Kontentə keç

İkinci dərəcəli menyu

Yehovanın Şahidləri

Azərbaycan

Saxlanılan şəxslərə yardım edən Yehovanın Şahidlərinə mükafat verildi

Saxlanılan şəxslərə yardım edən Yehovanın Şahidlərinə mükafat verildi

Avstraliyada doqquz Yehovanın Şahidinə immiqrantların saxlanıldığı ən böyük həbsxanalardan birində saxlanılan şəxslərə göstərdikləri «əvəzsiz xidmətə» görə Derbi şəhəri (Qərbi Avstraliya) yaxınlığında yerləşən Kartin adına İmmiqrantların Saxlanma Mərkəzi tərəfindən təşəkkürnamə verildi *.

Hər həftə Yehovanın Şahidləri onlara baş çəkir, onların həyat hekayələrini dinləyir və Müqəddəs Kitabdakı təsəlli və ümid xəbərini paylaşırlar. Dini və mədəni əlaqələr üzrə məsul şəxs Kristofer Ridok deyir: «Onların bu ziyarətləri qısa vaxt ərzində öz müsbət təsirini göstərir». O bildirmişdi ki, bu adamlar gəlib-gedəndən sonra saxlanılan şəxslərin üzü gülür, eyni açılır. Çünki onlar «kənardan kimlərinsə onların rifahını düşündüyünü görürlər».

Kristofer Ridok onu da qeyd etdi ki, Yehovanın Şahidlərinə verilən təşəkkürnamə «himayəmiz altında olan insanların həyatını yaxşılığa doğru dəyişdikləri üçün» onlara olan minnətdarlığımızın kiçik təzahürüdür. O əlavə etdi ki, Yehovanın Şahidlərinin bu xeyirxah əməli onların «ailələri, yığıncaqları və ibadətləri barədə» insanda xoş təəssürat oyadır.

^ abz. 2 Bu bina 1500 adam tutur.

Əlavə məlumat

YEHOVA ALLAHIN MÜASİR XALQI

Yehovanın Şahidləri ilə tanışlıq

Yehovanın Şahidlərindən kimlərisə tanıyırsınız? Bizi nə dərəcədə yaxşı tanıyırsınız?

MÜQƏDDƏS YAZILARA AİD SUALLARA CAVAB

Din, Allah və ya Müqəddəs Kitab insana həyatdan məmnunluq duymağa kömək edə bilər?

Allahla dostluğun həyatınızı həm indi, həm də gələcəkdə necə yaxşılaşdıra biləcəyi haqda öyrənin.