Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovanın Şahidləri valideynləri və uşaqları cinsi təcavüzkarlara qarşı maarifləndirirlər

Yehovanın Şahidləri valideynləri və uşaqları cinsi təcavüzkarlara qarşı maarifləndirirlər

Müqəddəs Kitabda valideynlərə uşaqlarını sevmək, onlara nəsihət vermək və qorumaq buyrulur (Zəbur 127:3; Məsəllər 1:8; Efeslilərə 6:1—4). Valideynlər uşaqlarını bir çox təhlükələrdən qorumalıdırlar, onlardan biri cinsi təcavüzdür.

Onilliklərdir ki, Yehovanı Şahidləri sağlam ailə münasibətlərini təbliğ edən ədəbiyyatlar çap edir və paylayırlar. Onlar həmçinin valideynlərə uşaqlarını cinsi təcavüzdən qorumağa və bu sahədə məlumatlandırmağa kömək edən məqalələr dərc edirlər. Aşağıda bu sahədə verilən məsləhətlərin yer aldığı məqalələrin siyahısı gətirilir. Nəşrlərin tirajına və neçə dildə çıxdığına diqqət yetirin.

  • Məqalənin adı: «Gizli günah — yaxın qohumlar arasında cinsi əlaqə»

    • Nəşrin adı: «Oyanın!», 1981-ci il 8 fevral (ingiliscə)

    • Tiraj: 7 800 000

    • Dillərin sayı: 34

  • Məqalənin adı: «Yaxın qohumları tərəfindən təcavüzə məruz qalanlara kömək»

    • Nəşrin adı: «Gözətçi qülləsi», 1983-cü il 1 oktyabr (ingiliscə)

    • Tiraj: 10 050 000

    • Dillərin sayı: 102

  • Məqalələrin adı: «Uşaqlara cinsi təcavüz — anaların kabusu»; «Uşaqlara cinsi təcavüz — kimdən ehtiyat etməli?»; «Uşaqlara cinsi təcavüz — siz uşaqlarınızı qoruya bilərsiniz»

    • Nəşrin adı: «Oyanın!», 1985-ci il 22 yanvar (ingiliscə)

    • Tiraj: 9 800 000

    • Dillərin sayı: 54

  • Məqalələrin adı: «Cinsi təcavüzün qurbanı olan məsum uşaqlar»; «Uşaqlıqda cinsi təcavüzə məruz qalanların gizli yarası»

    • Nəşrin adı: «Oyanın!», 1991-ci il 8 noyabr (rusca)

    • Tiraj: 12 980 000

    • Dillərin sayı: 64

  • Məqalələrin adı: «Uşağınız təhlükədədir!»; «Uşaqlarımızı necə qoruya bilərik?»; «Ailədə zorakılığın qarşısını necə almaq olar?»

    • Nəşrin adı: «Oyanın!», 1993-cü il 8 dekabr (rusca)

    • Tiraj: 13 240 000

    • Dillərin sayı: 67

  • Məqalənin adı: «Uşaqlarınızı qoruyun»

    • Nəşrin adı: 2002-ci ildə çəkilmiş 4 nömrəli ictimai reklam

    • Dillərin sayı: 2

  • Məqalənin adı: «Allah İsanı necə qorudu?»

  • Məqalələrin adı: «Valideynlər, uşaqlarınız təhlükədədir!»; «Uşaqlarınızı necə qoruya bilərsiniz?»; «Qoy ailəniz sakit liman kimi olsun»

    • Nəşrin adı: «Oyanın!», 2007-ci il oktyabr (rusca)

    • Tiraj: 34 267 000

    • Dillərin sayı: 81

  • Məqalələrin adı: «Cinsi təcavüzdən özümü necə qoruya bilərəm?»; «Valideynlərin sualları: uşağımla cinsi əlaqə barədə danışmalıyammı?»

    • Nəşrin adı: «Gənclərin sualları. Praktiki məsləhətlər» kitabı, cild 1, 2012-ci il

    • Tiraj: 18 381 635

    • Dillərin sayı: 65

  • Məqalənin adı: «Valideynlər övladlarına necə cinsi tərbiyə verə bilərlər?»

    • Nəşrin adı: jw.org saytı, 2013-cü il 5 sentyabr tarixində çıxmış məqalə

    • Dillərin sayı: 64

Yehovanın Şahidləri valideynləri və uşaqları cinsi təcavüzkarlardan qorumaq məqsədilə bundan sonra da onları maarifləndirəcəklər.