Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidləri ətraf mühiti mühafizə etdikləri üçün mükafat alırlar

Yehovanın Şahidləri ətraf mühiti mühafizə etdikləri üçün mükafat alırlar

Yehovanın Şahidlərinin Meksikadakı çapxanası artıq yeddinci ildir ki, «Ekoloji cəhətdən təmiz müəssisə» sertifikatı ilə təltif olunur.

26 sentyabr 2012-ci il tarixində Meksika hökuməti Yehovanın Şahidlərini «ətraf mühitin qayğısına qaldıqlarına və onu mühafizə etdiklərinə görə» xüsusi sertifikatla təltif etmişdir.

«Ekoloji cəhətdən təmiz müəssisə» proqramının məqsədi müəssisələrə ətraf mühitə zərər vurmadan inkişaf etməyə kömək etməkdir. Qeyri-kommersiya təşkilatı olmalarına baxmayaraq, Yehovanın Şahidləri hər il bu proqramda iştirak edirlər. Meksikadakı çapxananın nümayəndəsi demişdi: «“Ekoloji cəhətdən təmiz müəssisə” sertifikatını almaq üçün istehsal prosesimiz və məhsulumuz ətraf mühit üzrə yerli normativlərin yeddi göstəricisinə uyğun gəlməlidir. Bu göstəricilər bunlardır: hava, su, məişət tullantıları, təhlükəli tullantılar, təhlükəsizlik, elektrik enerjisi, eləcə də ekoloji təhsil və maarifləndirmə. Sənaye müəssisələrinin bu proqramda iştirakı mütləq deyil. Biz könüllü olaraq ona qatılırıq».

Yer kürəsinin zərif ekosisteminə zərər vurmamaq üçün dünyanın hər yerində Yehovanın Şahidləri əllərindən gələni əsirgəmirlər.