Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Siz əsil nümunəsiniz!»

«Siz əsil nümunəsiniz!»

SİCİLİYANIN Saponara şəhərindəki Yehovanın Şahidləri ərazidə baş vermiş daşqından sonra göstərdikləri köməyə görə təşəkkürnamə ilə təltif olunublar.

2011-ci il noyabr ayının 22-də Messina əyalətinin bəzi şəhər və kəndlərini güclü sel basmışdı. Həmin axşam Saponarada baş vermiş sürüşmə nəticəsində, bir uşaq da daxil olmaqla, 3 nəfər həyatını itirmişdi.

Fəlakətdən sonra Yehovanın Şahidləri daha çox xəsarət almış əraziləri çirkab və dağıntılardan təmizləmək üçün könüllülərdən ibarət təchiz olunmuş dəstələr təşkil etdilər.

Bu dəstələr yerli hakimiyyətlə əməkdaşlıq edir və daha çox tələbat olan ərazilərdə kömək edirdilər. Onlar vəziyyət normallaşandan sonra da köməklik göstərməyə davam edirdilər. Bu işlərə 50—80 Şahid qoşulmuşdu və onlardan bəziləri təxminən 100 kilometr uzaqlıqdan gəlmişdilər.

Təbii fəlakətin baş verdiyi ərazinin sakinləri Yehovanın Şahidlərinə öz minnətdarlıqlarını bildirmişdilər. İcra başçısı dönə-dönə: «Siz əsil nümunəsiniz», — deyirdi.

Beş aydan sonra icra hakimiyyətinin şura üzvü Fabio Vinçi Yehovanın Şahidlərinin yerli yığıncağına rəhbərliyin adından təşəkkürnamə təqdim etdi.