Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Məhbuslara kömək

Məhbuslara kömək

Hər gün Yehovanın Şahidlərinin ABŞ-dakı filialına cəzaçəkmə müəssisələrində cəza çəkən məhbuslardan çoxlu məktublar gəlir. Bu məhbuslar məktublarında onlara ruhani köməkliyin göstərilməsini xahiş edirlər.

Daha sonra müraciətə cavab olaraq müvafiq həbsxananın yaxınlığında yerləşən yığıncaqların üzvlərindən xahiş olunur ki, məhbuslara baş çəkib onlara Müqəddəs Yazıları öyrənməyə kömək etsinlər.

Bəzi həbsxanalarda artıq bizim nümayəndələrimiz müntəzəm şəkildə yığıncaqlar keçirirlər. Məsələn, bir həbsxananın həyətində söylənilən açıq məruzəyə qulaq asmaq üçün 32 nəfər toplaşmışdı.

Bu cür fəaliyyət gözəl bəhrələr gətirir. İndiana ştatından olan və qəsdən adam öldürdüyünə görə azadlıqdan ömürlük məhrum edilmiş bir kişi özünə düzəliş edərək Yehovanın Şahidi oldu.

Kaliforniyada həbsxanada yatan məhbusa Müqəddəs Kitabı öyrənməyə kömək edən Yehovanın Şahidi öz məktubunda yazır ki, təzə-təzə öyrəndiyi vaxtlarla müqayisədə o insan köklü şəkildə dəyişilib. Yehovanın Şahidi olmaq üçün o, həyatında əməlli başlı dəyişikliklər etməli olub.

Hətta həyatlarını təhlükəyə məruz qoymalarına baxmayaraq, bir çox məhbuslar haqq yolunu tutmaq qərarında israrlı idilər. Məsələn, cinayət dəstələrindən çıxmaq istəyənləri təhlükəsizlikləri naminə ya ayrı kameraya yerləşdirməli, ya da ki, digər həbsxanaya köçürməli olublar.

Allahın Kəlamının insanı necə dəyişdiyini görəndə həbsxana işçiləri öz təəccüblərini gizlədə bilmirlər. İslah əmək müəssisələrində əməksevər olduqlarına görə Şahidlərdən bəziləri təşəkkürnamə və digər hədiyyələrə layiq görülmüşlər.

 

Əlavə məlumat

Müqəddəs Kitabdakı öyüdlərin bizə faydası

İsa peyğəmbər rəhbərliyə nəyə görə ehtiyacımızın olduğunu və Müqəddəs Kitabdakı hansı iki prinsipin ən vacib olduğunu izah etdi.