Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

60 günə görüləsi iş

60 günə görüləsi iş

2013-cü il iyul ayının 5-i, cümə günü Rəhbərlik Şurasının üzvü Entoni Moris ABŞ Bet-Elində növbəti elanı səsləndirdi: «Adams küçəsi, 117-də və Sənds küçəsi, 90-da yerləşən binalar da daxil olmaqla, Bruklindəki 6 binanın satışı haqqında müqavilə imzalamışıq *. Müqaviləyə görə, binaların beşini bu ilin avqust ayının ortasına qədər boşaltmalıyıq».

Bunun böyük bir iş olduğu əvvəldən məlum idi. Bu beş binanın ümumi sahəsi beynəlxalq çempionatlar üçün istifadə olunan 11 futbol meydançası boyda idi! Və bu binaların 60 günə boşaldılması tələb olunurdu!

Bu 5 binada uzun müddət çap maşınları və cildləmə avadanlıqları yerləşirdi. Amma 2004-cü ildə bütün bu avadanlıqlar yeni yerə — Uolkillə (Nyu-York) köçürüldü.

O vaxtdan etibarən bu binalar anbar kimi istifadə olunurdu: orada tikinti materialları, ofis mebeli, eləcə də ABŞ-da və xarici ölkələrdə gedən tikinti işlərində istifadə olunan müxtəlif avadanlıqlar saxlanılırdı.

Binaları vaxtında boşaltmaq üçün dəqiq plan qurmaq lazım idi. Nələrin satılacağı, nələrin isə atılacağı və ya saxlanılacağını müəyyənləşdirmək üçün əvvəlcə binalardakı avadanlıq və əşyaların inventarizasiyası aparıldı. Sonra işin təhlükəsiz və effektiv şəkildə həyata keçirilməsi üçün müəyyən tədbirlər görüldü.

Bet-El ailəsi bu layihəni ürəkdən dəstəklədi. Onlardan savayı, bu işdə iştirak etmək üçün Bet-Elə 41 müvəqqəti könüllü dəvət edildi. Onlar ABŞ-ın müxtəlif yerlərindən gəlmişdilər. Onların çoxu güclü, gənc subay oğlanlar idi. Könüllülər 6—10 həftə Bet-Eldə xidmət etmək dəvətini qəbul etdilər. Bunun üçün onlar ailələrini, dostlarını və işlərini qoyub gəlmişdilər. Bu işdə iştirak etmək könüllülərə necə təsir bağışladı?

Vaşinqton ştatından olan 21 yaşlı Cordan: «Kaş ərizəni çoxdan yazaydım», — deyir.

20 yaşlı Stiven Texasdan gəlmişdi. O deyir: «Mən hiss edirəm ki, böyük, zəhmətkeş və xoşbəxt ümumdünya ailəsinin üzvüyəm».

23 yaşlı Castin yazıb: «Bet-Eldə özümü evdəki kimi hiss edirəm. Burada olan zəngin ruhani hikmət, hökm sürən məhəbbət və əməkdaşlıq, həqiqətən də, bir möcüzədir».

Puerto–Rikodan olan 20 yaşlı Adler adlı gənc oğlan deyib: «Sübh tezdən qalxmaq çətin idi. Lakin burada mən əbədi dostlar qazandım».

21 yaşlı Uilyam deyib: «Bet-Eldə xidmət etmək mənim uşaqlıq arzum olub. Gələndə fikirləşdim ki, burada özümü yad və tənha hiss edəcəyəm, amma tamamilə yanıldım. Bet-Elə gəlmək mənim üçün ən böyük hədiyyə oldu! Dünyada buradan yaxşı yer yoxdur».

Bəs könüllülər işi vaxtında bitirə bildilər? Onlar hətta vaxtından əvvəl — cəmi 55 günə bitirdilər!

^ abz. 2 Sənds küçəsi, 90-da yerləşən yaşayış binası 2017-ci il ərzində boşaldılacaq.

Əlavə məlumat

Bet-El?

Bethel is a unique place with a very important objective. Learn more about those who serve there.