Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

«Dünya səyahəti» konqresindən xatirələr

«Dünya səyahəti» konqresindən xatirələr

Əlli il bundan əvvəl, 1963-cü ildə 583 Yehovanın Şahidi onhəftəlik dünya səyahətinə çıxdı. Amma bu, adi turistik səyahət deyildi. Onların əsas məqsədi «Əbədi xoş xəbər» adlı konqreslər silsiləsində iştirak etmək və ruhlandırıcı məsihçi ünsiyyətindən faydalanmaq idi. Səfər zamanı konqresin nümayəndələri 20-dən çox ölkədəki həmimanlıları ilə görüşdükləri üçün bu konqreslər silsiləsinə «Dünya səyahəti» konqresi adı verilmişdi.

Konqresin əsas məruzələrindən biri «Allah bütün yer üzündə hökmranlıq edəndə» adlı məruzə idi. Bu məruzəni əksər konqreslərdə Yehovanın Şahidlərinin baş idarəsindən olan Neytan Norr qardaş təqdim etmişdi. O, dünyada vəziyyətin getdikcə pisləşdiyini və Cənnət haqda möhtəşəm vəd yerinə yetəndə yer üzündə şəraitin necə də fərqli olacağını izah etdi. Bu məruzəyə bütün dünyada 580 509 nəfər qulaq asmışdı.

Onhəftəlik «dünya səyahəti»

Konqreslər Miluoki şəhərində (Viskonsin ştatı, ABŞ) başladı. Oradan nümayəndələr şərqə yollandılar. Nyu–Yorkdakı konqresdən sonra onlar İngiltərə, İsveç, Almaniya və İtaliyaya getdilər. Onlar hər fürsətdən istifadə edərək olduqları hər yerdə Müqəddəs Kitabdakı xoş xəbəri bəyan edirdilər.

Yerli əhali Şahidlərin onlara başçəkməsini dəyərləndirirdi. Stokholmda (İsveç) yaşayan bir gənc qadın demişdi: «Sizin gəlişinizi ölənə kimi unutmayacağam... Doğrudan bura mənimlə Allaha olan imanınız haqda danışmağa gəlmisiniz? Siz, həqiqətən də, heyrətamiz insanlarsınız».

Onlar Afinaya (Yunanıstan) çatanda xeyli məyus olmuşdular. Hakimiyyət orqanları Panatinaikos stadionunda konqresin keçirilməsinə icazə versələr də, sonradan yerli din rəhbərlərinin təzyiqinə uyaraq onu ləğv etdilər. Lakin onların əzmini heç nə sındıra bilmədi. Avqust ayının sonuna kimi şəxsi evlərdə və yığıncaqlarda keçirilən konqreslərdə 10 000-ə yaxın insan iştirak etmişdi.

Afinadan sonra nümayəndələr Livan, İordaniya, İsrail və Kiprə yollandılar. Burada onlar həmimanlılarından səmimi qonaqpərvərlik gördülər, bəzən gülməli əhvalatlar da baş verirdi. Bir nümayəndə Nikosiyada (Kipr) olarkən «ayaqqabısının başına gələn müəmmalı» hadisəni danışdı: «Hər dəfə evə gəlib ayaqqabılarımı çıxardanda... onlar yoxa çıxırdı... beş dəqiqədən sonra isə onları təmiz və par-par parıldayan vəziyyətdə əvvəlki yerində tapırdım!»

Səfərin sonunda nümayəndələr Asiya və Okeaniyadakı konqreslərdə iştirak etdilər. Hindistan, Birma (indi Myanma), Tailand, Honkonq, Sinqapur, Filippin, İndoneziya, Avstraliya, Tayvan, Yaponiya, Yeni Zelandiya, Fici və Koreya nümayəndələrin və minlərlə yerli Şahidin iştirak etdikləri mərasimə ev sahibliyi etdilər. Bəziləri konqresdə iştirak etmək üçün planlarında dəyişikliklər etdilər, amma Yokosukadan (Yaponiya) olan gənc nişanlı cütlüyün hadisəsi xüsusilə nəzərəçarpandır. Oğlan Kiotoda keçirilən konqresdə iştirak etmək üçün müdirindən icazə istəyəndə müdiri yalnız toy və yas üçün işdən icazə verildiyini dedi. Onlar da evlilik ərəfəsində olduqlarından toy günlərini konqresdən bir az əvvələ saldılar. Balayını isə konqresdə keçirdilər!

Səyahət sentyabrın əvvəlində Havay adaları və Kaliforniyada (ABŞ) keçirilən konqreslərlə sona çatdı. Sonuncu dayanacaq olan Pasadenada (Kaliforniya ştatı) keçirilən konqresdə iştirak edənlərin sayı gözləniləndən çox oldu. Konqresdən sonra yollarda tıxac yaranmışdı. Buna baxmayaraq, yerli qəzetlərin birində polis rəisinin sözləri gətirilmişdi: «İndiyə qədər bu böyüklükdə və yaxşı nəzarət edilən tədbir görməmişdim».

Konqresin bəhrəsi

Bu konqresin təsiri hələ də hiss olunur. Müqəddəs Kitaba əsaslanan və indiyə kimi Yehovanın Şahidlərinin yığıncaq görüşlərində istifadə olunan «Hər Müqəddəs Yazı Allahdan ilham almış və faydalıdır» kitabı bu konqresdə işıq üzü görmüşdü.

Harold Kinq Çində dustaq olduğu həbsxanadan çıxandan qısa müddət sonra

Nyu–Yorkdakı konqresdə həm də yeni nəğmə haqda elan səsləndi. Nəğmə 1963-cü ildə Çin həbsxanasından azad edilən Harold Kinq tərəfindən bəstələnmişdi və «Qapıbaqapı» adlanırdı. Harold Kinq bu mahnını bəstələyəndə birnəfərlik kamerada dustaq idi. Hal-hazırda «Evdən-evə» adlanan bu nəğmənin digər versiyasını Yehovanın Şahidləri hələ də öz yığıncaqlarında ifa edirlər.

Bu gün Yehovanın Şahidlərinin konqresləri tamamilə başqa cür keçirilir. Məkanlar daha kiçik, iştirakçıların sayı isə daha az olur. Konqres məkanlarının sayı çox olduğu üçün çox uzaqlara getməyə daha ehtiyac yoxdur. Bu və digər dəyişikliklərin sayəsində daha çox iştirakçı fikrini proqrama cəmləyə bilir. Hər il keçirilən konqreslərimizdə yeddi milyondan çox Yehovanın Şahidi və onların qonaqları iştirak edir. Böyük məmnuniyyətlə sizi bu yay keçiriləcək konqresə dəvət edirik. Sizə yaxın olan konqres məkanını tapın.

 

Əlavə məlumat

Böyük toplantılar

Each year, we meet together for three special events. How can you benefit from these gatherings?