Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Tələbələr Yehovanın Şahidlərinin Meksikadakı filialına ekskursiya ediblər

Tələbələr Yehovanın Şahidlərinin Meksikadakı filialına ekskursiya ediblər

Mexiko şəhərinin Kitabxana İşləri və Arxivşünaslıq Elmləri üzrə Milli Universitetinin tələbələri Yehovanın Şahidlərinin Meksikadakı filialına və çapxanasına ekskursiya etmişlər. Universitetin «Gaceta» qəzetində qeyd olunur ki, bundan sonra tələbələrin Şahidlər haqda «qərəzli fikirləri» dəyişmişdir.

Tələbələrin təəssüratları:

  • «Orada gördüyümüz... hörmət, nəzakət, birlik və təmizlik bizi çox təəccübləndirdi».

  • «İnsanların bir-birləri ilə ürəkdən əməkdaşlıq etmələri təqlidolunası nümunədir».

  • «Hər kəs üzərinə düşən məsuliyyəti canla-başla yerinə yetirirdi, hamının üzündə təbəssüm var idi».

  • «Çapxananın belə gözəl təşkil olunması bizi valeh etdi».

Yehovanın Şahidlərinin 100-ə yaxın ölkədəki filial və çapxanalarında pulsuz ekskursiyalar keçirilir. Qrupla birgə filiallarımıza gəlmək istəyən hər kəs saytımızda HAQQIMIZDA > FİLİALLAR VƏ EKSKURSİYA bölməsinə daxil olub ekskursiyanın vaxtını və yerini öyrənə bilər. Filiallarımıza tək və ya ailəlikcə də buyura bilərsiniz.

 

Əlavə məlumat

Bet-El?

Bethel is a unique place with a very important objective. Learn more about those who serve there.