Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Daşqın zamanı kömək etdikləri üçün Macarıstandakı Yehovanın Şahidləri tərif aldılar

Daşqın zamanı kömək etdikləri üçün Macarıstandakı Yehovanın Şahidləri tərif aldılar

Güclü leysan yağışları nəticəsində 2013-cü ilin iyun ayında Mərkəzi Avropada çaylar məcrasından çıxmışdı. Dunay çayı qalxaraq indiyədək qeydə alınmış ən yüksək həddə çatmışdı.

İşin təcili olduğunu nəzərə alaraq Macarıstanın İnsan Resursları Nazirliyi Yehovanın Şahidlərinin Macarıstan filialından daşqının törətdiyi fəsadları aradan qaldırmaq işində kömək istəmişdi. Filial Dunay çayı boyunca yerləşən yığıncaqları yerli hakimiyyət orqanlarının daşqının qarşısını almaq üçün təşkil etdiyi işlərdə iştirak etməyə səsləmişdi.

Yığıncaqlar böyük həvəslə hay vermişdilər. Bir neçə gün ərzində 72 yığıncaqdan olan 900-dən çox Yehovanın Şahidi çayın kənarlarını bərkitmək işində iştirak etmişdi. Onlara deyilmişdi ki, yaxalarına üstündə «Yehovanın Şahidləri», həmçinin özlərinin və şəhərlərinin adı yazılmış plaket taxsınlar.

Bir şəhərdə Macarıstan Qırmızı Xaç Cəmiyyətinin nümayəndəsi yığıncağa növbəti sözləri yazmışdı: «Bu cür birliyə və köməyə hazırlıq ruhuna çox nadir hallarda rast gəlinir, hələ nə qədər yol qət etməyinizi demirik. Sizə çox minnətdarıq, siz böyük hörmətə layiqsiniz. Fəxrlə qeyd etmək istəyirəm ki, şəhərimizdə gözəl nümunə qoymusunuz!»

Təbii fəlakətdən zərərçəkmişlərə yardım təşkilatının sədri, Macarıstan Parlamentinin üzvü göstərdikləri köməyə görə Yehovanın Şahidlərinin filialına minnətdarlıq məktubu göndərmişdi.

Əlavə məlumat

Yehovanın Şahidləri təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında iştirak edirmi?

Həmimanlılarımıza, eləcə də başqa adamlara təbii fəlakət zamanı necə kömək etdiyimiz haqda oxuyun.

Allahın bəşəriyyət üçün niyyəti

Müqəddəs Kitabda Allahın yeri nə üçün yaratdığı, əzabların nə vaxt bitəcəyi, gələcəkdə yer üzündə olacaq dəyişikliklər və orada yaşayacaq insanlar haqda bəhs olunur.