Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Tailandda məktəb şagirdlərinə kömək edilir

Tailandda məktəb şagirdlərinə kömək edilir

Yehovanın Şahidləri 2012-ci il dekabr ayından başlayaraq Tailanddakı şagirdlərə məktəbdə yaxşı oxumağa kömək etmək üçün xüsusi kampaniya keçiriblər. İyirmi yetkin Yehovanın Şahidi Banqkokdakı məktəbləri ziyarət etdi. Onlar hər məktəbin rəhbərliyi ilə görüşüb həm müəllimlərə, həm də şagirdlərə «Məktəbdə uğura necə nail olmaq olar?» adlı «Oyanın!» jurnalının oktyabr 2012-ci il sayını verdilər.

Kampaniya uğurlu keçdi və Yehovanın Şahidləri bu kampaniyanı bütün ölkədə keçirtdi. İl yarım ərzində onlar 830 məktəbi ziyarət etdilər. Müəllimlər və şagirdlər «Oyanın!» jurnalının bu sayını həvəslə qəbul etdiklərindən, tələbatı qarşılamaq üçün bu jurnal yenidən 3 dəfə çap edildi. İlk tirajda «Oyanın!» jurnalının oktyabr 2012 ci il sayından təxminən 30 000 ədəd çap edildi. Məqalə elə maraqlı oldu ki, jurnalın 650 000-dən çox nüsxəsi paylanıldı.

Məktəb rəhbərliyi və müəllimlər «Oyanın!» jurnalının dəyərini tez başa düşdülər. Müəllimlərdən biri demişdi: «Bu jurnal şagirdlərimizə kömək edir ki, ailələri ilə sıx münasibətlər qursunlar və yaxşı məqsədlərə can atsınlar». Bəzi məktəblər bu vəsaitləri tədris planına saldılar. Başqaları isə bu jurnaldan oxu dərsində istifadə etdilər. Bir məktəbdə şagirdlərə bu jurnal əsasında inşa yazmaları tapşırıldı və ən yaxşı inşa yazanlar mükafatlandırıldılar.

Bu jurnalda olan «Gənclik çağlarında piylənməyə qarşı mübarizədə qalib gəl» məqaləsi bir məktəbli qızın xoşuna gəldi. O bölüşür ki, piylənmə qlobal problemə çevrilib və onun dostları bu haqda başqaları ilə danışmağa çəkinirlər. O demişdi: «Rahat başa düşülən və asan tətbiq edilən məsləhətlər verdiyinizə görə sizə təşəkkür edirəm».

Valideynlər də bu vəsaiti təriflədilər. Bir ana evinə gələn Yehovanın Şahidlərinə jurnal üçün öz təşəkkürünü bildirərək demişdi: «Bu faydalı məsləhətlər qızımın məktəbdə yaxşı oxumasına kömək edəcək».

Yehovanın Şahidlərinin Tailanddakı nümayəndəsi Piçay Petratyotin demişdi: «“Oyanın!” jurnalında zamanın sınağından çıxmış Müqəddəs Kitabın hikmətli məsləhətləri yerləşir. Bu məsləhətlər indiki dövrdə də insanlara kömək edir. Yehovanın Şahidləri təhsilə çox dəyər verirlər. Buna görə də biz çox şadıq ki, hər kəs jurnalın bu sayını pulsuz əldə etdi».

Əlavə məlumat

Ev tapşırıqların həddən artıq çoxdur?

Ev tapşırıqlarının həcmindən boğaza yığılmısan? Kömək istəyirsən?