Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Şəkillərlə öyrədən beynəlmiləl broşüra

Şəkillərlə öyrədən beynəlmiləl broşüra

Monqolustanda Odval adında bir qadın yaşayır. Dəqiq yaşını bilməyən bu ağbirçək 1921-ci ildə doğulduğunu ehtimal edir. Uşaq yaşlarında o, valideynlərinin sürüsünü otarırdı. Odval cəmi-cümlətanı bir il məktəb oxuyub. O, yazıb-oxumağı bilmir. Buna baxmayaraq, bu yaxınlarda rəngli bir broşüra ona Allah haqda, eləcə də Ona qulaq asanları gözləyən gözəl gələcək haqda öyrənməyə kömək etdi. Bu biliklər onun ürəyini riqqətə gətirdi.

2011-ci ildə Yehovanın Şahidlərinin dərc etdikləri bu broşüra iki variantda çıxıb. Onların hər ikisi də gözəl, rəngli şəkillərlə zəngindir, lakin fərqləri ondadır ki, birinə nisbətən o birisində mətn daha azdır.

Daha çox mətni olan «Allahın sözünə qulaq as və əbədiyyən yaşa» broşürası tezliklə 583 dildə, «Allahın sözünə qulaq as» broşürası isə 483 dildə əlçatan olacaq. Müqayisə üçün: BMT-nin «İnsan Hüquqları haqqında Ümumi Bəyannamə» 2013-cü ilin oktyabr ayınadək 413 dilə tərcümə edilib. Üstəlik, bu iki broşüranın ümumi tirajı 80 milyona çatıb.

Braziliyada bir yaşlı qadın «Allahın sözünə qulaq as» broşürasını məmnuniyyətlə götürüb belə dedi: «Bu dünyada mənim kimilərinin qeydinə qalan insanların olduğunu bilmək çox sevindiricidir. Sizinkilər mənə jurnal verəndə heç vaxt götürmürdüm, çünki oxuya bilmirəm. Amma bu broşüranı istəyirəm».

Fransada yaşayan Bricitt adlı bir qadın da yazıb-oxumağı bacarmır. O deyib: «Hər gün bu broşüradakı şəkillərə baxıram».

Cənubi Afrikada yaşayan bir Şahid yazıb: «Çinlilərə həqiqəti danışmaq üçün indiyədək bundan yaxşı broşüra hələ olmayıb. Mən həm ali təhsilli, çox ağıllı insanlarla, həm də güc-bəla ilə oxuyan, yəni bilik səviyyələri tamamilə fərqli olan insanlarla söhbət eləmişəm. “Allahın sözünə qulaq as və əbədiyyən yaşa” broşürası əsas Müqəddəs Kitab həqiqətlərini qısa bir müddətə insanlara başa salmağa kömək edir. Demək olar ki, bir saat yarıma həqiqətin təməlini qoymaq olar».

Almaniyada yaşayan iki Şahid savadı olan bir ər-arvada Müqəddəs Kitabı öyrənməyə kömək edir. Bu broşüra kişiyə çox dərin təsir bağışlamışdı. O dedi: «Niyə bu broşüranı mənə çoxdan vermirsiniz? O, mənə Müqəddəs Kitabdakı hadisələri və deyilənləri asanlıqla başa düşməyə kömək edir».

Jest dilində danışan bir avstraliyalı qadın demişdi: «Uzun illər ərzində mən rahibələrlə monastırda yaşamışam. Mənim kimi kilsəyə bağlı olan adam, bəlkə də, tapılmaz. Lakin rahibələrdən heç kim mənə Allahın Padşahlığının nə olduğunu öyrətməyib. Bu broşüradakı şəkillər mənə Matta 6:10 ayəsinin məğzini başa düşməyə kömək etdi».

Kanadadakı filialımızdan belə bir məktub gəlib: «Krio dilində danışan bir çox syerra–leonelilər “Allahın sözünə qulaq as” broşürasını görəndə o dəqiqə deyirlər ki, Yehovanın Şahidləri insanlara xoş xəbəri çatdırmaq üçün, həqiqətən də, əllərindən gələni əsirgəmirlər. Bəziləri hətta deyiblər: “Siz bir çoxları kimi etinasız deyilsiniz”».

Əlavə məlumat

«Gözətçi qülləsi»: heç bir jurnal ona çata bilməz

«Gözətçi qülləsi» jurnalı 190 dildə çıxır. Bəs başqa nəşrlər haqqında nə demək olar?