Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Milyonlarla insanları qida ilə təmin edən ferma

Milyonlarla insanları qida ilə təmin edən ferma

Qırx il əvvəl, 1973-cü ilin fevral ayının 2-də Uolkilldə (Nyu–York ştatı, ABŞ) yeni çap dəzgahı quraşdırıldı. Bu dəzgahlarda «Gözətçi qülləsi» və «Oyanın!» jurnalları çap edilirdi.

Bundan on il əvvəl Yehovanın Şahidləri baş idarədə (Bruklin, Nyu–York ştatı) çalışan işçiləri ərzaqla təmin etmək üçün burada ferma almışdılar. Lakin indi burada həm də başqa qida — ruhani qida istehsal olunacaqdı (Matta 24:45—47).

Gözətçi Qülləsi fermaları, Uolkill, Nyu-York ştatı, 1970-ci illərin əvvəlləri

O zaman çap sexinin nəzarətçisi olan Filip Uilkoks çap maşınlarının işə salındığı ilk günü belə xatırlayır: «Yüksəksürətli rulonlu rotasiya çap maşınlarını yığıb quraşdırmaq üçün bizə düz bir ay vaxt lazım oldu. İşin bu mərhələsini bitirdikdən sonra onu sınamaq üçün bir neçə min jurnal çap etdik. Jurnalları Bruklindəki mətbəəmizə göndərdik ki, onları sifariş edən yığıncaqlara göndərsinlər. Biz israfçılığa yol verməməyə qəti qərarlı idik».

Yehovanın Şahidləri bu yeni mətbəəni o vaxtlar Bruklində yerləşən böyük mətbəəyə əlavə qismində tikmişdilər. 1970-ci illərin əvvəllərində Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlara daima tələbat artığından mətbəədə çap olunan ədəbiyyat artıq gündəlik tələbatı ödəmirdi. Bu səbəbdən Bruklin mətbəəsi ikinci növbə iş rejiminə keçmişdi.

Yuxarıda: ilk M.A.N. çap maşınının Uolkilldə quraşdırılması, 1973-cü ilin yanvar ayı. Aşağıda: M.A.N. çap maşınına kağız qoyulur

Uolkilldə tikilən ilk mətbəədə çap maşınları, göndərilmə sexi və Padşahlıq zalı var idi. Lakin mətbəə tam şəkildə işə düşməmiş artıq ikincisinin — ondan da böyük olan mətbəənin tikintisinə başlanmışdı. Müqəddəs Kitab ədəbiyyatına tələbat o qədər böyük idi ki, ikinci mətbəənin tikintisi başa çatmamış orada altı çap maşını quraşdırılmışdı.

İllər ötdü, çap texnologiyası inkişaf etdi, Müqəddəs Kitaba əsaslanan ədəbiyyatlara tələbat da ardı. Bu dəyişikliklərlə ayaqlaşmaq üçün Uolkilldəki çapxananı dəfələrlə müasirləşdirmək və genişləndirmək lazım gəldi. 1980-ci illərdə artıq köhnəlmiş yüksək çap dəzgahları yüksəksürətli ofset çap dəzgahları ilə əvəz olundu.

2004-cü ildə Bruklin mətbəəsi bağlandı və kitablar ilk dəfə Uolkilldə çap edilməyə başlandı. 2010-cu ildən etibarən isə jurnallar Kanadadakı filialımızda çap edilir. Orada quraşdırılan yeni çap maşını saatda 200 000 jurnal çap etmək gücünə malikdir.

Yuxarıda: Uolkill cildləmə lenti üçün dəftərlərin hazırlanması, 2005-ci il. Aşağıda: Gözətçi Qülləsi fermaları, Uolkill, Nyu-York, 2013-cü il

Hal-hazırda Uolkilldəki mətbəəmiz müasir, avtomatlaşdırılmış bir müəssisədir. Orada 281 işçi çalışır. Keçən il burada 17 milyondan çox kitab və Müqəddəs Kitab çap edilib. Uolkill və Kanadadan başqa, bizim Afrika, Asiya, Avstraliya, Avropa və Cənubi Amerikada da mətbəələrimiz var. Bu mətbəələr milyonlarla insanların ruhani qidaya olan tələbatının ödənilməsinə xidmət edir (Matta 5:3).

 

 

Əlavə məlumat

Bet-El?

Bethel is a unique place with a very important objective. Learn more about those who serve there.