Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Minlərlə insan yazıb-oxumağı öyrənir

Minlərlə insan yazıb-oxumağı öyrənir

2011-ci ildə Yehovanın Şahidləri ümumilikdə 5700 nəfərə yazıb-oxumağı öyrənməyə kömək ediblər.

Qana

Son 25 il ərzində biz 9000-dən çox adama oxumağı və yazmağı öyrətmişik.

Zambiya

2002-ci ildən bəri 12 000-ə yaxın insan savadını artıra bilmişlər. Kursları keçən 82 yaşlı Aqnes adlı qadın deyir: «İbadət görüşlərimizdə savad kursları haqqında elan olanda mən də kurslara yazılmağı qərara aldım. Birinci dərsdə öz adımı yazmağı öyrəndim!»

Peru

«Valideynlərim heç vaxt məni məktəbə qoymamışdılar. Buna görə də heç vaxt fikirləşmirdim ki, nə vaxtsa yazıb-oxumağı öyrənə biləcəm», — deyə 55 yaşlı bir kişi öz məktubunda yazır.

Mozambik

Son 15 il ərzində bu ölkədə 19 000-dən çox adam oxumağı öyrənib. Felizarda adlı bir nəfər deyir ki, kursların sayəsində o indi Müqəddəs Yazılardan istənilən ayəni asanlıqla tapa və başqalarına oxuya bilər. Əvvəllər bu, onun üçün çox çətin idi.

Solomon Adaları

Ölkədəki filialımız xəbər verir ki, çoxları ucqar ərazilərdə yaşadıqları üçün əvvəllər məktəbə gedə bilməyiblər. Qızlardan ancaq bəziləri məktəbdə oxuya biliblər. Buna görə təşkil edilmiş savad kursları artıq böyük yaşda olan insanlar üçün çox faydalı olub. Kursu keçəndən sonra çoxlarında özünə əminlik hissi artıb.