Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

İrlandiya və Britaniyanın yerli dillərində çatdırılan xoş xəbər

İrlandiya və Britaniyanın yerli dillərində çatdırılan xoş xəbər

Yehovanın Şahidləri İrlandiya və Britaniyanın * yerli dillərində danışan insanlara xoş xəbəri çatdırmaq üçün əllərindən gələni edirlər. Buranın camaatı ingilis dilindən savayı irland, şotland qael və valli dillərində danışırlar.

2012-ci ilin sentyabr ayında jw.org saytı müxtəlif dillərdə yeni formatda çıxdı. Bu dillər arasında irland və valli dilləri də var idi. Şotland qael dilində isə sayt 2014-cü ilin avqust ayında çıxdı. Yehovanın Şahidləri bu dillərdə həmçinin Müqəddəs Kitaba əsaslanan ədəbiyyat da dərc edirlər. Bəs görəsən, bunun sayəsində nələr əldə olundu?

Bir keşişə şotland qael dilində buklet vermişdilər. O, bukleti ucadan oxuduqdan sonra hönkürüb ağladı. Onun göz yaşlarına səbəb nə idi? Səbəb tərcümənin çox keyfiyyətli olması idi. O, öz hisslərini belə ifadə etdi: «Bunu kim tərcümə edib? Lap heyran qaldım!»

jw.org saytı şotland qael dilində çıxanda bu dildə sayta daxil olanların sayı həmin ay təxminən 750 nəfər olmuşdu.

Qoluey şəhərində yerləşən İrlandiya Dövlət Universitetinin müəllimi Yehovanın Şahidləri ilə söhbət edərkən dinlə maraqlanmadığını dedi. Ancaq biləndə ki, «Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?» broşürünü irland dilində əldə edə bilər, onun bir nüsxəsini istədi. Onun fikrincə bütün insanlar Allahın Kəlamına əsaslanan ədəbiyyatı öz ana dilində oxumalıdır. Müəllim irland dilli insanlar üçün məhz doğma dilində ədəbiyyat tərcümə etdiklərinə görə Yehovanın Şahidlərini təriflədi.

Bir yaşlı qadın valli dilində ədəbiyyat alanda sevincini belə ifadə etdi: «Düzünü desəm, əgər mənə ingilis dilində ədəbiyyat versəydiniz, götürməzdim. Ancaq ana dili tamamilə başqa şeydir».

2014-cü ilin avqust ayında Yehovanın Şahidləri jw.org saytında valli dilində materialların sayını çoxaltmışdılar. Maraqlıdır ki, elə həmin ay ərzində sayta girənlərin sayı ikiqat artırmışdı.

«Bizim dilimiz eynidir»

İsa iki şagirdinə Allahın Kəlamını izah edəndən sonra onlar həyəcanla dedilər: «Məgər o, yolda bizimlə danışanda, Müqəddəs Yazıları bizə izah edəndə ürəyimiz alışıb yanmırdı?» (Luka 24:32). Adətən, həqiqəti insanlara doğma dilində izah edəndə bu, onlara çox təsir edir.

Uelsdən olan Emir adlı kişi Yehovanın Şahidi ilə evlidir. Ancaq bununla belə o, həyat yoldaşının imanına şərik deyildi. Bir müddət sonra o, Rassel adlı Yehovanın Şahidi ilə dostlaşdı. O, fikrinin nə üçün dəyişdiyini bölüşdü: «Bir gün Rassel bizə gələndə “Müqəddəs Kitab əslində nə öyrədir?” * kitabını gətirmişdi. Məhz bundan sonra mən Müqəddəs Kitabı araşdırmağa başladım. Rassel həmin kitabın bir nüsxəsini mənə verib dedi ki, o, valli dilindədir və biz elə bu andan onu öyrənməyə başlayacağıq». Nəyə görə Emir öyrənməyə razılaşdı? O deyir: «Bizim dilimiz, mədəniyyətimiz eynidir, bir-birimizi başa düşürük». Müqəddəs Kitabı öz ana dilində öyrənəndə Emirin ürəyi alışıb-yanırdı, çünki oxuduqlarını aydın başa düşürdü.

Yehovanın Şahidləri insanlara Allah haqqında öz ana dilində, ürəklərinə təsir edən dildə öyrənməyə həmişə kömək edəcəklər.

^ abz. 2 Burada Britaniya deyildikdə İngiltərə, Şotlandiya və Uels nəzərdə tutulur.

^ abz. 11 Müqəddəs Kitabı öyrənmək üçün Yehovanın Şahidləri tərəfindən dərc olunan vəsait.

Əlavə məlumat

Nəşrlərimizin hazırlanması

We produce literature in more than 700 languages. Why do we put forth such effort?

Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?

Müqəddəs Kitab milyonlarla insana həyatın ən vacib suallarına cavab tapmaqda kömək edib. Bəs siz suallarınıza cavab tapmaq istəyirsiniz?