Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

19 000 bilet hədiyyə

19 000 bilet hədiyyə

2013-cü ilin iyul ayında xüsusi təyinatlı müjdəçilərə və xaricdə xidmət edən xüsusi tammüddətli xidmətçilərə Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının adından məktub göndərildi. Məktubda deyilirdi ki, xaricdə xidmət edən müjdəçilərin 2014 və 2015-ci ilin əvvəlində keçiriləcək regional və beynəlxalq toplantılarda iştirak etmələri üçün tədbir görülüb.

Bu tədbirin məqsədi müjdəçilərin böyük toplantıda iştirak etmələrindən savayı öz ailə üzvləri və dostlarını görmələrinə də imkan yaratmaq idi. Məktubda həmçinin qeyd olunurdu ki, gediş-gəliş biletlərinin pulu təşkilat tərəfindən ödəniləcək.

Əvvəllər də bu cür tədbirlər olsa da, bu dəfəki onlardan bir az fərqlənirdi. Bütün biletlərin alınması ilə Rəhbərlik Şurasının Təlim Komitəsinin rəhbərliyi altında yeni yaradılmış mərkəzi idarənin səyahət şöbəsi məşğul olacaqdı.

Məktubun göndərilməsindən az sonra həmin şöbəyə biletlərin alınması ilə bağlı xahişlər gəlməyə başladı. 2014-cü ilin yanvarına qədər isə bu xahişlərin sayı artıq xeyli artmışdı. Bu iş üçün təyin olunmuş qrup bütün dünyadan olan xüsusi tammüddətli müjdəçilərə bilet aldı.

Marşrutların bəzisi çətin idi. Misal üçün, Reykyavikdən (İslandiya) gələnlər Koçabambada (Boliviya), Numeadan (Yeni Kaledoniya) gələnlər isə Antananarivuda (Madaqaskar) düşüb başqa təyyarəyə minməli idilər. Bəziləri Port-Morsbidən (Papua-Yeni Qvineya) Sietlə (Vaşinqton, ABŞ), digərləri isə Uaqaduqudan (Burkina-Faso) Vinnipeqə (Kanada) getməli idi.

Beş nəfərdən ibarət səyahət şöbəsi ümumilikdə 19 000 bilet aldı. 176 ölkədən təxminən 4300 nəfərin təyyarə biletləri yığıncaqların bu iş üçün etdiyi ianələrin sayəsində alındı.

Bacı-qardaşlar onlar üçün edilənlərə görə çox minnətdar idilər. Bir xüsusi təyinatlı cütlük növbəti sözləri yazdı: «Bu gün biz təyinatımız olan Cənub-Şərqi Asiyaya qayıdırıq. Doğulduğumuz ölkəyə, İngiltərəyə gəlib yaxınlarımızla beş ildən sonra birinci dəfə görüşməyimizə yardım etdiyiniz üçün sizə çox sağ ol demək istəyirik. Sizin köməyiniz olmasaydı, biz bunu edə bilməzdik. Buna görə də bu işdə iştirak edən hər kəsə dərin minnətdarlığımızı bildiririk».

Paraqvayda xidmət edən xüsusi təyinatlı ər-arvad yazır: «Mən və həyat yoldaşım Nyu–Cersidə (ABŞ) keçirilən beynəlxalq toplantıda iştirak edə bildiyimiz üçün sizə ürəkdən minnətdarıq. 2011-ci ilin əvvəlində planlaşdırdıq ki, gedib Birləşmiş Ştatlardakı mərkəzi idarəni görək. Və bunun üçün bir az pul yığdıq. Ancaq həmin ilin iyun ayında biz Paraqvaydakı jest dilli yığıncağa dəvət olunduq. Ora getmək üçün xeyli pul lazım idi. Çoxlu götür-qoy edəndən sonra arzumuzdan keçərək yeni təyinatımızda daha səmərəli olmaq üçün maşın almaq qərarına gəldik. Sonra da beynəlxalq toplantıya dəvət aldıq. Arzumuz çin oldu! Biz məhəbbətinə və xeyirxahlığına görə Yehovaya həddindən artıq minnətdarıq».

Malavidən olan bir cütlük hisslərini belə ifadə etdi: «Bu kiçik məktubla ürəyimizdəki böyük minnətdarlıq hissini çatdırmaq istəyərdik. Təsəvvür edirik bu qədər bileti təşkil etmək üçün nə qədər zəhmət, vaxt və pul sərf olunub. Çəkdiyiniz zəhməti, ən əsası isə Yehovanın təşkilatının səxavətini biz çox qiymətləndiririk. Çünki bunun sayəsində həm beynəlxalq toplantıya gəlmək, həm də yaxınlarımızı görmək imkanımız oldu».

Səyahət şöbəsində çalışan bacı-qardaşlar gördükləri işdən zövq alırdılar. Mileyvi adlı bacı deyir: «Xüsusi təyinatlı müjdəçilərə ailə üzvləri və dostlarını yenidən görməyə kömək etmək xüsusi bir şeydir». «Bu işin sayəsində mən təşkilatın xarici ölkələrdə xidmət edən bacı-qardaşlara olan məhəbbətinin nə dərəcədə böyük olduğunu gördüm», — deyə Doris adlı bacı bölüşür. Həmin şöbənin nəzarətçisi olan Rodni deyir: «Bu layihədə iştirak etdiyim üçün çox sevinirəm».

Bütün dünyadakı Yehovanın Şahidləri fədakar və zəhmətkeş həmimanlılarına kömək əli uzatdıqları üçün sevinc duydu.

Əlavə məlumat

Böyük toplantılar

Each year, we meet together for three special events. How can you benefit from these gatherings?