Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Afrikada gözdən əlil insanlara kömək

Afrikada gözdən əlil insanlara kömək

Bəzi inkişaf etməkdə olan ölkələrdə görmə qabiliyyəti olmayan insanlar digər ölkələrdə olduğu kimi eyni imkanlara sahib deyillər. Bəzən onlar cəmiyyətdən xaric olunur və görmə qabiliyyətində heç bir problemi olmayan insanların adi yanaşdıqları çətinliklərlə üzləşərkən lazımi köməkliyi almırlar. Misal üçün, onlara mağazadan ərzaq almaq, avtobusa minib-düşmək və pul ödəmək xüsusilə çətin ola bilər. Üstəlik, oxumaq da problem ola bilər, çünki hamı Brayl əlifbasını oxuya bilmir. Oxuya bilənlər isə öz dillərində ədəbiyyat tapmağa çətinlik çəkirlər.

Yüz ildən çoxdur ki, Yehovanın Şahidləri korlar üçün Müqəddəs Kitaba əsaslanan nəşrlər çap edirlər. Malavidə danışılan çiçeva dilində Brayl əlifbası ilə ədəbiyyat nəşr etmək üçün bu yaxınlarda Yehovanın Şahidləri Niderlanddan Malaviyə gəmi ilə Brayl şrifti üçün printer və cildləmə üçün avadanlıq gətiriblər.

Brayl şriftində ədəbiyyatları nəşr etmək üzrə təcrübəsi olan Leo qardaş Yehovanın Şahidlərinin Braziliyadakı filialından Malaviyə gəlmişdi. O, beş nəfərdən ibarət qrupa Şahidlər tərəfindən hazırlanmış həm avadanlıqları, həm də Brayl şrifti ilə yazmağa imkan verən kompüter proqramını necə istifadə etməyi öyrətdi. Bu proqram mətni çiçeva Brayl şrifti ilə köçürür. Proqramın bunu etməsi üçün istifadəçilər çiçeva dilində həm adi mətnin, həm də Brayl şriftinin hərflərindən ibarət cədvəl tərtib etməlidirlər. Proqram mətni elə konvertasiya edə bilər və nəşri elə tərtib edə bilər ki, kor insanlar onu asanlıqla oxuya bilsinlər. Gəlin Malavidə yaşayan bəzi insanların Brayl şriftində əldə etdikləri ədəbiyyatlarla bağlı nə dediklərinə baxaq.

Gözləri görməyən Munyaradzi adlı gənc qadın radioda yarım gün öz verilişini aparır. Üstəlik, o, hər ay insanlara Müqəddəs Kitabı öyrətməyə 70 saat vaxt ayırır. Bacı deyir: «Əvvəllər mən nəşrləri ingilis Brayl şrifti ilə alırdım. Ancaq onları öz ana dilimdə alanda bu, mənə çox güclü təsir elədi. Mən bizim doğma dilimizdə Brayl şrifti ilə nəşrlərin çıxmasına sədaqətlə yardım edən həmimanlılarımın bütün cəhdlərini və xərclərini dəyərləndirirəm. Bu, mənə unudulmadığımızı və dəyərli olduğumuzu hiss etdirir».

Fransis adlı Şahid Malavinin şimalında yaşayır. Gözləri görmədiyindən başqaları onun üçün oxumalı olur. O, çiçeva dilində Brayl şrifti ilə ilk nəşri alanda sevincdən cuşa gələrək dedi: «Mən yuxu görürəm? Bu əsil möcüzədir!»

Loisin də gözlərinin görməməsinə baxmayaraq, o, tammüddətli xidmətdə iştirak edir. O, düz 52 nəfərə həyatını dəyişməyə kömək edib. O, insanlara Brayl əlifbası ilə olan nəşrlərdən faydalanmağa kömək edir və onun öyrətdiyi insanların hamısı Yehovanın Şahidlərinin nəşrlərindən istifadə edirlər.

Lois Müqəddəs Kitab öyrənməsi keçirir

Əvvəldə adı çəkilən braziliyalı müəllim olan Leo deyir: «İnsanlara Müqəddəs Kitaba əsaslanan nəşrləri Brayl şrifti ilə vermək və həmin nəşri öz dillərində alanda hansı hissləri keçirdiklərini görmək mənə böyük məmnunluq gətirir. Onlardan çoxu buna görə Yehovaya necə minnətdar olduqlarını və yığıncaq görüşlərinə hazırlaşmaq imkanları olduğuna görə necə çox sevindiklərini dilə gətirmişlər. Artıq onlar başqalarına möhtac deyillər. İndi onların şəxsi öyrənmələri, həqiqətən də, şəxsidir. Onlar ailələrinə ruhən böyüməyə daha çox kömək edə bilirlər. Bu nəşrlər onlara Yehovaya yaxınlaşmağa kömək edir».

Əlavə məlumat

Gözəgörünməz Allahı görə bilərsiniz?

Görün «qəlbinizin gözü» ilə Allahı görmək necə mümkündür.