Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Qanköçürmə. Həkimlər bu gün nə deyir?

Qanköçürmə. Həkimlər bu gün nə deyir?

Yehovanın Şahidləri qanköçürmədən imtina etdiklərinə görə onilliklər ərzində tənqid atəşinə məruz qalmışlar. Müqəddəs Kitabdakı «qandan... çəkinin» göstərişinə əsaslanan bu mövqeyimiz qanköçürməni xəstələri üçün ən yaxşı müalicə üsulu hesab edən həkimlərin fikri ilə bəzən üst-üstə düşmür (Həvarilərin işləri 15:29).

Lakin son vaxtlar tibb aləmində qanköçürmədən qaçmağa kömək edən üsulların tibbi üstünlüklərini vurğulayan mötəbər mütəxəssislərin sayı artmaqdadır.

Stanford Universitetindəki tibb fakültəsinin «Stanford tibb jurnalı»nın 2013-cü il yaz buraxılışında qanla bağlı xüsusi hesabat dərc edilmişdi. Hesabatın bir hissəsi «Axına qarşı. Nəyə görə qanköçürmələrin sayı azalır?» adlanır. Məqalənin müəllifi Sara Uiliams deyir: «Son on il ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, bütün dünyadakı xəstəxanaların həm cərrahiyyə, həm də digər şöbələrində xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün donor qanından lüzumundan daha tez-tez və lüzumundan daha çox miqdarda istifadə olunur».

Müəllif Pensilvaniya xəstəxanasının Qansız Təbabət və Cərrahiyyə Mərkəzinin təsisçisi və rəhbəri tibb elmləri doktoru Patrisiya Fordun sözlərini sitat gətirir. Doktor Ford deyib: «Tibb aləmində belə bir fikir dərin kök salıb ki, əgər insanda qanın həcmi müəyyən səviyyədə olmasa, o, mütləq öləcək, yaxud da ki qan həyatları xilas edən bir nömrəli vasitədir... Müəyyən hallarda bu belədir *, amma bunu bütün vəziyyətlərə şamil etmək olmaz».

İldə 700-ə yaxın Yehovanın Şahidini müalicə edən doktor Ford həmçinin demişdi: «Söhbət etdiyim bir çox həkimlər yanlış olaraq düşünürlər ki, qanköçürmə olmasa, bir çox xəstələr ölə bilər. Mən də bir ara bu fikirlə müəyyən dərəcədə razı idim. Amma tez bir zamanda başa düşdüm ki, müəyyən sadə üsulların tətbiqi sayəsində bu kimi xəstələrə kömək etmək mümkündür».

Bir tibb jurnalının 2012-ci il avqust buraxılışında mərkəzlərin birində son 28 il ərzində ürək əməliyyatı keçirən xəstələr arasında aparılan araşdırmanın nəticələri dərc edilmişdi («Archives of Internal Medicine»). Yehovanın Şahidləri, eyni xəstəlikdən əziyyət çəkən, amma qan köçürülən xəstələrlə müqayisədə, daha tez sağalırdılar. Qan köçürülən xəstələrlə müqayisədə, Şahidlər arasında xəstəliklərinin şiddətlənmə halları daha az olub və əməliyyatdan sağ çıxanlar və ondan 20 il sonra yaşayan insanlar daha çox olub.

2013-cü il aprelin 8-də «Uoll-strit cornel»də dərc edilən bir məqalədə deyilirdi: «İndiyədək donor qanından istifadə olunmadan edilən əməliyyatlar qanköçürmədən imtina edən xəstələrə edilirdi. Lakin indi bu praktika daha geniş tətbiq edilir... Qansız cərrahiyyənin tərəfdarları deyirlər ki, bunun üstünlüyü yalnız qanın alış-verişi, saxlanılması, emal edilməsi, testdən keçirilməsi ilə bağlı xərclərin azalmasında deyil. Bu kimi üsulların tətbiqi sayəsində həm də xəstənin xəstəxanada daha çox qalmasına səbəb olan qanköçürmə ilə keçən xəstəliklərə tutulmaq riski və xəstələrin səhhətinin pisləşmə halları azalır».

Təəccüblü deyil ki, Klivlend xəstəxanasının qan şöbəsinin müdiri Robert Lorens deyir: «Adama elə gəlir ki, xəstəyə qan köçürəndə ona kömək etmiş olursan... Amma uzun müddət ərzində əldə edilən faktlar bunun əksini göstərir».

^ abz. 5 Yehovanın Şahidlərinin qana dair mövqeyini öyrənmək üçün «Tez-tez verilən suallar» bölməsində «Nəyə görə siz qanköçürmədən imtina edirsiniz?» məqaləsinə baxın.

Əlavə məlumat

Müqəddəs Kitabda qanköçürmə haqda nə deyilir?

Müqəddəs Kitaba əsasən, Allah insanlara qandan çəkinməyi əmr edib. Bunun bizə hansı aidiyyəti var?