Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Məhəbbətdən doğan birlik — Frankurftda keçirilən böyük toplantı

Məhəbbətdən doğan birlik — Frankurftda keçirilən böyük toplantı

«Elə bil, ailəvi şənlikdir»  — deyə Frankfurt qəzetlərindən birinin başlığında yazılmışdı («Frankfurter Rundschau»). Orada iştirak edənlər də bununla razıdır.

Puerto-Rikodan gələn Karla deyir: «Elə şərait yaratmışdılar ki, özümü evimdə hiss etdim».

Avstraliyadan olan Sara isə bölüşür: «Sanki atam evinə qonaq gəlmişəm, əslində isə dünyanın o biri başındayam».

Onların əhval-ruhiyyəsini dərhal nə dəyişdirdi? Yehovanın Şahidlərinin beynəlxalq toplantısı. Bu toplantı 2014-cü il 18—20 iyul tarixlərində Frankfurt-Mayn (Almaniya) şəhərindəki Kommerzbank-Arena stadionunda keçirildi. Beynəlxalq toplantıda təxminən 37 000 nəfər iştirak etmişdi.

İştirakçılar bir yerə toplaşıb Müqəddəs Kitabı öyrənirdilər. Bu təhsil proqramına Müqəddəs Kitabın oxunması, nəğmələr, dualar, iki səhnələşdirilmiş tamaşa və Müqəddəs Kitaba əsaslanan məruzələr daxil idi.

Burada, yerli Yehovanın Şahidləri də daxil olmaqla, Avstraliya, Britaniya, Birləşmiş Ştatlar, Cənubi Afrika, Livan və Yunanıstandan gəlmiş iştirakçılarla birlikdə 3000 nəfər iştirak edirdi. 70 ölkədən təxminən 234 nəfər xüsusi xidmət növündə olanlar, məsələn, xüsusi təyinatlı müjdəçi var idi.

Proqramın hissələri onlayn-yayım vasitəsilə Almaniyanın 19 ərazisinə, həmçinin Avstriya və İsveçrənin ərazisində yayımlandı. Bütün ərazi üzrə bu görüşdə iştirak edənlərin sayı 204 046 nəfər oldu.

Sərhədlər aşılır

Franfurtdakı toplantı alman, ingilis və yunan dillərində keçirilirdi. Digər toplantı məkanlarında isə proqram ərəb, çin, tamil, türk və iki jest dili də daxil olmaqla, eyni vaxtda 17 dilə tərcümə edilirdi.

Müxtəlif dillərdə danışmalarına, fərqli ölkələrdən gəlmələrinə və müxtəlif mədəniyyətlərdən olmalarına baxmayaraq, aralarında ayrı-seçkilik yox, məhəbbətdən doğan birlik var idi (Yəhya 13:34, 35). Onlar bir-birlərinə bacı-qardaş gözü ilə baxır və bu cür rəftar edirdilər.

Britaniyadan olan Tobias bildirir: «Biz ilk dəfədən beynəlxalq qardaşlığımızın bütün sərhədləri aşdığını hiss etdik».

Puerto-Rikodan gələn Davianna deyir: «Mən 20-dən çox ölkədən gələn həmimanlılarımla tanış oldum. Biz Allaha və bir-birimizə olan məhəbbətdən doğan birlik içində idik».

Avstraliyadan olan Malkom bölüşür: «Mən kiçik bir şəhərdən olan Yehovanın Şahidiyəm. Beynəlxalq qardaşlığımızın bənzərsiz birliyi haqda oxuyuram, hətta bu haqda videoya da baxmışam. Burada isə bu birliyi öz gözlərimlə gördüm. Bacı-qardaşlar arasında bunu görmək mənə kömək etdi ki, birliyin əslində nə demək olduğunu başa düşüm. Burada olmaq mənim imanımı çox möhkəmləndirdi».

Unudulmaz qonaqpərvərlik

Frankfurtdan və ətraf ərazilərdən olan 58 yığıncağın üzvləri qonaqlara hədiyyələr hazırlamış və axşamlar əyləncəli proqramlar təşkil etmişdilər.

Birləşmiş Ştatlardan gələn Sintia deyir: «Biz burada möhtəşəm qonaqpərvərlik gördük. Mən qardaşlarımızın dərin məhəbbətini, xeyirxahlığını və əliaçıqlığını heç vaxt unutmayacağam».

Almaniyada yaşayan Simon bölüşür: «Orada hədsiz məhəbbət, sevinc gülüşü və qardaşlıq birliyi var idi. Biz bir-birimizdən çox şey öyrəndik».

Avstraliyadan gələn Emi fikrini bildirir: «Axşam proqramı mənə sübut etdi ki, Yehovanın Şahidləri olan bizlər fanatik kimi yaşamırıq. Biz ləyaqətli şəkildə necə əylənəcəyimizi də bilirik».

Xoş xatirələrlə evə dönüş

Frankfurtda keçirilən bu toplantı dünyanın doqquz ölkəsində keçirilən beynəlxalq toplantılardan sadəcə biri idi.

Frankfurtdakı toplantıda iştirak edənlərdən soruşanda ki, onların nə xoşuna gəlib, nümayəndələrdən biri belə cavab verdi: «Elə bil indiyə qədər görmədiyin yaxın qohumunu, qardaşını tapmısan. İlk dəfə gördüyün insan sənə evinin, ürəyinin qapısını açır. Və sən hədsiz sevinclə dolub-daşırsan. Burada olan 37 000 nəfərin hamısı indi bu hissləri yaşayır. Məhz buna görə də burada olmaq xoşdur».

Əlavə məlumat

Yehovanın Şahidləri ilə tanışlıq

How many of Jehovah’s Witnesses do you know? What do you really know about us?

Allahın iradəsi nədən ibarətdir?

God wants his will to be made known throughout the earth. What is that will, and who today are teaching others about it?