin Müqəddəs Kitabdan qəzəb, kədər, sevinc və məyusluq kimi hissələrin əks olunduğu dialoqlar oxuyurlar. Seçim mərhələsində qiraətçilərin qabiliyyətləri müəyyən olunur və onlardan kimin hansı personajı daha yaxşı səsləndirəcəyinə qərar verilir.

Təyin olunmuş qiraətçilər Bruklin, Paterson və ya Uolkilldəki səsyazma studiyalarından birinə gedib onlara verilən replikaları səsləndirirlər. Rejissor qiraətçinin mətni düzgün tonda və səlis şəkildə oxumasına diqqət yetirir. Həm rejissor, həm də qiraətçi hər replikada fasilə və vurğulara dair yazılı göstərişlərə riayət edirlər. Bundan əlavə rejissor «Yeni Dünya Tərcüməsi»nin əvvəlki səsləndirməsini əlində rəhbər tutur.

Montaj işinin bəzi hissəsi elə səsyazma zamanı görülür. Daha yaxşı nəticə əldə etmək üçün montajçı hərdən bəzi sözləri və ya cümlələri montaj etməli olur.

«Yeni Dünya Tərcüməsi»nin 2013-cü ildə çıxan yenidən baxılmış nəşrinin audioyazısının neçə ilə başa çatacağı dəqiq bilinmir. Amma hər bölmə tamamlandıqca onun audioyazısı jw.org saytına yüklənəcək və «Mündəricat» başlığı altındakı Müqəddəs Kitab bölmələrinin adlarının yanında qulaqcıq işarəsi qoyulacaq.

Əlavə məlumat

«Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»

What makes this translation of God’s Word stand out as unique?

Müqəddəs Kitabın səmərəli mütaliəsi

Müqəddəs Kitabın istənilən hissəsini oxuyanda özünüzə dörd sadə sual versəniz, oxuduqlarınızı daha yaxşı başa düşəcəksiniz.

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?