Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Buyurun, bizim Birləşmiş Ştatlardakı Beytelə gəlin

Buyurun, bizim Birləşmiş Ştatlardakı Beytelə gəlin

«Beytelə ziyarətimizlə bağlı gözəl xatirələrimiz var, biz bu xatirələri heç vaxt unutmayacağıq». Bu sözləri Vanuatu adasından olan bir ər-arvad Yehovanın Şahidlərinin Birləşmiş Ştatlardakı Beytelini ziyarət edəndən sonra demişdi. Hər il Beyteli ziyarət edən 70 mindən çox adam eyni hissləri keçirir.

Bəs siz Birləşmiş Ştatlardakı Beyteldə olmusunuz? Olmamısınızsa, buyurun gəlin.

Beytelin əsas üç binasında nə görmək olar?

Baş idarə, Bruklin, Nyu–York. Sizə ekskursiya keçirmələrini xahiş edin. Bu ekskursiyada xoş xəbərin bütün dünyada təbliğinin necə təşkil olunduğunu və həyata keçirildiyini öyrənə bilərsiniz. Orada həmçinin iki sərgi açılıb. Bu sərgilərə baxmaq üçün ekskursiya rəhbərinə ehtiyac yoxdur. Sərgilərdən birinin mövzusu belədir: «Yehova Allahın adını daşıyan xalq». Bu sərgidə Yehova Allahın xalqının birinci əsrdən tutmuş bu günə kimi olan tarixi təsvir olunur. Digər sərginin mövzusu isə «Müqəddəs Kitab və Allahın adı» adlanır. Sərgidə Müqəddəs Kitabın Allahın adı yazılmış müxtəlif tərcümələri sərgilənir.

Dini təhsil, Paterson, Nyu–York. Burada da sizə ekskursiya keçirmələrini xahiş edə bilərsiniz. Ekskursiya vaxtı burada keçirilən məktəblər barədə məlumat alacaqsınız, məsələn, Gözətçi Qülləsinin Müqəddəs Kitab Məktəbi Gilad və Filial Komitələrinin üzvləri və Həyat Yoldaşları üçün Məktəb. Orada həmçinin ofislərdə, məsələn, Rəssamlıq və Audio/Video şöbəsində, Hüquq şöbəsində və Xidmət şöbəsində görülən işi təsvir edən stendlərə və videolara baxa bilərsiniz.

Ədəbiyyatların çapı və çatdırılması, Uolkill, Nyu–York. Müqəddəs Kitabın və ona əsaslanan ədəbiyyatların necə çap olunduğunu, qablaşdırıldığını və Birləşmiş Ştatlardakı, Karib adalarındakı və dünyanın digər yerlərindəki yığıncaqlara necə göndərildiyini görmək istəyirsinizsə, xahiş edin, sizə ekskursiya keçirsinlər.

Bu binaların hamısına ekskursiya etmək üçün nə qədər vaxt tələb olunur?

Bruklindəki tikililərə ekskursiya etmək üçün təxminən 1 saat, Patersondakına təxminən 2 saat, Uolkilldəkinə isə saat yarım vaxt tələb olunur.

Ekskursiyanı kim keçirir?

Ekskursiyanı Beytelin müxtəlif şöbələrində çalışanlar keçirir. Bu, onların ümumdünya maarifləndirmə işinə verdikləri töhfənin bir hissəsidir. 2014-cü ilin may ayında bu binalarda işləyən 5000-dən çox adamın 3600-dən çoxuna ekskursiya rəhbərləri üçün təlim keçirilmişdi. Ekskursiyalar təxminən 40 dildə keçirilir.

Ekskursiya neçəyə keçirilir?

Ekskursiya pulsuzdur.

Beyteli yalnız Yehovanın Şahidləri ziyarət edə bilər?

Xeyr. Beytelə gələnlərin əksəriyyəti Yehovanın Şahidi deyil. Həm Yehovanın Şahidləri, həm də Yehovanın Şahidi olmayanlar bizim ümumdünya işinin necə təşkil olunduğu və necə həyata keçirildiyi ilə yaxından tanış ola bilərlər.

Hindistandan olan bir müsəlman qadın Patersona ekskursiya edəndən sonra belə demişdi: «Çox istəyərdim ki, mən də burada, sizin aranızda olum. Mənə göstərdiyiniz böyük hörmətə görə sizə ürəkdən minnətdaram».

Beytelə uşaqlar da gələ bilər?

Sözsüz ki, gələ bilər. Beyteli ziyarət etmək gənclərə dərin təsir bağışlaya bilər. Birləşmiş Ştatlardan olan Con adlı bir yeniyetmə ora ziyarət etdikdən sonra yazmışdı: «Birgə ekskursiya keçdiyimiz uşaqlar Beyteldən qayıdandan durmadan bu ekskursiya barədə danışırlar. Ora getməmişdən əvvəl onlar Beyteldə xidmət etməyin nə demək olduğunu axıra kimi başa düşmürdülər, amma indi onlar qarşılarına məqsəd qoyublar ki, orada xidmət etsinlər».

Bəs Yehovanın Şahidlərinin başqa ölkələrdə olan Beytellərini ziyarət etmək mümkündür?

Bəli, mümkündür. Bir çox ölkələrdəki Beytellərdə bu cür ekskursiyalar keçirilir. İstədiyiniz filialı tapmaq üçün «Filiallar və ekskursiya» və «Filiallara ekskursiya haqqında məlumat» səhifəsinə daxil olun. Buyurun, Yehovanın Şahidlərinin filiallarına gəlin. Qapımız üzünüzə açıqdır!

Əlavə məlumat

What Is Done at a Branch Office of Jehovah’s Witnesses?

Visitors are welcome to take a guided tour of any of our branch offices. We invite you to do that!