Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Estoniya «Böyük uğuru» alqışladı

Estoniya «Böyük uğuru» alqışladı

Eston dilində çıxan «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi» 2014-cü ildə Estoniyada dilin inkişafı yolunda ilin mükafatına layiq görülmüşdü. Son səsvermə nəticəsində bu nəşr 18 namizədin içində üçüncü yeri tutmuşdu.

Müqəddəs Kitabın 2014-cü il avqustun 8-i işıq üzü görən bu yeni tərcüməsi Eston dili institutunda çalışan dilçi Kristina Ros tərəfindən mükafatlandırılmışdır. O, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin rahat oxunduğunu və insana zövq verdiyini söyləmiş, həmçinin qeyd etmişdi ki, bu əsər eston dilinə tərcümə sahəsini əhəmiyyətli dərəcədə genişləndirib. Eston ədəbiyyatı və mədəniyyəti üzrə professor Reyn Veydmən bu yeni tərcüməni «böyük uğur» adlandırmışdı.

Eston dilində Müqəddəs Kitab tam şəkildə ilk dəfə 1739-cu ildə dərc olunub. O vaxtdan bəri digər tərcümələr də ərsəyə gəlib. Maraqlıdır, bəs nəyə görə məhz «Yeni Dünya Tərcüməsi» «böyük uğur» adlanır?

Dəqiqlik. 1988-ci ildə eston dilində çıxan və geniş yayılan Müqəddəs Kitab tərcüməsinin Tövrat hissəsində (Əhdi-Ətiq) Allahın adı 6800 dəfə yazılmış və «Jehoova» (Yehova) kimi tərcümə olunmuşdur *. Eston dilində olan «Yeni Dünya Tərcüməsi»ndə də eyni iş həyata keçirilmiş, hətta daha çox şeyə nail olunmuşdur. «Yeni Dünya Tərcüməsi»nin İncil hissəsində də (Əhdi-Cədid), harada Allahın adını yazmağa tam əsas var, orada bu ad yazılıb.

Aydınlıq. Bəs «Yeni Dünya Tərcüməsi»ni dəqiq və oxunaqlı tərcümə adlandırmaq olarmı? Tanınmış Müqəddəs Kitab tərcüməçisi Toomas Pol «Eesti Kirik» (Estoniya kilsəsi) qəzetində yazmışdı ki, «Yeni Dünya Tərcüməsi»ni tərcümə edənlər Müqəddəs Kitabı təbii eston dilinə tərcümə etmək məqsədinə çatıblar. O həmçinin yazmışdı: «Mən əminliklə deyə bilərəm ki, ilk dəfədir bu məqsədə nail olunur».

Eston dilindəki tərcümədən fayda əldə edənlər

«Yeni Dünya Tərcüməsi» estonlular tərəfindən çox gözəl qarşılandı. Milli radioda yeni Müqəddəs Kitaba həsr olunmuş 40 dəqiqəlik veriliş yayımlandı. Keşişlər və kilsəyə gələn insanlar bu kitabın nüsxələrini əldə etmək üçün Yehovanın Şahidlərinə müraciət etdilər. Tallin şəhərinin ən qabaqcıl məktəblərindən biri sinifdə istifadə etmək üçün 20 nüsxə «Yeni Dünya Tərcüməsi» istədi. Eston xalqı kitab oxumağı çox sevir və Yehovanın Şahidləri kitabların şahı olan Müqəddəs Kitabın dəqiq və aydın tərcüməsini onlara verməyə çox şaddırlar.

^ abz. 5 Estonluların Allahın adını nəyə görə Jehoova kimi tələffüz etmək qərarına gəldiklərini izah edəndən sonra Tartu Universitetinin Əhdi-Cədid kafedrasının işçisi Ayn Ristan sözünə belə yekun vurur: «Düşünürəm ki, «Jehoova» hazırda daha münasib variantdır. Mənşəyinə baxmayaraq, bu ad bir çox nəsillər üçün mühüm və dərin məna daşıyır. «Jehoova» Oğlunu bəşəriyyəti xilas etmək üçün göndərən Allahın adıdır».

Əlavə məlumat

Allahın adı varmı?

Allaha müxtəlif sifətlərlə müraciət olunur, məsələn, Qüdrət Sahibi, Yaradan, Ağa. Amma Onun tək bir adı var. Bu ad Müqəddəs Kitabda təxminən 7000 dəfə yazılıb.

«Müqəddəs Yazıların Yeni Dünya tərcüməsi»

What makes this translation of God’s Word stand out as unique?

«Yeni Dünya Tərcüməsi» dəqiqdirmi?

«Yeni Dünya Tərcüməsi»ni Müqəddəs Kitabın digər tərcümələrindən fərqləndirən cəhətlər hansılardır?